Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Baham Adaları Birliyi (ing. Commonwealth of the Bahamas), Bahamalar (ing. Bahamas) — eyni adlı adalarda yerləşən dövlət. Sahəsi – 13,9 min km², əhalisi – 0,4 ml

Baham adaları

  • Ana Səhifə
  • Vikipediya
  • Baham adaları

Baham Adaları Birliyi (ing. Commonwealth of the Bahamas), Bahamalar (ing. Bahamas) — eyni adlı adalarda yerləşən dövlət. Sahəsi – 13,9 min km², əhalisi – 0,4 mln. nəfər (2005-ci il), paytaxtı – Nassau. Baham adaları Florida yarımadasından cənub-şərqdə geniş Baham arxipelağında yerləşir. Arxipelaq 650-dən artıq xırda adalardan ibarətdir.

Baham Adaları Birliyi
The Bahamas
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
"İrəli, İrəli, Birlikdə irəli"
Himn: "March On, Bahamaland"
Tarixi
 • Böyük Britaniyadan müstəqillik 10.VII.1973
Rəsmi dili İngilis dili
Etnik qrupları bahamalılar-90%, haitililər- 5%
Paytaxt Nassau-250 min nəfər (2011-ci il)
Ən böyük şəhəri paytaxtı
İdarəetmə forması Parlament demokratiyası və Konstitusiyalı monarxiya
Monarx III Çarlz
General-qubernator Kornelius Elvin Smit
Baş nazir Filip Devis
Sahəsi Dünyada 161-ci
 • Ümumi 13878 km²
 • Su sahəsi (%) 27%
Əhalisi
 • Əhali (2015) 365 min nəfər (177-ci)
 • Siyahıyaalma (2010) 353 658 nəf.
 • Sıxlıq 26 nəf./km²
ÜDM (AQP)
 • Ümumi (2012) 11 240 million dollar  (151-ci)
 • Adambaşına 31 900 dollar  (45-ci)
Valyuta Dollar (BSD)
İnternet domeni .bs
ISO kodu BS
Telefon kodu 1 242
Saat qurşaqları UTC-5
Nəqliyyatın yönü sol
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Baham Adaları

Mündəricat

Adın etimologiyası

Baham adaları adının haradan gəldiyi dəqiq məlum deyil. Adanın adının ispan dilindəki baja mar (cənub dənizi) və ya bu adanın aborigen sakinləri olan Lukayan xalqının dilindəki ba-ha-ma (geniş yüksək ərazi) sözündən yaranması ehtimalı mövcuddur.

Coğrafiya

Baham adaları əsasən mərcan tipli əhəngdaşlarından ibarətdir. Baham — 700 adadan (onlardan 30-u məskunlaşıb) və 2000 mərcan töküntüdən ibarət olan arxipelaqdır. Düzənlik səthə malik olan adalarda karst relyef formaları geniş yayılmışdır. Ölkə 1973-cü ilin iyulun 10-dan müstəqil dövlətdir. Əksər adaların sahillərində narın qumlu, gözəl çimərliklər uzanır. İqlimi tropik rütubətli olub, may ayından oktyabr ayına kimi yağıntılı dövrüdür. Yanvarın orta temperaturu 20–23 °C, iyul 28 °C-dir. İyul ayından oktyabra kimi adalarda tez-tez güclü qasırğalar olur, yağıntının miqdarı 1100–1700 mm-dir. Çaylardan məhrum olan adalarda çoxlu duzlu-şor göllər vardır. Yağıntıların karst burulğanlarından keçərək yaratdığı yeraltı sular ada sakinləri üçün şirin su mənbəyidir.

Adaların bitki örtüyü nisbətən kasıbdır. Savannalar, həmişə yaşıl tikanlı kolluqlar, xeyli sahədə şam meşələri mövcuddur. Böyük adalarda — Androsda və Böyük Abakoda həmişəyaşıl meşələr qalmaqdadır.

Silahlı qüvvələr

Baham adaları dövlətinin hər hansı ordusu və ya Hərbi Hava Qüvvələri mövcud deyil. Ölkənin silahlı qüvvələri Baham Adaları Kral Müdafiə Qüvvələri və Hərbi Dəniz Donanmasından ibarətdir. Müdafiə Aktına əsasən Baham Adaları Kral Müdafiə Qüvvələri ölkənin suverenliyini qorumaq, dəniz sərhədlərinə nəzarət etmək, təbii fəlakət dövründə yardım fəaliyyəti göstərməkdə məsuldur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Baham adaları haqqında məlumat. Baham adaları nədir? Baham adaları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    D

  • Fevral 27, 2026

    Qanaxma

  • Fevral 27, 2026

    Niyazqulular

  • Fevral 24, 2026

    XIV əsr

  • Fevral 27, 2026

    Femistokl

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst