Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Muxtar Mahmud oğlu Məlik-Aslanov (az. Muxtar Mahmud oğlu Məlik-Aslanov; 27 yanvar 1927, Tuğ, Azərbaycan SSR, ZSFSR, SSRİ – 20 sentyabr 1996, Bakı, Azərbaycan Re

Muxtar Aslanov

  • Ana Səhifə
  • Vikipediya
  • Muxtar Aslanov

Muxtar Mahmud oğlu Məlik-Aslanov (az. Muxtar Mahmud oğlu Məlik-Aslanov; 27 yanvar 1927, Tuğ, Azərbaycan SSR, ZSFSR, SSRİ – 20 sentyabr 1996, Bakı, Azərbaycan Respublikası) — avtomatlaşdırma sahəsində Azərbaycanlı sovet alimi, Azərbaycan Respublikası Dövlət Yanacaq Komitəsinin Sədri (indiki Azərbaycan Respublikası Energetika Nazirliyi), SSRİ Dövlət Mükafatı laureatı.

Muxtar Aslanov
Muxtar Mahmud oğlu Məlik-Aslanov
Doğum tarixi 27 yanvar 1927(1927-01-27)
Doğum yeri Tuğ, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 20 sentyabr 1996(1996-09-20) (69 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan Respublikası
Dəfn yeri
  • Bakı
Həyat yoldaşı Solmaz xanım
Uşaqları Rüfət, Afaq, Gülnarə
Atası Mahmud
Anası Nabat xanım Məlik-Yeqanova
Elmi dərəcəsi
  • texnika elmləri namizədi
Mükafatları SSRİ Dövlət mükafatı Azərbaycan SSR əməkdar mühəndisi

Mündəricat

Həyatı

Muxtar 1927-ci il yanvarın 27-də Tuğ kəndində anadan olmuşdur. Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsindəndir.
30-cu illərin repressiyaları zamanı ailəni respublikanın cəza orqanlarının diqqətindən bir növ qorumaq üçün atası Mahmud Məlik-Aslanov "Aslanov" soyadını götürməyə qərara gəlir.
1944–1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil alıb.
O, 1955-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvü seçilir.

Fəaliyyəti

Muxtar 1949-cu ildə ali təhsilini bitirir və neft mədənlərində texnik, mühəndis, baş mühəndis, idarə rəisi vəzifələrində işləyib, həmçinin Sumqayıt və Bakının neft-kimya sənayesində rəhbər vəzifələrdə çalışıb. Həmin ildə Azərbaycan Sənaye İnstitutunun aspiranturasını qəbul olunur.

Sumqayıtda 1958-ci ildə yeni təşkil olunmuş "Neft Kimya-avtomat" Eİİ-də aparıcı mühəndis, laboratoriya rəhbəri və şöbə müdiri vəzifələrində çalışıb.

O, 1959-cu ildə Azərbaycan Sənaye İnstitutunun texniki elmlər namizədi elmi dərəcəsini alır və baş elmi işçi adına layiq görülüb.

Təhminən 1959-cu illərin sonlarında Neft mədənlərinin avtomatlaşdırılması üçün sistemlərin və alətlər kompleksinin yaradılması və tətbiqi sahəsində, "Nefteximavtomat" Elmi-Tədqiqat Layihə İnstitutunda (Bakı) yerlərdə mütəxəssis işləmiş, burada neft sənayesində avtomatlaşdırma və hesablama texnikası kompleksinin tətbiqi üzrə məsul şöbə müdiri olmuşdur.

Sovet ittifaqı komunist partiyası mərkəzi komitəsi və SSRİ Nazirlər Sovetininnin 6 noyabr 1969-cu il tarixli qərarı ilə, Muxtar Sovet İttifaqının neft mədənlərində geniş miqyasda avtomatik və telemexaniki qurğuların yaranması, istehsalı və tətbiqi sahəsindəki böyük xidmətlərinə görə Muxtar SSRİ Dövlət Mükafatı laureatı adına layiq görülüb.

Həmçinin 40 elmi əsərin və 10 ixtiranın müəllifidir, bəzi ixtiraları xarici ölkələrdə patentləşdirilmişdir.

"Azərneft" və "Azərdəniz" neft birliklərində fəaliyyətinə görə Azərbaycan SSR Əməkdar Mühəndisi fəxri adına layiq görülmüşdür.

14 aprel 1992 – 09 sentyabr 1992 Azərbaycan Respublikası Dövlət Yanacaq Komitəsinin Sədri (indiki Azərbaycan Respublikası Energetika Nazirliyi) vəzifəsində çalışıb.

Ailəsi

Həyat yoldaşı Solmaz xanım Əliməmməd qızı Məlikova (15 noyabr 1931, Bakı – 20 avqust 2002, Bakı).
Övladları: Rüfət (12 yanvar 1959, Bakı), Afaq (23 iyun 1965, Bakı), Gülnarə (14 iyun 1968, Bakı).
Azərbaycan Xalq Cümhuriyyəti Həmkarlar İttifaqının birinci Sədri, Lənkəran qəzasının Qeneral-qubernatoru Cavad bəy Məlik-Yeqanovun bacısı oğludur.
Böyük qardaşı İsmət tanınmış həkim idi.
Bacısı Leyla xanım Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın analığı olub.

Mükafatları

  • SSRİ Dövlət Mükafatı laureatı — 6 noyabr 1969-cu il (diplom №00950).
  • Azərbaycan SSR Əməkdar Mühəndisi

Həmçinin bax

Məlik-Aslanovlar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Muxtar Aslanov haqqında məlumat. Muxtar Aslanov nədir? Muxtar Aslanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İlham Zəkiyev

  • Fevral 27, 2026

    Böyük Xorasan

  • Fevral 27, 2026

    Bozon

  • Fevral 27, 2026

    Afrika Birliyi

  • Fevral 27, 2026

    Rza şah

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst