Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kalium (K) – toxumalardakı suyun miqdarını nizama salır və ürəyin işini yaxşılaşdırır. Toxumalarda kaliumun mübadiləsi son dərəcə sürətlə gedir. Bitki mənşəli m

Kalium

  • Ana Səhifə
  • Vikipediya
  • Kalium
19 arqon ← kalium → kalsium
Na
↑
K
↓
Rb
dövri cədvəl
Ümumi
Ad, İşarə, Nömrə kalium, K, 19
Qrup, Dövr, Blok 1, 4, s
Xarici görünüşü
Atom kütləsi39.0983 q/mol
Elektron formulu[Ar] 4s1
Fiziki xassələr
Halı
Sıxlığı
(0 °C, 101,325 kPa)
q/L
Ərimə temperaturu63.38 °C
(336.53 K, 146.08 °F)
Qaynama temperaturu759 °C
(1032 K, 1398 °F)
Elektromənfiliyi0,82
Oksidləşmə dərəcəsi
Spektr =
İonlaşma enerjisikCmol-1

Kalium (K) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 19-cu element.

Kalium (K) – toxumalardakı suyun miqdarını nizama salır və ürəyin işini yaxşılaşdırır. Toxumalarda kaliumun mübadiləsi son dərəcə sürətlə gedir. Bitki mənşəli məhsulların külündə kaliumun miqdarı bəzən 50%-dən çox olur. Ərzaq məhsullarında kaliumun miqdarı mq%-lə belədir: çovdar çörəyi – 227; buğda çörəyi – 208; lobya – 1144; kartof – 429; yerkökü – 284; kələm – 247; ərik qurusu – 1780; mal əti – 338; yumurta – 140; balıq – 162; inək südü – 143; pendir – 89; alma – 248. xiyar- pomidorda—yoxdur-bəzən-2 götürülür.

Kalium çox aktiv elemen olduğuna görə metallurgiyada istifadə olunmur, lakin onun nitrat duzu (selitra) əsrlərlə barıtın hazırlanmasında istifadə olunub, kalium karbonat (potaş) sabun istehsalında, alüminium-kalium sulfat xəmir hazırlanmasında, kalium hidrosulfit çaxırlara fermentasiya prosesinin qarşısını almaq üçün əlavə edilir, kalium benzoat isə konservant kimi istifadə edilir. Kalium bütün gübrələrin tərkibinə daxildir, bu səbəbdən onun filizinin illik hasilatı 35mln ton təşkil edir. Kalium hasilinin əsas bənbəyi silvin (kalium xlorid) mineralıdır. Kalium yuyucu vasitələrin, şüşənin, farmasevtik preparatların istehsalında istifadə olunur. İldə bu elementdən iki yüz ton istehsal olunur və onun çox hissəsi nadperoksidə çevrilir. Nadperoksid sualtı gəmilərdə, kosmik gəmilərində oksigen regeneratoru kimi tətbiq olunur. Kalium canlı orqanizmlərdə gedən bioloji proseslərin mühüm hissəsini təşkil edir və sinir sisteminin fəaliyyətində mühüm rol oynayır.

Mündəricat

Kalium insan orqanizmində

kütləsi 70 kq olan insanın bədənində 140 qram kalium olur. Yaşlı adam sutkada qida ilə hər kiloqram kütləyə görə 2–3 mq, uşaq isə hər kiloqram çəkiyə görə 12–13 mq kalium istifadə etməlidir. Uşaq orqanizmi cavan bitkilər kimi yaşlı orqanizmə nisbətən daha çox kalium tələb edir.

Kaliumun orqanizmə daxil olma mənbələri çoxdur.

Tərəvəz: ispanaq, xiyar, kartof, kök, soğan, cəfəri, qulançar, qıtığotu, zəncirotu, noxud, soya, lobya, sarımsaq.

Meyvə: qara moruq, qara gavalı, kişmiş və s.

Kalium birləşmələri

KOH — kalium hidroksid;

KCl — kalium xlorid, silvin;

K2SO4 — kalium sulfat, arkanit;

KAl(SO4) 2. 12H2O — alüminium kalium zəyi

Ədəbiyyat

  • Jon Emsli, 30 saniyə kimya haqqında kitabı, səh 18

Həmçinin bax

  • Kalium bromid
  • Kalium gübrələri
  • Kalium hidrosulfat
  • Kalium nitrat

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kalium haqqında məlumat. Kalium nədir? Kalium nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Lahıc (İsmayıllı)

  • Fevral 27, 2026

    Nikolay Buxarin

  • Fevral 27, 2026

    Doktrina

  • Fevral 27, 2026

    Tağı Şahbazi

  • Fevral 27, 2026

    Muscari neglectum

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst