Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Edgar Steven Davids (Niderlandca tələffüz: [ˈɛdɡɑr ˈdaːvɪts]  ( dinlə) ;13 mart 1973[…], Paramaribo) — Surinam əsilli Niderlandlı keçmiş peşəkar futbolçu. Hal h

Edqar Davids

  • Ana Səhifə
  • Vikipediya
  • Edqar Davids

Edgar Steven Davids (Niderlandca tələffüz: [ˈɛdɡɑr ˈdaːvɪts]  ( dinlə) ;13 mart 1973[…], Paramaribo) — Surinam əsilli Niderlandlı keçmiş peşəkar futbolçu. Hal hazırda məşqçilik fəaliyyəti ilə məşğuldur.

Edqar Davids
nid. Edgar Davids
Ümumi məlumatlar
Doğum tarixi 13 mart 1973(1973-03-13)[…] (52 yaş)
Doğum yeri
  • Paramaribo, Niderland krallığı
Vətəndaşlığı
  •  Niderland krallığı
Boyu 168 sm
Çəkisi 69 kq
Mövqeyi yarımmüdafiəçi
Karyerası
Klub karyerası
1991–1996 Ayaks A 106 (20)
1996–1997 AC Milan 19 (0)
1997–2004 Yuventus 159 (8)
2004–2005 İnter Milan 14 (0)
2005–2007 Tottenhem Hotspur 40 (1)
2007–2008 Ayaks A 25 (1)
2010 Kristal Palas 6 (0)
2012–2014 Barnet F.C. 36 (1)
Milli yığma
1992–1994 Niderland U-21 8 (1)
1994–2005 Niderland 74 (6)
2009–2010 Suriname 3 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerasına "Ayaks" klubunda başlayıb. Niderland nəhəngi ilə bir neçə yerli və beynəlxalq titullar qazandıqdan sonra, İtaliyanın "Milan" klubuna transfer edilir. Futbolçu daha sonra "Yuventus" klubuna keçir. Sonralar "Barselona", "İnter Milan", "Tottenham Hotspur" və "Kristal Palas" klublarında çıxış edib.

Futbolçu Niderland milli komandasının heyətində 74 oyunda oynayaraq 6 qol vurub.

Öz nəslinin ən böyük və ən tanınan oyunçularından biri olan Davids tez-tez qlaukoma səbəbiylə taxdığı saçları və qoruyucu eynəkləri ilə futbol meydançasında fərqlənirdi. Döyüşkən və enerjili, eyni zamanda yaradıcı və bacarıqlı yarımmüdafiəçi olan Davids aqressivliyi, mövqe seçmə və sərt mübarizə tərzinə görə Lui van Qaal tərəfindən "Pitbull" ləqəbini alıb.

2004-cü ildə o, Pele tərəfindən seçilmiş, FIFA 100 dünyanın ən yaxşı yaşayan futbolçuları siyahısında yer alır.

Mündəricat

Həyatı

Davids Surinamda anadan olub və afro-surinamlı və ana nənəsi tərəfindən qismən yəhudi mənşəlidir.

Davids körpə ikən ailə Hollandiyaya köçur. Onun əmisi oğlu Lorenzo da futbolçudur.

Klub karyerası

Ayaks

Davids karyerasına 12 yaşında "Ayaks" klubunda başlayıb. O, komandada debütünü 6 sentyabr 1991-ci ildə "RKC Waalwijk" üzərində 5–1 hesablı ev oyununda edir.

Davids, Amsterdam klubu ilə üç Erediviziya çempionluğu, həmçinin 1992 UEFA Kuboku və 1995 UEFA Çempionlar Liqası çempionluğunu qazanır.

Milan və Yuventus

28 may 2003-cü ildə UEFA Çempionlar Liqasının finalında " Yuventus "un futbolçusu Davids və " Milan "ın futbolçusu Cennaro Qattuzo toqquşub .

1996–97 mövsümünün əvvəlində Davids komanda yoldaşı Maykl Reizigerlə birlikdə "Milan"a transfer edilir. Mövcud çempion "Milan"ın iki dəfə baş məşqçi dəyişdiyi və A Seriyasını 11-ci pillədə bitirdiyi uğursuz mövsümdə Davids 23 fevral 1997-ci ildə "Peruca" ilə oyunda zədələnərək ayağını sındırır. Zədədən sonra komandadakı yerini bərpa edə bilmədiyi üçün 1997-ci ilin dekabrında 9 milyard italyan lirəsi (3 milyon funt sterlinq) transfer haqqı qarşılığında Yuventusa transfer edilir.

Yuventusda o, tezliklə daimi əsas komandasının üzvü olur. "Yuventus"da adətən sol cinahda və ya mərkəzdə dayaq yarımmüdafiəçisi kimi çıxış edərək, fransız oyun qurucusu Zinəddin Zidanla birlikdə diqqətəlayiq orta sahə tandemi yaradır.

Davids "Yuventus"la 1998, 2002 və 2003-cü illərdə A Seriya çempionluğu, həmçinin iki İtaliya Superkuboku qazanmaqla Turində altı uğurlu mövsüm keçirdir. "Yuventus"un məşqçisi Marsello Lippi bir dəfə onu "mənim tək adamlıq maşın otağım" adlandırır.

Barselona (icarə)

Davids 2004-cü ilin yanvarında "Yuventus"dan icarə əsasında "Barselona" klubuna keçir. Klubun orta sıralarda qərarlaşdığı bir mövsümün ortasında komandaya gələn Davids, "Barselona"nın inkişafına kömək edir və klub mövsümu "Valensiya" klubundan sonra ikinci yerdə bitirir.

Davidsin gəlişi Kataloniya klubunun 2000-ci illərin ortalarından axırlarına qədər (onillik) İspaniya və Avropa futbolunda dominantlığının katalizatoru kimi göstərilir.

İnter Milan və Tottenhem Hotspur

2004-cü ilin yayında Davids üç illik müqavilə ilə İtaliyanın "İnter Milan" klubuna keçir.

"İnter" 2005-ci ilin avqustunda onunla müqaviləsinin qalan hissəsini pozur.

"İnter"dən sonra futbolçu azad agent kimi "Tottenhem Hotspur" klubuna keçir.

Ayaksa dönuş

Davids Ajax komandasının meneceri David Endti Ajax-dakı ikinci dövründə qucaqlayır, arxada Tomas Vermaelen və Gregory van der Wiel .

Davids 28 yanvar 2007-ci ildə Niderlanda qayıdaraq "Ayaks" ilə müqavilə imzalayır.

Kristal Palas

20 avqust 2010-cu ildə Davids İngiltərə Çempionatı klubu "Kristal Palas" ilə müqavilə bağlamışdır.

Milli karyerası

Davids (8 nömrəli forma), Avro 2004-də İsveçə qarşı oyunda.

Davids Niderlan millisində debütünü 20 aprel 1994-cü ildə Tilburqda İrlandiya Respublikasına qarşı oyunda etmişdir.

Məşqçilik karyerası

2011-ci ilin iyununda Davids Yohan Kroyf ilə birlikdə "Ayaks"da komandanın müşahidə şurasına seçilmişdir.

Barnet

Davids 2013-cü ildə Barnetdə oynayan məşqçi olan zaman

2010-cu ildən Davids Londonda yaşamağa başlayır və küçə futbolunda iştirak edir, həmçinin bazar günü həvəskar komanda olan "Brixton Yunayted" klubunu çalışdırır. 11 oktyabr 2012-ci ildə Davids, Mark Robsonla birlikdə oynayan məşqçi kimi İkinci Liqa komandası olan "Barnet"ə qoşulur.

Telstar

2020-ci ildə Davids Hollandiyanın Eerste Divisie klubunun "Telstar" komandasına köməkçi məşqçi təyin edilir.

4 yanvar 2021-ci ildə Davids Portuqaliyanın "SC Olhanense" klubunun baş məşqçisi elan edilir. 19 iyul 2021-ci kl tarxində buradakı vəzifəsindən qovulur

Uğurları

Ayaks

  • Erediviziya: 1993–94, 1994–95, 1995–96
  • KNVB Kuboku: 1992–93, 2006–07
  • Johan Cruyff Shield: 1995
  • UEFA Çempionlar Liqası: 1994–95
  • UEFA Kuboku: 1991–92
  • UEFA Super Kuboku: 1995
  • Qitələrarası Kubok: 1995

Yuventus

  • A Seriyası: 1997–98, 2001–02, 2002–03
  • İtaliya Superkuboku: 2002, 2003

İnter Milan

  • İtaliya Kuboku: 2004–05

Niderland Millisi

  • FIFA Dünya Kuboku dördüncü yer: 1998

Fərdi

  • UEFA Avropa Çempionatının Turnirin Komandası: 2000
  • FIFA Dünya Kuboku Bütün Ulduzlar Komandası: 1998
  • FIFA 100

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Edqar Davids haqqında məlumat. Edqar Davids nədir? Edqar Davids nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Lenin mavzoleyi

  • Fevral 27, 2026

    Filip Pauluççi

  • Fevral 23, 2026

    Diokletian

  • Fevral 27, 2026

    Karel dili

  • Fevral 27, 2026

    İfrazat

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst