Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Platonizm — Antik yunan filosofu Platonun və onun sələflərinin fəlsəfi təlimi. Bu təlimin tərəfdarlarına görə ideyanın reallığı mütləqdir və ruh ölməzdir.

Platonizm

  • Ana Səhifə
  • Vikipediya
  • Platonizm

Platonizm — Antik yunan filosofu Platonun və onun sələflərinin fəlsəfi təlimi. Bu təlimin tərəfdarlarına görə ideyanın reallığı mütləqdir və ruh ölməzdir.

Platon, Rafael (1509)

Platonizmin ilk ardıcılları Platonun e.ə. IV əsrdə əsasını qoyduğu məktəbin — Akademiyanın şagirdləri olmuşdur. Məktəb Platonun özü tərəfindən yaradılmış və b.e.529-cu ilinə qədər mövcud olmuşdur. Afina divarları yaxınlığında yerləşən bu Akademiya imperator I Yustinianın əmri ilə bağlanmışdır. Adətən Platonizmi üç əsas dövrə ayırırlar: ilkin, orta və neoplatonizm.

Mündəricat

Dövrlər

İlkin platonizm

İlkin (yaxud "qədim") (e.ə. IV əsr), dövr Platon və onun ən yaxın tərəfdarlarının (Spevsipp, Ksenokrat, Pontiyalı Heraklit) adı ilə bağlıdır.

Platonun şagirdləri onun biliklərə fəlsəfi yanaşmasının əsası kimi gündəlikdən istifadə edirdilər. Gündəlik oxunmuş, eşidilmiş, yaxud düşünülmüş mövzular və fikirlər haqqında təəssuratların toplandığı mənbə idi və dəfələrlə oxumaq, təhlil və dərk etmək mümkün idi. Müzakirə olunan mövzular arasında əsas yeri ideyaların ontoloji statusu problemi tuturdu. E.ə. I əsrdən başlayaraq platonçular Aristoteldən və pifaqorçuluqdan istifadə edərək naturalizmin bütün elementləri ilə ciddi mübarizə aparmağa başladılar. Bu yeni bir dövrün — "orta platonizmin" başlanması üçün əsas oldu.

Orta platonizm

Orta (yaxud, aralıq) platonizm (e.ə. I əsr-b.e.II əsri). bu dövr Askalonlu Antiox, İskəndəriyyəli Evdor, Xeroneyli Plutarx, Apuley, Alkinoy, Attik, Numeninin adı ilə bağlıdır.

Skeptisizm dövründən sonra doqmatik platonizm başlayır. E.ə. I əsrdə Posidon platonizmin sistemləşdirilməsi üçün ciddi fəaliyyətə başlayır və bunun üçün Platonun "Timey"inin şərhinə əsaslanır. Bu dövrün əsas xüsusiyyəti platon irsinin dərsliklərdə toplanması, Platonun "Dialoq"larının şərh edilməsi və Platon və Aristotelin təlimləri arasında fərqlərin müəyyən edilməsi vasiləsilə sistemləşdirilməsi hesab olunur. Təxminən üçəsirlik prosesin nəticəsi Neoplatonizm oldu.

Neoplatonizmin banisi Plotin

Neoplatonizm

Bu dövrdə varlığın başında "Vahid" gələn və ümumilikdə üç üzvdən ibarət iyerarxiyası sistemli şəkildə hazırlandı. İdrakın yüksək sferalarının və "Vahid" haqqında daha dəqiq təlimin işlənib hazırlanması da bu dövr üçün xarakterikdir. Neoplatonizmin tərəfdarları üçün gündəliklər həm də daha sistemli esselərin yazılması üçün əsas mənbə oldu. Bu esselərdə hər hansı bir mənfi təzahür (məs: qəzəb, həsəd, dedi-qodu) və ya hansısa həyati çətinliklərlə(matəm, məyusluq, sürgün) bağlı təsvirlər və mübarizə metodları öz əksini tapmışdır. Neoplatonizmin banisi Plotin hesab olunur.

Həmçinin bax

  • Platon
  • Platonun Akademiyası
  • Orta platonizm
  • Plotin
  • Neoplatonizm
  • Pifaqorçular məktəbi
  • Neopifaqorçuluq

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Platonizm haqqında məlumat. Platonizm nədir? Platonizm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ana (ad)

  • Fevral 27, 2026

    Abbat

  • Fevral 27, 2026

    Uranın peykləri

  • Fevral 27, 2026

    Qaraxanilər dövləti

  • Fevral 27, 2026

    Vinston Çörçil

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst