Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Uzunluğu 53 km, hövzəsinin sahəsi 426 km²-dir. Zəngəzur silsiləsinin cənub-qərb yamacından (2700 m) başlayır. Boğazyurd və Qaranlıqdərə çaylarının birləşməsində

Gilançay

  • Ana Səhifə
  • Vikipediya
  • Gilançay

Gilançay — Araz çayının sol qolu. Ordubad rayonundan axır.

Gilançay
azərb. Gilançay‎
Xəritə
Ölkə  Azərbaycan
Rayon
  • Ordubad rayonu
Mənbəyi Zəngəzur silsiləsi
 • Yüksəkliyi 2700 m
Mənsəbi Araz
Uzunluğu 53 km
Hövzəsinin sahəsi 426 km²

Ümumi məlumat

Uzunluğu 53 km, hövzəsinin sahəsi 426 km²-dir. Zəngəzur silsiləsinin cənub-qərb yamacından (2700 m) başlayır. Boğazyurd və Qaranlıqdərə çaylarının birləşməsindən əmələ gəlir. Yerli əhali çayı (Sağarsu qolu qovuşana qədər) Əyriçay adlandırır. Sululuğuna görə Naxçıvan Muxtar Respublikasının üçüncü çayı hesab edilir. Başlıca qolları, soldan Sağarsu, Naservançay, Para-ğaçay (hövzəsində dəmir filizi çıxarılır), sağdan Arxadərə çaylarıdır.

Çayın illik axımının 48%-i qar, 12%-i yağış, 40%-i isə yeraltı sularından əmələ gəlir. Yaz-yay aylarında qar suları hesabına daşqınlar olur. Daşqın zamanı illik axımının 60-70%-ə qədəri axır. Orta illik su sərfi 3,10 kub m/san-dir. Bunun 60-70%-i yaz-yay, 15-20 %-i isə payız-qış fəsillərində axır. İntensiv suvarma dövründə (iyul, avqust aylarında) illik axımının 10-15%-i keçir. Orta illik asılı gətirmələr sərfi 0,44 kq/san, orta lillənməsi isə 141 q/kub m-dir. Suyu hidrokarbonatlı-kalsiumlu, orta minerallaşması 300-500 mq/l-dir. Çayda tez-tez dəhşətli sel hadisələri müşahidə olunur.

Gilançaydan suvarma işlərində geniş istifadə edilir.

Həmçinin bax

  • Azərbaycan çayları

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Gilançay haqqında məlumat. Gilançay nədir? Gilançay nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yallı

  • Fevral 27, 2026

    Akvitaniya

  • Fevral 24, 2026

    Göy cisimləri

  • Fevral 28, 2026

    Aşağı Çaylı

  • Fevral 27, 2026

    Müasir fəlsəfə

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst