Aorslar — Sarmatların qolu.
Etnonim
Aorsların yaranması
Aorsların tarixi
Eramızdan əvvəl son əsrlərdə "yuxarı aorslar" deyilən sarmat-massaget mənşəli tayfalar Şimali Azərbaycan və Cənubi Dağıstanın alban tayfalarının həyatında müəyyən rol oynayırdılar.
I əsr müəllifi Pliniy yazır ki, udinlərdən şimalda "Utidors" adlı tayfa məskundur. "Utidors" etnonimi bir sıra tədqiqatçıları çaşdırmışdır. Onlar yazırdılar ki, bu ad "uti" etnonimindən və İrandilli "aors" adlı tayfanın adından ibarətdir. Bu fikri inkişaf etdirən K. V. Trever oldu. Ehtimal edilir ki, Albaniyadan utilərin (yəni, indiki Dağıstandilli udinlərin) bir hissəsi Şimali Qafqaza da getmiş və orada İrandilli "aors" adlanmış tayfa ilə birləşmişdir. Qiyasəddin Qeybullayev isə qeyd edir ki, əslində Pliniyin "utidors" kimi yazdığı etnonim "utidur"dan başqa bir şey deyil: Pliniy "u" səsini "o" kimi vermiş, sonra da adın sonuna -s adlıq hal şəkilçisini əlavə etmişdir. "Utidur" etnoniminin ikinci hissəsi olan "dur" sözü oğuz tayfalarından Bayandur, Çavundur, Hundur və b. adlar üçün səciyyəvidir.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aorslar haqqında məlumat. Aorslar nədir? Aorslar nə deməkdir?