Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məsudi (ərəb. علي بن الحسين المسعودي‎; təq. 896, Bağdad – 957) — "ərəb Herodot" kimi tanınan tarixçi, səyyah. İbn Xəldun Məsudini "bütün tarixçilərin imamı" (ba

Məsudi

  • Ana Səhifə
  • Vikipediya
  • Məsudi

Məsudi (ərəb. علي بن الحسين المسعودي‎; təq. 896, Bağdad – 957) — "ərəb Herodot" kimi tanınan tarixçi, səyyah. İbn Xəldun Məsudini "bütün tarixçilərin imamı" (başçısı) adlandırmışdır.

Məsudi
ərəb. أبو الحسن علي المسعودي‎
Doğum tarixi təq. 896(0896)
Doğum yeri
  • Bağdad, Abbasilər xilafəti
Vəfat tarixi 957(0957) (60–61 yaşında)
Elm sahələri tarix, coğrafiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Əbülhəsən Əli ibn Hüseyn ibn Əli əl-Məsudini bəzi şərqşünaslar "ərəblərin Herodotu" adlandırmışlar. Əslən Bəni-Hüzeyl qəbiləsinə mənsub olan Məsudi Babil şəhərində doğulmuş, Bağdadda yaşamışdır. O, məşhur səhabə Abdullah ibn Məsudun nəslindən olduğu üçün bu ləqəblə tanınır. Məsudi elm ardınca Fars, Kirman, Gürgan, Azərbaycan, Taliqan, Herat, Şam, Fələstin, Antakiya, Çin və Hindistana səfərlər etmiş, bu ölkələrin tarixini, adət-ənənələrini və coğrafi quruluşunu mükəmməl öyrənmişdir. Nəhayət, Misirdə vəfat etmişdir. Məsudi həm tarix, həm də sırf dini-etiqadi mövzularda yazıb-yaratmışdır. Əsərlərinin bir neçəsinin, hətta adından da göründüyü kimi, o, şiə əqidəsinə inanırmış. Məsudinin "İsbat-ül-vəsiyyə" kitabı şiə ideologiyasının əsasları mövzusunda əvəzsiz mənbələrdən sayılır. İki hissəli əsərin I bölümündə qədim peyğəmbərlərin və onların vəsilərinin (canişinlərinin) tarixi işıqlandırılıb. II bölümdə isə Həzrət Məhəmməd Peyğəmbərin və 12 imamın həyat salnaməsinə müxtəsər nəzər salınıb. Məsudinin "ət-Tənbih vəl-işraf" və "Əxbar-üz-zəman" kitabları daha məşhurdur. Sonuncu kitabı müəllif əhatəli bir tarix məcmuəsi olaraq qələmə almışdı. (Kitabın həcminin 30 cild olduğunu yazırlar; təəssüf ki, əsər bu günümüzə gəlib-çatmamışdır). Sonralar o, əsəri bir az ixtisar etdi, daha sonra bu variantı da yığcamlaşdırdı. Beləliklə, Məsudiyə dünya şöhrəti gətirmiş "Müruc-üz-zəhəb" kitabı yarandı. "Müruc-üz-zəhəb" xilqətin əvvəlindən başlayaraq, 23-cü Abbasi xəlifəsi Mütinin hakimiyyətə gəlişinə kimi (946-cı il) keçən dövrün hadisələrini əks etdirir. Yəqubi tarixində olduğu kimi, "Müruc-üz-zəhəb"də də keçmiş ümmətlərin və xalqların adət-ənənələri və dini baxışları barədə ətraflı məlumat verilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məsudi haqqında məlumat. Məsudi nədir? Məsudi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ramiz Məlik-Aslanov

  • Fevral 27, 2026

    Ənzəli

  • Fevral 27, 2026

    Qətadə

  • Fevral 27, 2026

    Jül Vern

  • Fevral 27, 2026

    Hərbi təyyarələr

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst