Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pisistrat, Hippokratın oğlu (q.yun. Πεισίστρατος; e. ə. VI əsr və ya təq. e.ə. 600, Afina – e.ə. 527, Afina) — e.ə. 560—527-ci illərdə (fasilələrlə) Afina tiran

Pisistrat

  • Ana Səhifə
  • Vikipediya
  • Pisistrat

Pisistrat, Hippokratın oğlu (q.yun. Πεισίστρατος; e. ə. VI əsr və ya təq. e.ə. 600, Afina – e.ə. 527, Afina) — e.ə. 560—527-ci illərdə (fasilələrlə) Afina tiranı. Pisistrat qədim Afina kralları ilə əlaqəli zadəgan soyuna məxsus idi. Miladdan əvvəl 565 ilə 560 arasında Afina-Meqara müharibəsində Afina qonşularına başçılıq edirdi və meqaralılara bir sıra məğlubiyyətlər yaşatmışdır. Siyasi karyerasına Pisistrat Solonun tərəfdarları sıralarında başladı. Daha sonra diyakriyalılar adlanan özünün regional siyasi dəstəsini yaratdı.

Pisistrat
q.yun. Πεισίστρατος
Afina tiranı
təxminən e.ə. 560 – e.ə. 527 (fasilələrlə)
Əvvəlkiyoxdur
SonrakıHippi
Şəxsi məlumatlar
Doğum tarixi e. ə. VI əsr və ya təq. e.ə. 600(-600)
Doğum yeri
  • Afina
Vəfat tarixi e.ə. 527(-527)
Vəfat yeri
  • Afina
Fəaliyyəti siyasətçi
Atası Hippokrat
Həyat yoldaşları 1. Afinalı qadın
2. Kesira, Meqaklın qızı
3. Arqoslu Timonassa
Uşaqları 1. Hippi
2. Hipparx
Hərbi xidmət
Rəhbərlik edib Afina qoşunları
Rütbəsi arxont-polemarx
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Miladdan əvvəl 560-cı ildə xalqdan cangüdənlər dəstəsi aldıqdan sonra ilk dəfə Akropolu ələ keçirdi və tiran oldu. Lakin aristokratik qruplar birləşərək, ortaq səylərlə tiranı Afinadan qovdular. Çox güman ki, Pisistrata Afina polisi ərazisindəki Bravronda qalmağa icazə verildi. Bir müddət sonra tiranı devirən kübar qruplar arasında münaqişələr başladı və onlardan birinin lideri kömək üçün Pisistrata müraciət etdi. O, yenidən tiran oldu, ancaq hakimiyyətdə uzun müddət qala bilmədi. Özünün devrilməsini gözləmədən sürgünə yollandı. On illik sürgündə iktidara qayıtmaq məqsədini daşıyan aktiv fəaliyyətlər göstərirdi. Eramızdan əvvəl 546-cı ildə Marafon tərəflərə gəldi və qısa müddətdə Afinanı işğal edərək aristokratiya müxalifətini itkisiz aradan qaldırdı. Pisistrat üçüncü dəfə və bütünlüklə Afinada tiran hakimiyyətinə sahib oldu. Pisistrat kəndlilərə maddi cəhətdən kömək edir, şəhər yoxsullarının gəlirini təmin edir, ticarət və sənətkarlıq təbəqələrə qarşı proteksionist siyasət yürüdür və aristokratlarla yaxşı münasibətlər qururdu. Artan Afina zənginliyinə güvənərək, Afina polisinin təsirini bütöv Yunanıstana yaymaq məqsədi ilə fəal xarici siyasətə başladı. Onun dövründə Afinada bir sıra yeni kultlar və bayramlar təqdim edildi. O, Afinanı böyük dini mərkəzə çevirməyə çalışırdı, bu da Delfi ilə düşmənçiliyə səbəb olurdu. MÖ 527-ci ildə vəfat etdi.

Mündəricat

Ədəbiyyat

Mənbələr

  • Herodot. Tarix.
  • Aristotel. Afina siyasəti.
  • Plutarx. Müqayisəli bioqrafiyalar. Solon.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Pisistrat haqqında məlumat. Pisistrat nədir? Pisistrat nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Henri Ford

  • Fevral 24, 2026

    Sinfi mübarizə

  • Fevral 27, 2026

    Vilhelm Vin

  • Fevral 27, 2026

    Elektrik enerjisi

  • Fevral 27, 2026

    Ənsar

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst