Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yuri Qaqarin (rus. Юрий Алексеевич Гагарин; 9 mart 1934[…], Kluşino[d], RSFSR, SSRİ – 27 mart 1968[…]) — sovet kosmonavtı və kosmosa uçan ilk insan.

Yuri Qaqarin

  • Ana Səhifə
  • Vikipediya
  • Yuri Qaqarin

Yuri Qaqarin (rus. Юрий Алексеевич Гагарин; 9 mart 1934[…], Kluşino[d], RSFSR, SSRİ – 27 mart 1968[…]) — sovet kosmonavtı və kosmosa uçan ilk insan.

Yuri Qaqarin
rus. Юрий Алексеевич Гагарин
Doğum tarixi 9 mart 1934(1934-03-09)[…]
Doğum yeri
  • Kluşino[d], RSFSR, SSRİ
Vəfat tarixi 27 mart 1968(1968-03-27)[…] (34 yaşında)
Vəfat səbəbi aviasiya qəzası[d]
Dəfn yeri
  • Kreml divarı nekropolu
Milliyyəti rus
Təhsili
  • Jukovski adına Hərbi Hava Akademiyası (1961–1968)
Fəaliyyəti pilot, kosmonavt, zabit, siyasətçi, tədqiqatçı-səyyah[d]
Partiyası
  • Sovet İttifaqı Kommunist Partiyası (1960)
Mükafatları Sovet İttifaqı Qəhrəmanı — 1961 ÇSSR Sosialist Əməyi Qəhrəmanı — 1961 Əmək Qəhrəmanı — 1962 Bolqarıstanın Sosialist Əməyi Qəhrəmanı — 1961
1-ci dərəcəli "Qrünvald xaçı" ordeni — 1961 "Lenin" ordeni — 1961 "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı — 1965 "Xam torpaqlardan istifadə edilməsinə görə" medalı — 1961 "SSRİ Silahlı Qüvvələrinin 40 illiyi" yubiley medalı — 1958 "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı — 1968 "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı — 1966 "Cənubi xaç" ordeni — 1961 "Playa-Xiron" ordeni — 1961 "İndoneziya Respublikası ulduzu" ordeni — 1961 "Macarıstan Xalq Respublikasının bayrağı" ordeni — 1961 "Nil" ordeni — 1962 Order of the Star of Africa — 1962 "Klement Qotvald" ordeni "Georgi Dimitrov" ordeni — 1961 "Karl Marks" ordeni — 1963 Order of Aeronautical Merit
SSRİ əməkdar idman ustası SSRİ pilot-kosmonavtı — 1961
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Yuri Qaqarin kəndli ailəsində anadan olmuşdur. Onun atası Aleksey İvanoviç Qaqarin dülgər, anası Anna Timofeyevna Qaqarina isə heyvandarlıqla məşğul idi. Uşaqlığını Kluşino kəndində keçirmişdir.

1941-ci ildə məktəbə getmiş, 24 may 1945-ci ildə ailəsi ilə birlikdə Qjatsk şəhərinə köçmüşdür. 1951-ci ildə Yuri orta ixtisas məktəbini bitirərək metal tökmə üzrə ixtisasa yiyələnmişdir. Həmin ilin avqustunda Qaqarin Saratov sənaye texnikumuna daxil olur və oktyabr ayından Saratov aeroklubunun üzvü olur. 1955-ci ildə təhsilini əla qiymətlərlə başa vuraraq Yak-18 təyyarəsində ilk dəfə sərbəst uçuş edir.

27 oktyabr 1955-ci ildə Qaqarin əsgərliyə çağırılır və Orenburqdakı 1-ci hərbi aviasiya məktəbinə göndərilir. 25 oktyabr 1957-ci ildə o bu məktəbi bitirir.

9 dekabr 1959-cu ildə o ərizə ilə kosmonavtlığa namizədlərin siyahısına götürülməyi xahiş edir. Qaqarin iki tibbi ekspertizanı keçdikdən sonra 1960-cı ildən general Verşinin əmri ilə kosmik uçuşlar üçün hazırlıq komandasına qəbul edilir.

1961-ci ildə ABŞ-la kosmik yarışda önə çıxmaq istəyən Sergey Korolyev namizədlər arasından 6 nəfəri seçir. Kimin kosmosa uçması son dəqiqəyə qədər gizli saxlanılır. Son anda Qaqarin və onun əvəzləyicisi Titov seçilir.

Uçuş 12 aprel 1961-ci ildə Baykonur start məntəqəsində baş verir. "Vostok" gəmisində uğurla kosmosa çıxan Qaqarin göydə 108 dəqiqə dövr etdikdən sonra sağ-salamat yerə qayıdır.

14 aprel 1961-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

Qaqarin 27 mart 1968-ci ildə sınaq uçuşu zamanı təyyarədə qəzaya uğrayaraq həlak olmuşdur. O, Moskvada Kreml divarında dəfn olunub.

Filateliya və numizmatika

  • Azərbaycan poçt markası (2001).
    Azərbaycan poçt markası (2001).
  • Gagarinin səyahətinin şərəfinə 1964-cü il Sovet poçt markası.
    Gagarinin səyahətinin şərəfinə 1964-cü il Sovet poçt markası.
  • SSRİ poçt bloku, 1976.
    SSRİ poçt bloku, 1976.
  • SSRİ poçt markası, 1977.
    SSRİ poçt markası, 1977.
  • Yu.A. Qaqarinin anadan olmasının 75 illiyi üçün poçt markası əvvəllər dərc olunmamış bir fotoşəkil ilə.
    Yu.A. Qaqarinin anadan olmasının 75 illiyi üçün poçt markası əvvəllər dərc olunmamış bir fotoşəkil ilə.
  • Qaqarinin təsviri ilə 2001-ci il Rusiya on rublluq sikkəsi.
    Qaqarinin təsviri ilə 2001-ci il Rusiya on rublluq sikkəsi.
  • "İnsanın kosmosa ilk uçuşunun 50 ili", Rusiya, 2011.
    "İnsanın kosmosa ilk uçuşunun 50 ili", Rusiya, 2011.
  • 1000 rubl dəyərində xatirə qızıl sikkə, insanın kosmosa ilk uçuşunun 50 illiyi üçün zərb edilmişdir.
    1000 rubl dəyərində xatirə qızıl sikkə, insanın kosmosa ilk uçuşunun 50 illiyi üçün zərb edilmişdir.
  • Xatirə nişanı, Ukrayna, 2011
    Xatirə nişanı, Ukrayna, 2011
  • Belarus poçt markası, 2011.
    Belarus poçt markası, 2011.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yuri Qaqarin haqqında məlumat. Yuri Qaqarin nədir? Yuri Qaqarin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Füzuli şəhəri

  • Fevral 27, 2026

    S:Maun surəsi

  • Fevral 27, 2026

    Gərni döyüşü

  • Fevral 27, 2026

    Mesopotamiya dini

  • Fevral 28, 2026

    E.ə. 449

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst