Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Avtomatlaşdırma — hər hansı bir işin insan tərəfindən deyil, özü nizamlanan, texniki vasitələrdən istifadə edən və riyazi metodlara əsaslanan proses. Elmi-texni

Avtomatlaşdırma

  • Ana Səhifə
  • Vikipediya
  • Avtomatlaşdırma

Avtomatlaşdırma — hər hansı bir işin insan tərəfindən deyil, özü nizamlanan, texniki vasitələrdən istifadə edən və riyazi metodlara əsaslanan proses. Elmi-texniki inqilabın əsas istiqamətlərindən biridir. Avtomatlaşdırmaq – insanın hərəkətlərini şüurluluqdan çıxarıb qeyri-şüuri hərəkətə çevirmək.

Mündəricat

Tarixi

Avtomatlaşdırma termini 1947-ci ildən əvvəl işlənməyən, General Motors-un avtomatlaşdırma şöbəsinin əsasını qoyduğu vaxt avtomatik sözündən yaranmışdır. Avtomatlaşdırma hidravlik, pnevmatik, elektikli, elektronik və kompüter sözlərinin daxil olması ilə əsas da birləşməsi ilə yaranmışdır. Müasir zavodlar, təyyarələr və gəmilər kimi mürəkkəb sistemlər adətən bütün bu birləşmiş texnologiyaları istifadə edir.

Obyektləri

İnsanın praktiki fəaliyyəti ilə bağlı istənilən predmet, elmi təqdiqat və layihələndirmə prosedurları, rabitə sistemləri, fasiləsiz xarakterli istehsalatlar, maşınqayırma, neft-qaz, faydalı qazıntıların çıxarılması və s. sənaye sahələri avtomatlaşdırma obyekti ola bilər. Avtomatlaşdırma obyektlərinə qoyulan əsas tələblər bu obyektlərdə gedən proseslərə tam nəzarətin və onların idarə edilməsinin mümkünlüyüdür.

Növləri

Avtomatlaşdırma vasitələri iki sinfə-proqram və texniki (aparat) vasitələr altsistemlərinə ayrılır. Proqram vasitələri hər hansı informasiya daşıyıcısında yazılmış ilkin informasiyanın işlənilməsi və ya idarəetmə məqsədlərini yerinə yetirən proqramdır. Bununla yanaşı, xüsusi vasitələrdən də istifadə olunur. Texniki vasitələr sinfinə, əsasən, ilkin çeviricilər və ya avtomatlaşdırma obyektləri ilə bilavasitə əlaqədə olan icra mexanizmləri aiddir. Ən sadə idarə sistemi açılıb qapanma idarəsidir. Məsələn termostat ev məişət əşyası kimi istifadə olunur. Bu avtomatlaşdırmanın bir hissəsi olmasına baxmayaraq onun imkanları ibtidaidir (limitlidir).

Faydası

Avtomatlaşdırma əmək məhsuldarlığını yüksəltməyə, məhsulun keyfiyyətini yaxşılaşdırmağa, idarə etmə proseslərinin optimallaşdırmağa, sağlamlıq üçün təhlükəli istehsallardan insanları qorumağa imkan verir. Avtomatlaşdırmanın ən böyük faydası onun əməyi azaltmasıdır, bu həmçinin enerjini və material istifadəsini azaltmaq üçün və keyfiyyəti, dəqiqliyi və həssaslığı artırmaq üçün istifadə olunur.

Həmçinin bax

Proseslərin Avtomatlaşdırılması mühəndisliyi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Avtomatlaşdırma haqqında məlumat. Avtomatlaşdırma nədir? Avtomatlaşdırma nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Boris Pasternak

  • Fevral 23, 2026

    23 oktyabr

  • Fevral 24, 2026

    İoann Xrisostom

  • Fevral 24, 2026

    Vivekananda

  • Fevral 24, 2026

    National Geographic

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst