Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Epixarm, Epixarmus (yun. Ἐπίχαρμος, təxminən E.ə. 540 – E.ə. 450) — qədim yunan mütəfəkkiri, fəlsəfəöncəsi dönəminin ən görkəmli nümayəndələrdən biri.

Epixarm

  • Ana Səhifə
  • Vikipediya
  • Epixarm

Epixarm, Epixarmus (yun. Ἐπίχαρμος, təxminən E.ə. 540 – E.ə. 450) — qədim yunan mütəfəkkiri, fəlsəfəöncəsi dönəminin ən görkəmli nümayəndələrdən biri.

Epixarm
q.yun. Ἐπίχαρμος
Doğum tarixi təq. e.ə. 524(-524) və ya təq. e.ə. 540(-540)
Doğum yeri
  • Kos, Cənubi Egey adaları, Yunanıstan
Vəfat tarixi təq. e.ə. 435(-435) (88–105 yaşında) və ya e.ə. 448(-448) (75–92 yaşında)
Vəfat yeri
  • Sirakuza, Qədim Roma
Elm sahəsi fəlsəfə

Pifaqorun mühazirələrində iştirak etməsinə baxmayaraq onu pifaqorçulara aid etmirlər. Bəzi tarixçilər onu “Yeddi yunan müdriklərin”dən biri hesab edirdilər.

Epixarmusun İtaliyanın cənubunda anadan olduğu güman edilir. O, çoxlu komediya janrında əsərlər yazmış, bu janrın yaradıcılarından biri hesab edilmişdir. Dövrümüzə onun “qnome”lər adlanan qısa müdrik ifadələri gəlib çatmışdır. Bundan başqa, onun təbiət və təbabət haqqında zamanımıza çatmayan əsərləri də olmuşdur.

Epixarmus hər şeyi ikilikdə (dualizmdə) təsəvvür edirdi. Onun təliminə görə maddi və düşüncə ilə qavranılan başlanğıclar vardır. Maddi başlanğıc od, hava, yer və sudan ibarətdir. Ona görə maddi başlanğıc dəyişkəndir. Düşüncə ilə qavranılan başlanğıc isə müxtəlif ideyalardır ki, onlar hər şeyin formasını təşkil edir. O başlanğıc dəyişkənliyə uğramır və hərəkətsizdir.

İnsan təbiəti də ikilidir. Bir tərəfdən onun maddi, başqa tərəfdən isə ilahi (onun ruhu) əsası vardır. İnsan diri ikən onlar birlikdədirlər, ölüm baş verən kimi isə ayrılırlar. Bədən məhv olur, ruh isə varlığını davam etdirir. Əslində isə insanın “Mən”ini təşkil edən ruhdur. Bədən isə onun zindanıdır. Ona görə də ruhu təkmilləşdirmək lazımdır ki, insan şəhvətlə dolu həyat sürməsin.

Qnomelərinin (qısa aforizmlər şəklində verilmiş müdrik ifadə) birində Epixarmus insan xasiyyətləri haqqında düşünür . Yalnız şər insanlar yoxdur, çünki hamıda həm yaxşı, həm də pis xüsusiyyətlər vardır. Sadəcə bəzi adamlarda pis cəhətlər yaxşıları üstələyir. Onlar naqis adamlardır. Başqalarında isə yaxşı cəhətlər daha çox olur. Onlar isə müsbət insanlardır. Beləliklə, ən yaxşı insan o kəsdir ki, onun yaxşı xüsusiyyətləri, mənfi xüsusiyyətlərini üstələsin.

Başqa bir qnomesində isə Epixarmus demişdir ki: “Ölü olmaq qorxulu deyil. İnsanları ölmək anı qorxudur” .

Ədəbiyyat

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi. Bakı: 3 saylı Bakı Mətbəəsi ASC, 2016, s. 18-19.
  • Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915.
  • Маковельский А. О. Досократики. Минск: Харвест, 1999.
  • Эпихарм. Гнома 165 // Душенко К. Мысли и изречения древних с указанием источника. M.: Эксмо, 2007.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Epixarm haqqında məlumat. Epixarm nədir? Epixarm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kurqan şəhəri

  • Fevral 27, 2026

    Nohur

  • Fevral 27, 2026

    Meritaton

  • Fevral 27, 2026

    Eptesicus

  • Fevral 27, 2026

    Kantçılıq

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst