Tit Livi (e.ə. 59, Padova, Roma respublikası – 17, Padova, Roma imperiyası), Titus Livius və ya ingilis dilində daha çox tanınan adı ilə Livi (Livy) – eramızdan əvvəl I əsrlə eramızın I əsrinin qovşağında yaşamış olan tarixçi və yazıçı olmuşdur. O, Roma tarixinə dair məşhur əsər olan Ab Urbe Condita (Şəhərin yaranmasından) əsərini yazmışdır. Əsər Romanın yaranmasından (ənənəvi olaraq eramızdan əvvəl 753-cü il) başlayaraq Avqustun hakimiyyətinə qədər olan Roma tarixindən bəhs edir. Livi, İtaliyanın şimalındakı Padovanın (Qədim Patavium) yerli siyasətçisi olmuşdur.
| Tit Livi | |
|---|---|
| lat. Titus Livius | |
| |
| Doğum tarixi | e.ə. 59 |
| Doğum yeri | |
| Vəfat tarixi | 17 (74–75 yaşında) |
| Vəfat yeri | |

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tit Livi haqqında məlumat. Tit Livi nədir? Tit Livi nə deməkdir?
