Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Beynəlxalq iqtisadiyyat — müxtəlif malların, xidmətlərin, işçi qüvvəsinin, kapitalın və digər istehsal amillərinin beynəlxalq mübadiləsi sahəsində müxtəlif dövl

Beynəlxalq İqtisadiyyat

  • Ana Səhifə
  • Vikipediya
  • Beynəlxalq İqtisadiyyat

Beynəlxalq iqtisadiyyat — müxtəlif malların, xidmətlərin, işçi qüvvəsinin, kapitalın və digər istehsal amillərinin beynəlxalq mübadiləsi sahəsində müxtəlif dövlətlərin təsərrüfat subyektləri arasında qarşılıqlı təsir qanunauyğunluqlarını öyrənən bir fəndir.

İqtisadiyyat
Əsas kateqoriyalar
Mikroiqtisadiyyat
Makroiqtisadiyyat
İqtisadi təlimlər tarixi
İqtisadi metodologiya
Alternativ iqtisadiyyat
Texniki metodlar
Riyazi iqtisadiyyat
Ekonometrika
Təcrübi iqtisadiyyat
Milli Hesablar Sistemi
Sahələr və alt sahələr
Təhsil
Səhiyyə
Əmək
Oyunlar nəzəriyyəsi
Artım
Kənd təsərrüfatı
Təbii ehtiyatlar
Davranış
İqtisadi sistem
Beynəlxalq

Portal:İqtisadiyyat
  • b
  • m
  • r

Beynəlxalq iqtisadi münasibətlər (BİM) – maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı üzrə müxtəlif ölkələrin təsərrüfat subyektləri arasında qarşılıqlı fəaliyyət sistemidir. BİM ayrı-ayrı ölkələr, onların regional birlikləri, həmçinin ayrı-ayrı müəssisələr (transmilli və çoxmilli şirkətlər) arasında iqtisadi münasibətlərin çoxsəviyyəli təsərrüfat əlaqələri kompleksidir.

BİM iqtisadiyyatların müxtəlif səviyyələrində təzahür edə bilər ki, onun da subyektləri aşağıdakılardır:

  1. Mikrosəviyyə — burada BİM-in subyektləri kimi bu və ya digər xarici iqtisadi əməliyyatları həyata keçirən ayrı-ayrı fiziki şəxslər, orta və kiçik müəssisələr və firmalar çıxış edir;
  2. Makrosəviyyə — bu səviyyənin əsas subyektləri kimi milli dövlətləri, onların subyektlərini, beynəlxalq iqtisadi inteqrasiya qruplaşmalarını, transmilli və qlobal şirkətləri göstərmək olar;
  3. Üstmilli səviyyə — bu səviyyədə beynəlxalq təşkilatlar və üstmilli institutlar fəaliyyət göstərir.

BİM-in məzmununun arşdırılmasında onun obyekt və subyektlərinin böyük əhəmiyyəti vardır.BİM-in obyektləri onun ayrı-ayrı formalarıının əsasını təşkil edən əmtəələr və xidmət növləri,kapital,texnologiya və bu kimi yüzlərlə iqtisadi məzmuna malik anlayışlardan ibarətdir.BİM-in subyektləri mikroiqtisadi səviyyədə firmalardan, beynəlxalq şirkətlərdən,sahibkarlar ittifaqlarından ibarətdir.Makroiqtisadi səviyyədə BİM-in subyektləri milli hökümətlər vədövlət orqanlarından ibarətdir.

Mündəricat

Beynəlxalq iqtisadiyyatın məqsədi

Beynəlxalq iqtisadiyyatın tədqiqat obyekti dünya və ya dünya iqtisadiyyatıdır.

Dünya iqtisadiyyatı — beynəlxalq əmək bölgüsündə iştirak edən və beynəlxalq iqtisadi münasibətlər sistemi ilə əlaqələndirilən ayrı-ayrı ölkələrin məcmusudur.

Beynəlxalq iqtisadiyyatın obyektləri, eyni zamanda bu gün həcmi 9 trilyon ABŞ dolları olan beynəlxalq ticarətdə dövriyyədə olan mal və xidmətlərdir. Beynəlxalq iqtisadiyyatda mal və xidmət mübadiləsi böyük həcmlər, çeşidlərin genişliyi, keyfiyyət fərqliliyi ilə xarakterizə olunur.

Beynəlxalq iqtisadiyyat kursu quruluşu

Beynəlxalq iqtisadiyyat nəzəriyyəsi kursu 2 hissədən ibarətdir:

  • Beynəlxalq mikroiqtisadiyyat dünya bazar iştirakçılarının maraqları və imkanları ilə müəyyən edilmiş davranış qaydalarını öyrənir.
  • Beynəlxalq makroiqtisadiyyat daxili tarazlığın tədiyə balansının vəziyyəti ilə əlaqələndirilməsi proseslərinin öyrənilməsinə həsr edilmişdir:
    • Ödəniş balansının maliyyə və pul siyasəti ilə əlaqəsi;
    • Hökumət və mərkəzi bankın daxili bazarı tənzimləmək üçün etdiyi hərəkətlər xarici aləmdəki mövqeyini necə dəyişdirə bilər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Beynəlxalq İqtisadiyyat haqqında məlumat. Beynəlxalq İqtisadiyyat nədir? Beynəlxalq İqtisadiyyat nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Edqar Davids

  • Fevral 27, 2026

    Allium

  • Fevral 27, 2026

    Antalya

  • Fevral 24, 2026

    Heyva

  • Fevral 27, 2026

    Lyuis Hemilton

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst