Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Takır (qədim türk dilində – hamar, düz, çılpaq) — relyef forması əsasən səhra və yarımsəhra zonalarında şoranlıqlarda gilli suxurların üstünlük təşkil etdiyi ər

Takır

  • Ana Səhifə
  • Vikipediya
  • Takır

Takır (qədim türk dilində – hamar, düz, çılpaq) — relyef forması əsasən səhra və yarımsəhra zonalarında şoranlıqlarda gilli suxurların üstünlük təşkil etdiyi ərazilərdə yaranır. Takır torpaq üzərində şəbəkə şəkili çatların əmələ gəlməsi ilə formalaşır.

Sonor səhrası
Sumqayıtçayın keçmiş yatağı

Mündəricat

Geomorofloji termin

Takırlar qum, gil və daşlı səhrada relyefin bitkidən məhrum olan alçaq, çökək yerlərdə xırda çatlarla çoxbucaqlara bölünmüş gilli-şoranlı yastı səthin türkcə adı /sahəsi yüzlərlə m2 –dən yüzlərlə km2 -dək/. Vaxtaşırı olaraq qar və leysan yağış suları ilə dolur.

Takır relyefi

Takırların formalaşmasına şərait yaradan suxurların olması vacibdir. Xüsusi ilə dərələrdə və düzənliklərdə dayaz göl və gölməçələrin qurunası və ya müvəqqəti axarların basdığı ərazilərdə gilli, gillicəli suxurların qısa vaxt ərzində günəşin təsiri ilə quruması nəticəsində formalaşır. Dayaz göllərin dibində lilin olmasına takırın formalaşmasına rəvac verir. Qrunt sularının xüsusi ilə yer səthinə 1,5 m yaxın olduğu əraxilərdəki, soranlıqlarda daha tez formalaşır. Bu tip takırlın üzəri duzla örtülü olur.

Takır əsasən Asiya səhralarında daha çox müşahidə edildiyindən burada daha çox işlənir.

ABŞ ərazidində yerləşən bu tip relyef "Playa" və salt flət, ərəb mənbələri isə bu tip suxurları Sabha adlanır.

Takır ekosistemləri

Takır ekosistemləri- Axarı olmayan səhra düzənliyində yerləşdiyi üçün hipoekosistem qrupuna aid edilir. Biotanın avtotrof hissəsi göy-yaşıl yosunlardan ibarət olduğundan takırın səthi bərk və davamlı qabıqlı (qalınlığı 1–2 sm) olur. Quruduqda çoxbucaqlı çatlar əmələ gəlir. Bir qədər sonrakı inkişaf mərhələsində şibyələr, daha sonra halofil kolcuqlar, xeyli sonrakı mərhələdə isə yovşan peyda olur, torpağı primitiv şoran-şorakət takır torpağıdır.

Xüsusiyyətləri

Quru tarırların üzərindən avtomobillə hərəkət etmək olduqca asandır. Hətta 50–70 km/s sürət yığmaq olur, sanki asfaltdır.

Nəm takırlarda hərəkət olduqca çətin və ya mümkünsüzdür. Dəvələrin hərəkətini belə çətinləşdirir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Takır haqqında məlumat. Takır nədir? Takır nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Sulfatlar

  • Fevral 28, 2026

    Qızılgül inqilabı

  • Fevral 27, 2026

    Perseida (okeanida)

  • Fevral 23, 2026

    18 aprel

  • Fevral 27, 2026

    Şverin

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst