Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bu sinfin nümayəndələrinin ayaqları başlarında yerləşən bir neçə qolcuğa və hərəkəti təmin edən qıfa çevrilmişdir. Qolcuqlarda çoxlu sormaclar vardır. Suda akti

Cephalopoda

  • Ana Səhifə
  • Vikipediya
  • Cephalopoda

Başıayaqlılar (lat. Cephalopoda) — heyvanlar aləminin molyusklar tipinə aid heyvan sinfi.

Başıayaqlılar
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Ranqsız:
İlkağızlılar
Ranqsız:
Spiralia
Tipüstü:
Spirallılar
Tip:
Molyusklar
Yarımtip:
Conchifera
Sinif:
Başıayaqlılar
Beynəlxalq elmi adı
  • Cephalopoda Cuvier, 1797
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  82326
NCBI  6605
EOL  2312
FW  

Haqqında

Bu sinfin nümayəndələrinin ayaqları başlarında yerləşən bir neçə qolcuğa və hərəkəti təmin edən qıfa çevrilmişdir. Qolcuqlarda çoxlu sormaclar vardır. Suda aktiv üzürlər. Yırtıcıdırlar. Çox az nümayəndəsində çanaq vardır.

Normal duzlu dənizlərdə yaşayırlar. Həm xariciqabıqlı (Nautilus cinsi) həm də daxiliqabıqlı (kalmarlar, karakatisalar, osminoqlar) nümayəndələrlə təmsil olunmuşlar. Qazıntı halında ammonit və belemnitlər daha çox rast gəlirlər. Başıayaqlılar xarakterik nümayəndəsi Nautilus cinsinin qabığı bir müstəvidə spiralvari bükülmüş borucuğu xatırladır. Qabıq arakəsmələrlə (septa) 35–38 kameraya bölünür. Yumşaq bədən qabığın arxasını tutan sonuncu kamerada (yaşayış kamerası) yerləşir. Qalan kameralar isə fraqmokon adlanır. Yaşayış kamerasına yaxın kameralar qismən və ya tam hidrostatik maye ilə, ondan əvvəlkilər isə qazla dolu olur. Qısa kisəşəkilli bədənin baş hissəsində, erkəklərdə 65, dişilərdə 100-ə qədər barmaq (qol) olur. Ağızda çənələr və qidanı xırdalamaq vəzifəsini yerinə yetirən radula (sürtgəc) vardır. Yumşaq bədənin qarın tərəfində konusvari əzələli borucuq — qıf yerləşir. Bu qıf vasitəsilə su qarın boşluğundan təzyiq altında kənara atılır və heyvana əks istiqamətdə hərəkət etmək imkanını verir. Yumşaq bədənin arxa hissəsçindən bütün arakəsmələri kəsib keçən və adətən dairənin mərkəz hissəsində yerləşən sifon uzanır. Müasir təsnifata görə, başıayaqlılar 7 müstəqil yarımsinifə bölünür: Nautiloidea (Є-Q), Orthoceratoidea (O-T), ''Endoceratoidea (O), Actonoceratoidea (O-C), Bactritoidea (S?, D-P, T?), Ammonoidea (D-K) və Coleoidea (D-Q). Bu yarımsiniflərin əksəriyyəti keçmiş geoloji dövrlərdə yaşayıb məhv olmuhlar. Onların müasir sistematikası qabığın quruluşuna, ilk növbədə, sifonun quruluşu və vəziyyəti, habelə arakəsmə (tikiş) xətlərinin tipinə, qabığın formasına və bəzəyinə əsaslanır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cephalopoda haqqında məlumat. Cephalopoda nədir? Cephalopoda nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Çorçorbinə

  • Fevral 27, 2026

    Muğan

  • Fevral 27, 2026

    Əfrasiyab

  • Fevral 23, 2026

    Hannibal

  • Fevral 27, 2026

    VIAF

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst