Samuel Ferquson (10 mart 1810[…], Belfast – 9 avqust 1886[…]) — irland şairi, ser, İrlandiya Kral Akademiyasının prezidenti.
| Samuel Ferquson | |
|---|---|
| ing. Samuel Ferguson | |
| |
| Doğum tarixi | 10 mart 1810[…] |
| Doğum yeri | |
| Vəfat tarixi | 9 avqust 1886[…] (76 yaşında) |
| Fəaliyyəti | arxivçi, şair, arxeoloq, yazıçı, vəkil |
| Əsərlərinin dili | ingilis dili |
| | |
1832-ci ildə Dublin Triniti Kollecinin hüquq fakültəsini bitirmişdir və "Gənc İrlandiya" hərəkatına qoşulmuşdur. 1840-cı illərdən İrlandiya tarixi və arxeologiyası sahəsində tədqiqatlar aparmış, kelt mədəniyyətini öyrənmək üçün 1863-cü ildə İrlandiya, Böyük Britaniya və Fransa Bretanına səyahət etmişdir. 1867-ci ildə İrlandiya məhkəmə aktları mühafizinin köməkçisi olmuşdur. 1878-ci ildə rıtsar rütbəsinə yüksəlmişdir. Şair kimi ilk əsərini 1832-ci ildə yazıb. "Konqal" poeması və kelt folklor süjetləri əsasında yazdığı balladaları ilə geniş şöhrət qazanmışdır. Elmi əsərlərin, o cümlədən "İrlandiya, Uels və Şotlandiyada oqam kitabələri"nin müəllifidir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Samuel Ferquson haqqında məlumat. Samuel Ferquson nədir? Samuel Ferquson nə deməkdir?
