Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dadaş Qərib oğlu Rzayev (22 dekabr 1935, Dəliməmmədli, Goranboy rayonu – 27 may 2024, Bakı) — Azərbaycan Respublikasının Müdafiə Naziri (20 fevral 1993 – 17 iyu

Dadaş Rzayev

  • Ana Səhifə
  • Vikipediya
  • Dadaş Rzayev

Dadaş Qərib oğlu Rzayev (22 dekabr 1935, Dəliməmmədli, Goranboy rayonu – 27 may 2024, Bakı) — Azərbaycan Respublikasının Müdafiə Naziri (20 fevral 1993 – 17 iyun 1993), general-mayor, Azərbaycan Respublikası Veteranlar Şurasının sədri.

Dadaş Rzayev
Azərbaycan Respublikasının müdafiə naziri
21 fevral 1993 – 17 iyun 1993
ƏvvəlkiRəhim Qazıyev
SonrakıSəfər Əbiyev
Şəxsi məlumatlar
Doğum tarixi 22 dekabr 1935(1935-12-22)
Doğum yeri
  • Dəliməmmədli, Goranboy rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 27 may 2024(2024-05-27) (88 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • Hərbi Memorial Məzarlıq
Təhsili
  • M. V. Frunze adına Hərbi Akademiya (–1959)
Fəaliyyəti hərbi qulluqçu
Hərbi xidmət
Döyüşlər
  • Oqaden müharibəsi,
  • SSRİ–Əfqanıstan müharibəsi,
  • Birinci Qarabağ müharibəsi
Rütbəsi
General-mayor

Təltifləri "Şöhrət" ordeni — 20152015

Həyatı

Dadaş Qərib oğlu Rzayev 1935-ci ildə Goranboy rayonunun Dəliməmmədli qəsəbəsində anadan olub. Məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna daxil olan D. Rzayev 1954-cü ildə Sovet Ordusunda əsgər kimi hərbi xidmətə çağırılır. Daha sonra Hərbi Hava Desantçıları Məktəbinə göndərilir. İkinci kursda taqım komandirinin müavini təyin edilir. "Qızıl Ulduz" ordeni ilə təltif olunur.[mənbə göstərilməlidir] Məktəbi bitirdikdən sonra leytenant rütbəsi alaraq Yefremov şəhərinə taqım komandiri vəzifəsinə göndərilir. Bir il keçdikdən sonra Orta Asiyaya köçürülən Dadaş müəllim polklarını yoxlamağa gələn komandana Azərbaycanda qulluq etmək istədiyini bildirir. Zaqafqaziya Hərbi Dairəsində, Gəncə şəhərində olan 104-cü diviziyada xidmət edir. İlk gündən taleyini desant qoşunları hissələrinə bağlayan Dadaş Rzayev 1970-ci ildə Moskvada M. F. Frunze adına Ali Hərbi Akademiyaya daxil olaraq bu sahədə təhsilini davam etdirir. 1973-cü ildə buranı əla qiymətlərlə bitirən Rzayev Sovet Ordusunda 5 min nəfər şəxsi heyəti, 120-yə yaxın vertolyotu olan əlahiddə qırıcı hərbi-hava desantçıları briqadasının komandiri kimi yüksək hərbi vəzifədə xidmət edir. D. Rzayev yeganə azərbaycanlıdır ki, əlahiddə desant-paraşüt briqadasının komandiri olarkən general vəzifəsində çalışıb.[mənbə göstərilməlidir] Azərbaycan hökumətinin çağırışı ilə D. Rzayev 1991-ci ilə qədər Qarabağa Xalq Yardımı Komitəsində çalışır. Elə həmin illərdə Rzayev Milli Ordunun yaradılması ilə də məşğul olur. 1991-ci ildə müdafiə nazirinin müavini təyin olunur. Başkənd əməliyyatından sonra etiraz etməyinə baxmayaraq, müdafiə naziri təyin edilir. Prezident Əbülfəz Elçibəy tərəfindən Gəncə üsyanı zamanı atışmalarda iştirak etdiyi üçün vəzifəsindən azad edilmişdir.[mənbə göstərilməlidir]

Hal-hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədridir. 28 yanvar 2014-cü ildə Azərbaycan Respublikası Veteranlar Şurasının sədri seçilib.

21 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasının ictimai həyatındakı səmərəli fəaliyyətinə və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə" "Şöhrət" ordeni ilə təltif edilib.

Dadaş Rzayev 27 may 2024-cü ildə Bakı şəhərində vəfat edib. İkinci Şəhidlər xiyabanında dəfn olunub.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dadaş Rzayev haqqında məlumat. Dadaş Rzayev nədir? Dadaş Rzayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Eyfel qülləsi

  • Fevral 27, 2026

    Ankona

  • Fevral 27, 2026

    Yarpızlı

  • Fevral 28, 2026

    Aquila wahlbergi

  • Fevral 27, 2026

    Karmen (opera)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst