Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qızılgül inqilabı (gürc. ვარდების რევოლუცია - Vardebis Revolutsia / Qızılgül inqilabı) — Gürcüstanda 2003-cü ildə Dövlət Başçısı Eduard Şevardnadzenin vəzifəsin

Qızılgül inqilabı

  • Ana Səhifə
  • Vikipediya
  • Qızılgül inqilabı

Qızılgül inqilabı (gürc. ვარდების რევოლუცია - Vardebis Revolutsia / Qızılgül inqilabı) — Gürcüstanda 2003-cü ildə Dövlət Başçısı Eduard Şevardnadzenin vəzifəsini buraxmaq məcburiyyətində qalmasıyla nəticələnən sülh xalq hərəkatı.

Qızılgül inqilabı
ვარდების რევოლუცია
Tarix 2 noyabr 2003 – 4 yanvar 2004
Yeri Gürcüstan
Səbəbi Eduard Şevardnadzenin diktaturalığı
Xalqın ayaqlaması
Nəticəsi Birləşmiş Milli Hərəkatının qələbəsi
Eduard Şevardnadzenin istefası
Mixeil Saakaşvilinin hakimiyyətə gəlməsi
Gürcüstanın bayrağının və gerbinin dəyişməsi
Münaqişə tərəfləri

Birləşmiş Milli Hərəkat

Gürcüstan hökuməti

Komandan(lar)

Gürcüstan Mixeil Saakaşvili
Gürcüstan Nino Burcanadze

Eduard Şevardnadze

    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Siyasi şərait

    Eduard Şevardnadze, 1992-ci ildən bəri (1995 etibarən dövlət başçısı olaraq) Gürcüstanı idarə edirdi. Onun dövründə hökumətlər və dövlət başçısının ailəsi, rüşvətlə anılmağa başladı. Digər tərəfdən ölkə iqtisadiyyatı heç bir inkişaf göstərə bilmədi və Gürcüstan, Avropa standartlarına görə kasıb bir ölkə halına gəldi. Rusiyanın dəstəklədiyi iki separatçı bölgə olan Abxaziya və Cənubi Osetiya, Tbilisi rəhbərliyinin nəzarəti xaricində qaldı. Yarı separatçı Aslan Abaşidze rəhbərliyi altındakı Acarıstanda həqiqətən mərkəzi rəhbərliyin nəzarəti xaricində idi. Bu siyasi və iqtisadi böhran içində 2 noyabr 2003 tarixində parlament seçkiləri keçirildi. Eduard Şevardnadzenin siyasi ittifaqı "Yeni Gürcüstan Üçün" və Aslan Abaşidzenin "Gürcüstan Demokratik Oyanış Birliyi" qarşısında, Mixail Saakaşvilinin "Birləşmiş Milli Hərəkat"ı, parlament başçısı Nino Burcanadze ilə köhnə parlament başçısı Zurab Jvanianın "Burcanadze-Demokratla " partiyası seçkilərə girdi.

    Seçkilər və etirazlar

    2 noyabr 2003 tarixində keçirilən parlament seçkiləri, milli və beynəlxalq müşahidəçilər tərəfindən izlənildi. Mixail Saakaşvili seçkilərə hiylə qarışdırıldığını irəli sürdü və bu vəziyyəti beynəlxalq müstəqil təşkilatlar da dəstəklədi. Ardından Tbilisidə rəhbərliyə qarşı sülhsevər nümayişlər təşkil başladı. Bu nümayişlərə demokratik müxalifət güclərin haradasa hamısı qatıldı.

    Noyabr ortalarında, Tbilisi küçələrindəki demokratik nümayişlərə, Gürcüstanın başlıca şəhər və qəsəbələrində Kmara ("Yetər") adlı gənclik hərəkatının təşkil etdiyi nümayişlər əlavə edildi. Bu nümayişlərə QHT-lərdə aktiv olaraq qatıldılar. Yarı separatçı Aslan Abaşidze, Şevardnadze rəhbərliyinə dəstək verdi və Acarıstandan Tbilisiyə nümayişçilər göndərdi.

    İqtidar dəyişikliyi

    22 Noyabrda nümayişlər kuliminasiya nöqtəsinə çatdı və yeni parlamentin açılışı zamanı, Şevardnadzenin danışma etdiyi sırada, Mixail Saakaşvili rəhbərlik etdiyi nümayişçilər əllərində qırmızı güllərlə (hərəkat adını buradan almışdır) parlament binasına girdilər. Şevardnadze, danışmasını yarıda kəsərək qorumaları yoldaşlığında parlament binasını tərk etmək məcburiyyətində qaldı. Seçkin hərbi birliklərin nümayişlərə müdaxilə etməyi rədd etdikden sonra Şevardnadze, 23 Noyabrda, müxalifətin liderləri Saakaşvili və Zurab Jvania ilə görüşərək vəziyyət qiymətləndirməsi etdi. Bu görüşməyə, bu vaxt Tbilisiyə gedən Rusiya xarici işlər naziri İqor İvanov vasitəçilik etdi. Bu görüşün ardından Şveardnadze, dövlət başçılığı vəzifəsindən ayrıldığını bildirib. Tbilisi küçələrində 100.000-dən çox göstərici, havaya fişənglər ataraq, konsertlər və rəqslərlə zəfəri qeyd etdilər.

    Yeni seçkilərə qədər parlament başçısı Nino Burcanadze, konstitusiya gərəyi dövlət başçılığı vəzifəsini icra etdi. 4 yanvar 2004 tarixində dövlət başçılığı seçkilər keçirildi və Saakaşvili, səslərin əzici əksəriyyətini alaraq dövlət başçısı seçildi və 25 Yanvarda vəzifəsinə başladı. 28 Mart tarixində keçirilən parlament seçkilərini də əzici əksəriyyətlə Milli Hərəkət-Demokratlar qazandı.

    Acarada Qızılgül inqilabı

    may 2004də, "İkinci Qızılgül inqilabı" olaraq adlandırılan xalq hərəkatı Acarıstan Muxtar Respublikasının rəhbərlik mərkəzi Batumidə reallaşdı. Acarıstan Muxtar Respublikasını bir diktator kimi idarə edən Aslan Abaşidze və dövlət başçısı Mihxail Saakaşvili arasındakı gərginliyinin ardından, Birləşmiş Milli Hərəkat və Kmara tərəfindən hərəkətə keçirilən minlərlə Acaralı, Abaşidzenin diktator rəhbərliyini, ayrı-seçkiliyinə etiraz etməyə başladı. Abaşidze, təhlükəsizlik güclərindən istifadə edərək Batumi və Kobuleti küçələrindəki nümayişləri dağıtdı. Ancaq nümayişçilərin sayı gedərək daha da artdı. 6 may 2004 tarixində etirazlara qatılan bütün Acaralılar Batumda toplandı. Ardından Gürcüstan Baş naziri Zurab Jvania və Daxili İşlər naziri Giorgi Baramidze ilə Acara Muxtar Respublikası Daxili İşlər naziri Camal Gogitidze arasında bir görüş keçirildi. Görüşmənin əsas mövzusu, avtonom rəhbərliyin sərhədi olan Çoloxi çayı sahilindəki silahlı birliklərin çəkilməsi oldu. Bu vaxt Abaşidzenin əmri ilə, Çoloxi Körpüsü havaya uçuruldu. Sonunda Abaşidze Moskvaya getmək və Rusiyaya sığınmaq məcburiyyətində qaldı. Sabahısı gün Dövlət Başçısı Saakaşvili, Batumini ziyarət etdi və zəfəri qeyd edən Acaralılara azadlıq sözü verdi.

    Həmçinin bax

    • Eduard Şevardnadze

    Ədəbiyyat

    • Michael Barker, "Regulating revolutions in Eastern Europe: Polyarchy and the National Endowment for Democracy" 2007-02-25 at the Wayback Machine, 1 November 2006
    • Dan Jakopovich, The 2003 "Rose Revolution" in Georgia: A Case Study in High Politics and Rank-and-File Execution, Debatte: Journal of Contemporary Central and Eastern Europe, August, 2007.
    • Tinatin Khidasheli, , International Herald Tribune, Paris, 8 December 2004

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qızılgül inqilabı haqqında məlumat. Qızılgül inqilabı nədir? Qızılgül inqilabı nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Fransa Direktoriyası

    • Fevral 27, 2026

      Mişel Rokar

    • Fevral 27, 2026

      Cəngi rəqsi

    • Fevral 23, 2026

      3 yanvar

    • Fevral 27, 2026

      Ammonyak

    Trend Mahnılar
    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

    • Fevral 21, 2026

      Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

    • Fevral 17, 2026

      İsmail Zade — Bir Adam (Rəsmi Audio)

    • Fevral 25, 2026

      Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst