Kos (yun. Κως, q.yun. Κῶς) və ya İstanköy — Egey dənizində Yunanıstana aid ada. Dodekanes adalar qrupuna (Egey dənizinin cənub-şərq hissəsindəki Cənubi Sporad adaları) daxildir. Kalimnos və Pserimosun cənubunda, Kiçik Asiya yarımadasındakı Göyova körfəzinin girişində yerləşir. Adanın 4 kilometr şərqində İoniya sahilləri, indiki Türkiyənin Bodrum kurort bölgəsi yerləşir. 2011-ci il siyahıyaalınmasına görə, əhalisi 33.388 nəfərdir. Dodekanes arxipelaqında Rodosdan sonra ikinci ən çox əhalisi olan adadır. Adanın və eyniadlı icmanın inzibati mərkəzi Kos şəhəridir.
| Kos | |
|---|---|
| Κως | |
| |
| Ümumi məlumatlar | |
| Sahəsi |
|
| Hündür nöqtəsi | 846 m |
| Əhalisi |
|
| Yerləşməsi | |
| 36°48′55″ şm. e. 27°06′37″ ş. u.HGYO | |
| Ölkə | |
![]() Kos | |
Adanın adı, ehtimal olunur ki, qədim zamanlarda sikkələrdə emblem kimi təsvir edilən xərçəngdən gəlir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kos haqqında məlumat. Kos nədir? Kos nə deməkdir?

