Elektroenerji (və ya elektrik enerjisi) — generator tərəfindən elektrik şəbəkəsinə verilən və ya istehlakçı tərəfindən şəbəkədən alınan elektrik enerjisinin miqdarını təyin etmək üçün texnologiyada və gündəlik həyatda geniş istifadə olunan fiziki termin. Elektrik enerjisinin istehsalı və istehlakı üçün əsas ölçü vahidi kilovat-saatdır (və onun vahidl'ri). Daha dəqiq təsvir üçün, gərginlik, tezlik və fazaların sayı (dəyişən cərəyan üçün), nominal və maksimum elektrik cərəyanı kimi parametrlər istifadə olunur.
Dünyanın ən böyük elektrik enerjisi istehsal edən ölkələri dünya istehsalının müvafiq olaraq 24%-ni və 18%-ni istehsal edən Çin və ABŞ-dır.
2012-ci ildən Çin illik elektrik enerjisi istehsalı (2016-cı ildə 6,14 trilyon kVt/saat) üzrə lider mövqe tutmuşdur .Mən belə fikirleşirəmki bizim elektrik enerji mənbələrimizin sayı artmalı və digər ölkələrlə elektrik haqqında daha da aydın məlumat almalıyıq.Çünki Azərbaycan bir çox şeydən geri qalmış bir ölkədir və buna elektirik sahəsidə daxildir.Elektrik sahəsini genişlendirsək ölkəmiz dahada güclənər.Həm hərbi cəhətdən,həmdə ekologiya tərəfdən müsbət təsirlər alacağımıza inanıram.
Dünya elektroenerji bazarı
2017-ci ildə qlobal elektrik enerjisi bazarı 5,61 milyard ABŞ dolları dəyərində qiymətləndirilib . Elektrik enerjisi alqı-satqısının həcminin demək olar ki, 9/10-u Avropa ölkələrinin payına düşür. Ən böyük ixracatçılar Fransa (1,75 milyard dollar), Almaniya (731 milyon dollar), Hollandiya (410 milyon dollar), İspaniya (358 milyon dollar), Bosniya və Herseqovina (294 milyon dollar)dır. Ən böyük idxalçılar İtaliya (2,21 milyard dollar), Böyük Britaniya (1,07 milyard dollar), Mərakeş (360 milyon dollar), Yunanıstandır (328 milyon dollar).
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Elektrik enerjisi haqqında məlumat. Elektrik enerjisi nədir? Elektrik enerjisi nə deməkdir?