Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Punktuasiya — dilçiliyin durğu işarələrindən bəhs edən bölməsi. Ümumiləşmiş şəkildə punktuasiya (latınca punktum sözündən olub, nöqtə deməkdir) adlanır. Punktua

Punktuasiya

  • Ana Səhifə
  • Vikipediya
  • Punktuasiya

Punktuasiya — dilçiliyin durğu işarələrindən bəhs edən bölməsi. Ümumiləşmiş şəkildə punktuasiya (latınca punktum sözündən olub, nöqtə deməkdir) adlanır. Punktuasiya durğu işarələrindən istifadə qaydalarının cəmi olub, orfoqrafiya və kalliqrafiya ilə birlikdə yazı qaydalarının nizama salınmasında xüsusi qiymətə malikdir.

Punktuasiyanın əsaslarının izahında üç meyil, üç istiqamət vardır: bəziləri mənaya, bəziləri sintaktik quruluşa, bəziləri intonasiyaya əsaslanır.

Birinci halda durğu işarələrinin işlədilməsi mətnin mənalı hissələrə bölünməsi ilə bağlı izah edilir; ikinci halda cümlənin sintaktik quruluşu, üçüncü halda nitqin ritmik-melodik axını, vurğu, fasilə və s. əsas götürülür.

Durğu işarələrinin işlədilməsi qeyd edilən meyillərin hər üçü ilə - məna, sintaktik quruluş və intonasiya ilə əlaqədardır. Lakin aydındır ki, cümlənin quruluşu da, intonasiyası da müəyyən məqsədlə, mənanın ifadəsi ilə bağlıdır. Ona görə də durğu işarələrinin işlənməsində məna məsələsi həlledici amil sayılır.

Əksərən üç cəhət birgə fəaliyyət göstərsə də, bəzən bunlardan biri digərinə nisbətən üstün mövqeyi ilə diqqəti cəlb edir. Bir sıra hallarda durğu işarələrinin işlədilməsinin intonasiya ilə heç bir əlaqəsi olmur; məsələn, vasitəsiz nitqin dırnaqda verilməsi, sitatlarda ixtisarların üç nöqtə ilə göstərilməsi, müxtəlif emosiyaları çatdırmaq üçün mötərizə içərisində sual işarəsi, nida işarəsi qoyulması və s.-in intonasiya ilə əlaqəsi yoxdur və ya çox zəifdir. "Mən bilirəm, sən nə demək istəyirsən" tipli cümlələrdə "bilirəm" sözündən sonra pauza olmadığı halda, mənanı və sintaktik quruluşu nəzərə alaraq vergül qoyulur.

Sintaktik quruluş özü də mənadan asılı olur. Sintaktik quruluş yazıçının fikri mənalandırma bacarığına əsasən formalaşır, cümlənin üzvlənməsi, yəni onun sərhədlərinin müəyyənləşməsi müəllifin fikirləri necə əlaqələndirmək istəyi ilə bağlı olur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Punktuasiya haqqında məlumat. Punktuasiya nədir? Punktuasiya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Süleyman Mirzə

  • Fevral 27, 2026

    Symbian OS

  • Fevral 27, 2026

    Mureş çayı

  • Fevral 27, 2026

    Heyratı (dəqiqləşdirmə)

  • Fevral 27, 2026

    Hafiz Məmmədov

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst