Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Müxtəlif dövrlərdə filler Avstriya-Macarıstan kronu, Macarıstan kronu, pengö və forintin yüzüncü hissəsi olmuşdur. Adı "dörd" mənasını verən Vierer alman sözünd

Filler

  • Ana Səhifə
  • Vikipediya
  • Filler

Filler (mac. fillér) — 1892-ci ildən 1999-cu ilə qədər dövriyyədə olan Macarıstanın xırda sikkəsi.

Müxtəlif dövrlərdə filler Avstriya-Macarıstan kronu, Macarıstan kronu, pengö və forintin yüzüncü hissəsi olmuşdur. Adı "dörd" mənasını verən Vierer alman sözündən gəlir, bu termin həmçinin 4 kreytser dəyərində olan Avstriya-Macarıstan sikkəsinin adı idi.

Son fillerlər 1999-cu ildə zərb olunmuşdur, hal-hazırda real pul dövriyyəsində iştirak etmirlər, lakin yenə də Macarıstan forintinin ayrılmaz hissəsi hesab olunurlar.

Mündəricat

Avstriya-Macarıstan kronu

Avstriya-Macarıstan kronu 1892-ci ildə Avstriya-Macarıstanın pul vahidi kimi dövriyyəyə daxil oldu. İmperiyanın Avstriya hissəsində xırda pula "heller", Macarıstan hissəsində isə "filler" deyilirdi. 1900-cü ilə qədər köhnə sikkələr də dövriyyədə idi, onların nisbətləri: 1 qulden (florin) = 2 krona, 1 kreytser = 2 filler (heller). Filler sikkələri Kremnitsa zərbxanasında zərb olunurdu və onlar (heller sikkələri kimi) imperiyanın bütöv ərazisində qanuni ödəniş vasitəsi sayılırdı.

Birinci Dünya müharibəsinin başlaması 2, 10 və 20 filler dəyərində sikkələr dəmirdən zərb olunmağa başlandı və 1 filler sikkələrin zərb edilməsi dayandırıldı. Avstriya-Macarıstanın dağılmasından sonra, filler sikkələri də daxil olmaqla, Avstriya-Macarıstan kronunun istifadəsi yeni yaradılan dövlətlərin ərazisində milli kredit və pul sistemləri yaradılana qədər davam etdi.

Avers Revers Nominal Diametr, mm Qalınlıq, mm Kütlə, q Metal Çevrəsi Zərb olunma illəri Dövriyyəyə buraxılma Dövriyyədən çıxarılma
1 filler 17 1 1,66 Mis/Qalay/Sink (950/40/10) hamar 1892–1904, 1906, 1914 1 aprel 1893 31 dekabr 1926
2 filler 19 2 3,33 Mis/Qalay/Sink (950/40/10) hamar 1892–1910, 1914, 1915
2 filler 17 2 2,78 Dəmir hamar 1916–1918 6 noyabr 1916
10 filler 19 1 3 Nikel nahamar 1892–1896, 1906, 1908, 1909, 1914 7 may 1893 30 aprel 1918
10 filler 19 1 3 Mis/Sink/Nikel (500/400/100) nahamar 1914–1916 10 may 1915 31 dekabr 1926
10 filler 19 1 2,5 Dəmir nahamar 1915, 1916, 1918 10 noyabr 1916
20 filler 21 2 4 Nikel nahamar 1892–1894, 1906–1908, 1914 7 may 1893 31 dekabr 1917
20 filler 21 1 3,33 Dəmir hamar 1914–1918 3 avqust 1916 31 dekabr 1926
  1. Macarıstan ərazisində dövriyyədən çıxarılma tarixidir, digər ərazilər üçün bax Dövriyyədən çıxarılması

Macarıstan kronu

Kremnitsa zərbxanasının avadanlığı 1920-ci ildə Budapeştə aparıldı və burada filler sikkələrin zərb edilməsi başlandı. 1920–1922-ci illərdəki 10 və 20 filler sikkələri 1914-cü il tipli Avstriya-Macarıstan sikkələrinin növündə zərb edilirdi. Sikkələrin görünüşü, xüsusiyyətləri və habelə Kremnitsa zərbxanasının nişanı "K" dəyişməz qaldılar.

.

Avers Revers Nominal Diametr, mm Qalınlıq, mm Kütlə, q Metal Çevrəsi Zərb olunma illəri Dövriyyədən çıxarılma
10 filler 19 1 2,5 Dəmir nahamar 1920 31 dekabr 1926
20 filler 21 1 3,33 Dəmir hamar 1920–1922 31 dekabr 1926

1920-ci ilin noyabr ayında Poçt Əmanət Bankının filler məzənnəsində mübadilə biletləri dövriyyəyə buraxıldı.

Şəkil Nominal Ölçüsü Tarix
Avers Revers Banknotda qeyd olunan Dövriyyəyə buraxılma` Dövriyyədən çıxarılma
Xarici təsvir Xarici təsvir 20 filler 87 × 56 mm 2 oktyabr 1920-ci il 22 noyabr 1920-ci il 9 yanvar 1924-cü il
Xarici təsvir Xarici təsvir 50 filler 87 × 56 mm 14 dekabr 1920-ci il

1920-ci ildə, sikkə bənzər banknotların sınaq nüsxələri nominal dəyəri 50 filler olan kartondan hazırlandı. Avers tərəfində Macarıstan gerbi, revers hissəsində isə nominal təsvir olundu.

Изображение Nominal Diametr, mm Material İstehsal ili
Xarici təsvir 50 filler 30 Karton Qeyd olunmayıb

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Filler haqqında məlumat. Filler nədir? Filler nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ratqers Universiteti

  • Fevral 27, 2026

    Mehdixan Vəkilov

  • Fevral 27, 2026

    Xulio İqlesias

  • Fevral 24, 2026

    Elaeagnaceae

  • Fevral 27, 2026

    Gaşerbrum I

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst