Quycaq — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Quycaq kənd inzibati ərazi dairəsində kənd.
| Quycaq | |
|---|---|
| 39°24′16″ şm. e. 47°09′31″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 385 m |
| Saat qurşağı |
|
![]() Quycaq | |
Tarixi
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Toponimikası
Düzənlikdədir. 1828-ci ilə aid mənbədə Quyucaq qışlaq yeri kimi qeydə alınmışdır. Əvvəllər Qışlaq, daha sonra Azərbaycanın c.-undan gəlmiş ailələrin burada saldığı kənd su quyusunun yanında yerləşdiyinə görə Quyucaq adlanmışdır. Kəndin şm.-ş.-indəki dərələrdən biri indi də Quyudərəsi adlanır. Cənubi Azərbaycanda da bu adda kənd vardır. Quyu komponentli coğrafi adlara həmçinin Dağıstanın va Ermənistanın toponimiyasında da rast gəlinir: Quyucuq yol ayrıcı, Piraquyu qəbristanlığı (Ermenistan), Tərənkui gölü, Abdulkui dərəsi, Bozarkui xutoru, Alikui kurqam (Dağıstan) va s.
İqtisadiyyatı
Əsas təsərrüfatı heyvandarlıq idi.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Quycaq haqqında məlumat. Quycaq nədir? Quycaq nə deməkdir?
