Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Demetra (yun. Δημήτηρ; da – "torpaq", meter – "ana" deməkdir) — Yunan mifologiyasında əkinçilik və bərəkət tanrıçası. Əfsanəyə görə Plutos onun İasiondan olan o

Demetra

  • Ana Səhifə
  • Vikipediya
  • Demetra

Demetra (yun. Δημήτηρ; da – "torpaq", meter – "ana" deməkdir) — Yunan mifologiyasında əkinçilik və bərəkət tanrıçası. Əfsanəyə görə Plutos onun İasiondan olan oğludur. O, Titanlar Kronos və Reyanın qızıdır, Olimpiya tanrıları arasında ən hörmətli ilahələrdən biri sayılırdı. Adının mənasından da göründüyü kimi təbiətlə sıx bağlı olmuşdur.

Demetra
q.yun. Δημήτηρ
q.yun. Δημήτρα
Mifologiya Yunan
Təsir sahəsi torpaq, Nəsil artımı, kənd təsərrüfatı
Yunanca adı Δημήτηρ, Δήμητρα, Δηώ
Cinsi qadın[d]
Atası Kron
Anası Reya
Qardaşı Zevs, Aid, Poseydon
Uşaqları Persefona, Plutos
Atributlar Alov, taxıl, buğda, arpa
Digər mədəniyyətlərdə Serera
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Poseydon və Demetra

Poseydon Demetraya qarşı çox ehtiraslı olmuşdur. Belə ki, bir dəfə Demetra ondan qaçaraq at cildinə girir. Bu zaman Poseydon ayğıra çevrilərək onunla cinsi əlaqəyə girir və ilahi at Areyon və qızları dünyaya gəlir. Demetranın ən sevimli və çox gözəl olmuş Zevsdən olan qızı Persefonadır.

Persefonanın qaçırılması

Yeraltı aləmin tanrısı Pluton və ya Aid Persefonaya vurulur və onu oğurlamaq istəyir. Aidlə əlbir olan Zevs onu oğurlamaq üçün Geyaya müraciət edirlər. Geya bu məqsədlə çəmənlikdə çox gözəl və cəlbedici nərgiz gülü bitirir. Persefona öz rəfiqələrilə çəməndə çiçək toplarkən həmin nərgizin cazibəsinə düşüb onu üzmək istərkən, qəflətən yerin tərki aralanır və Aid öz arabası ilə peyda olaraq onu yeraltı səltənətinə qaçırdır. Qəm və kədərdən üzülmüş Demetra doqquz gün qızını axtarır. Kömək üçün Heliosa müraciət edir. Göydən yerin nəzarətçisi olan Helios ona qızının kim tərəfindən qaçırıldığını deyir. Zevsin də bu işdə əli olduğunu bilən Demetra Olimpi tərk edir. Tam üzülmüş halda uzun-uzadı sərgərdanlıqdan sonra o, Elevsin deyilən bir yerə çatır. Burada o, sadə insan cildinə girərək çar Kilenin oğlu Demefontanın, çarın qonaqpərvərliyi qarşılığında tərbiyəsi ilə məşğul olur. Demetra Demefontanı ölməz etmək üçün onu gecələr odun üstündə saxlayır. Uşağın anası Metanira bunu görərək haray salır. Bu zaman Demetra öz həqiqi cildinə qayıdır. Bunu görən Elevsina əhli onun şərəfinə məbəd ucaldırlar. Demetra bu məbəddə qapanaraq bütün gecələri qızına yas saxlayaraq ağlayır və yer üzərindəki bütün bitkilər solmuş olur. Bunu görcək Zevs qardaşı Aidə Persefonanı buraxmağı tövsiyə edir. Aid razı olur, amma Persefonaya getməzdən əvvəl yemək üçün nar dənəsi verir: bu o deməkdir ki, Persefona mütləq ərinə dönəcəkdir. Beləliklə, məsələ bu yolla həll edilir: ilin dörd ayını Persefona əri ilə, qalan səkkiz ayını isə yer üzərində anasının yanında keçirməli olur.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Demetra haqqında məlumat. Demetra nədir? Demetra nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Çox nöqtə

  • Fevral 27, 2026

    Sərdar Berdiməhəmmədov

  • Fevral 27, 2026

    Əli Əlirzayev

  • Fevral 27, 2026

    Rias dövrü

  • Fevral 28, 2026

    III Xattusili

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst