Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Oxlokratiya dövlət idarəetmə formalarından biridir, Polibiyə görə demokratiyanın təhrif olunmuş, eybəcərləşdirilmiş formasıdır, rəzil ehtiraslarla ağlına gələni

Oxlokratiya

  • Ana Səhifə
  • Vikipediya
  • Oxlokratiya

Oxlokratiya (yun. ochloc – kütlə, kratos – hakimiyyət) — qara camaatın hakimiyyətidir.

Haqqında

Oxlokratiya dövlət idarəetmə formalarından biridir, Polibiyə görə demokratiyanın təhrif olunmuş, eybəcərləşdirilmiş formasıdır, rəzil ehtiraslarla ağlına gələni edən, zorakılıq və qanunsuzluğa əsaslanan qaraguruhun hökmranlığıdır, dövlətin ən pis formasıdır. Aristotelin fikrincə, ""yaxşıların" hakimiyyətdən kənarlaşdırılması və onu qara camaatın əvəzləməsi ölkədə sabitliyi pozur, dövlətdə xaosun artmasına səbəb olur. Oxlokratiya haqqında C. Boden nifrətlə danışır, onu demokratiya adı altında, nifaqın və vətəndaş müharibəsinin səbəbkarı sanırdı. Kütlənin psixologiyası və onun idarəçiliyinin ağır nəticələri barədə Q. Tard və Q. Leben də yazmışlar. "Kütlənin hökmranlığı" ideyası sosialist ideyasının həyata keçirildiyi vaxtlarda daha çox səslənməyə başladı. İ. A. İlin oxlokratiyanın ayaq açıb yeriməsini xalqın hüquqi şüurunun və sosial sisteminin pozulması ilə bağlayırdı. O, öz tarixi təcəssümünü 1789-cu il Fransa inqilabında, 1871-ci il Paris Kommunasında, XX əsrin əvvəllərində Rusiyada- sovet hakimiyyətinin ilk dövrlərində tapmışdır. Belə vəziyyət ən çox dövlətin "qarışıq dövrlərində" meydana gəlir, o zaman ki, köhnə normalar, institutlat, həyat sistemi pozulur və onların yeniləri ilə əvəzlənməsi mümkün olmur. Tarixdən o da məlumdur ki, oxlokratiyanın ömrü uzun olmur.

Həmçinin bax

  • Populizm

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Oxlokratiya haqqında məlumat. Oxlokratiya nədir? Oxlokratiya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kalistrat Saliya

  • Fevral 24, 2026

    E.ə. 138

  • Fevral 27, 2026

    Graffenrieda

  • Fevral 27, 2026

    Qarabağ kilimləri

  • Fevral 26, 2026

    Men adası

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst