Teymur Ramiz oğlu Mehdiyev — Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini (2014–2025), general-mayor (2014).
| Teymur Mehdiyev | |
|---|---|
| 5 may 2014 – 1 dekabr 2025 | |
| Nazir | Kəmaləddin Heydərov |
| 3 mart 2011 – 5 may 2014 | |
| Rəis | Arzu Rəhimov Firudin Nəbiyev |
| 7 fevral 2006 – 3 mart 2011 | |
| Nazir | Əbülfəs Qarayev |
| 20 fevral 2004 – 7 fevral 2006 | |
| Nazir | Əbülfəs Qarayev |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 25 iyun 1975 (50 yaş) |
| Doğum yeri | |
| Təhsili | Bakı Dövlət Universitetinin Hüquq fakültəsi |
| Atası | Ramiz Mehdiyev |
| Anası | Qalina Mehdiyeva |
| Rütbəsi | General-mayor III dərəcəli dövlət miqrasiya xidməti müşaviri |
| | |
| Təltifləri | |
Ramiz Mehdiyevin oğludur.
Həyatı
Teymur Ramiz oğlu Mehdiyev 25 iyun 1975-ci ildə Gürcüstan Sovet Sosialist Respublikasının Abxaziya MSSR-nın Suxumi şəhərində anadan olub. 1982-ci ildən 1992-ci ilə qədər Bakı şəhərində 134 № li orta məktəbdə təhsil almışdır. 1992-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş və 1997-ci ildə həmin Universiteti bitirmişdir. 1997–1999-cu illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində çalışmışdır. 1999–2001-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində işləmişdir. 2001–2004-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində çalışmışdır.
2004–2006-cı illərdə Azərbaycan Respublikası gənclər, idman və turizm nazirinin müavini, 2006–2011-ci illərdə isə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini, 2011–2014-cü illərdə isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifələrində çalışmışdır. 2011-ci ildə ona III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 5 may 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini təyin edilmiş və ona general-mayor ali hərbi rütbəsi verilmişdir. 1 dekabr 2025-ci ildə general-mayor Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2018-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Teymur Mehdiyev haqqında məlumat. Teymur Mehdiyev nədir? Teymur Mehdiyev nə deməkdir?