Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şimali Rodeziya — hazırda müstəqil Zambiya ölkəsi olan Mərkəzi Afrikanın cənubunda Britaniyanın protektoratı. 1911-ci ildə daha öncəki iki protektoratın, Barotz

Şimali Rodeziya

  • Ana Səhifə
  • Vikipediya
  • Şimali Rodeziya

Şimali Rodeziya — hazırda müstəqil Zambiya ölkəsi olan Mərkəzi Afrikanın cənubunda Britaniyanın protektoratı. 1911-ci ildə daha öncəki iki protektoratın, Barotzilandiya–Şimali-Qərbi Rodeziya və Şimal-Şərqi Rodeziyanın birləşməsiylə qurulmuşdur. O, ilkin olaraq, əvvəlki iki protektorat kimi, Britaniya Hökuməti adından nizamnamə şirkəti olan Britaniya Cənubi Afrika Şirkəti (BSAC) tərəfindən idarə olunurdu. 1924-cü ildən o, Britaniya hökuməti tərəfindən protektorat kimi, Britaniyanın idarə etdiyi digər protektoratlar ilə oxşar şərtlərdə və idarə olunduğu zaman tələb olunan xüsusi müddəalarla idarə olunur.

Şimali Rodeziya
Bayraq Gerb
Bayraq Gerb
Rəsmi dilləri
  • ingilis dili
Paytaxt Lusaka
İdarəetmə forması protektorat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

BSAC nizamnaməsinə əsasən nizamnamə koloniyası xüsusiyyətlərinə malik olsa da, BSAC-ın yerli rəhbərlərlə müqavilələri və Britaniya qanunvericiliyi ona protektorat statusu verdi. Bölgə nisbətən az sayda avropalı köçkünləri cəlb etdi, ancaq onlar ilk dəfə siyasi təmsilçilik əldə etdikləri vaxtdan etibarən onlar ya ayrı bir qurum kimi, ya da Cənubi Rodeziya və ehtimal ki, Nyasalendlə əlaqəli olaraq ağ azlıqların hökmranlığı üçün təşviqat aparırdılar.

Britiş Saut Afrika Kompani

"Rodeziya" adı İngilis kapitalisti və imperiya qurucusu, Limpopo çayının şimalından cənub-mərkəzi Afrikaya Britaniya ekspansiyasında rəhbər şəxs olan Sesil Con Rodsdangötürülmüşdür. Rods, şübhəli müqavilələr əsasında yerli başçılardan bir sıra hüquqları əldə edərək, Britaniya təsirini bölgədə yaydı. Cənubi Afrikada mədənçilikdə böyük bir sərvət qazandıqdan sonra onun arzusu Britaniya İmperiyasını şimala, mümkünsə Qahirəyə qədər genişləndirmək idi, baxmayaraq ki, bu, hər hansı bir kommersiya şirkətinin əldə edə biləcəyi resurslardan çox idi. Rodsun əsas diqqəti Zambezinin cənubunda, Maşonalandda və onun şərqindəki sahil bölgələrində idi və Maşonalandın gözlənilən sərvəti reallaşmadıqda, onun istədiyi Zambezinin şimalındakı ərazidə əhəmiyyətli inkişaf üçün çox az pul qaldı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şimali Rodeziya haqqında məlumat. Şimali Rodeziya nədir? Şimali Rodeziya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nizami Rəmzi

  • Fevral 28, 2026

    Meksika-ABŞ müharibəsi

  • Fevral 27, 2026

    Berkli Universiteti

  • Fevral 27, 2026

    İsveç-Norveç birliyi

  • Fevral 27, 2026

    Aleksander Çeferin

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst