Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ceyms Byukenen (ing. James Buchanan, 23 aprel 1791[…] – 1 iyun 1868[…], Lankaster, Pensilvaniya) — Amerika Birləşmiş Ştatlarının 15-ci prezidenti (1857–1861) və

Ceyms Byukenen

  • Ana Səhifə
  • Vikipediya
  • Ceyms Byukenen

Ceyms Byukenen (ing. James Buchanan, 23 aprel 1791[…] – 1 iyun 1868[…], Lankaster, Pensilvaniya) — Amerika Birləşmiş Ştatlarının 15-ci prezidenti (1857–1861) və 17-ci Dövlət katibi (1845–1849). ABŞ-nin parçalanmasından və vətəndaş müharibəsindən əvvəlki son prezident.

Ceyms Byukenen
ing. James Buchanan
ABŞ Prezidenti
4 mart 1857 – 4 mart 1861
ƏvvəlkiFranklin Pirs
SonrakıAvraam Linkoln
ABŞ dövlət katibi
10 mart 1845 – 7 mart 1849
ƏvvəlkiCon Kelhun
ABŞ nümayəndəsi
4 mart 1821 – 3 mart 1831
ABŞ senatoru
6 dekabr 1834 – 5 mart 1845
Şəxsi məlumatlar
Doğum adı James Buchanan, Jr.
Doğum tarixi 23 aprel 1791(1791-04-23)[…]
Vəfat tarixi 1 iyun 1868(1868-06-01)[…] (77 yaşında)
Vəfat yeri
  • Lankaster, Lankaster dairəsi, Pensilvaniya, ABŞ
Vəfat səbəbi nəfəs çatışmazlığı[d]
Partiya
  • ABŞ Demokratlar Partiyası
Fəaliyyəti siyasətçi, diplomat, vəkil, dövlət xadimi
Uşağı 1
Dini Presviterianlıq
Hərbi xidmət
Mənsubiyyəti Amerika Birləşmiş Ştatları
Döyüşlər
  • 1812-ci il müharibəsi
Elmi fəaliyyəti
Elm sahəsi siyasət

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Prezident seçkilərinə qədərki həyat və fəaliyyəti

Ceyms Byukenen 1791-ci il 23 apreldə Pensilvaniya ştatının Mersersberq şəhərciyində irland immiqrantı ailəsində anadan olmuşdur. (C. Byukenenin atası Amerikadan kənarda doğulmuş beş prezidentdən biridir).

Ceymsin atası varlı ticarətçi olaraq övladlarının təhsilinə ciddi fikir verirdi. Ailənin on bir uşağından biri, eyni zamanda böyük oğlu olan Ceyms ibtidai təhsilini Karlisldəki Dikkinson kollecində almışdı. 1809-cu ildə kolleci bitirərək Lankaster vəkillər kollegiyasının nüfuzlu nümayəndəsi Ceyms Hopkinsin rəhbərliyi altında vəkillik öyrənmişdir.

Qısa müddətə 1812-ci il müharibəsində (ABŞ ilə İngiltərə arasında) könüllü kimi iştirak etdikdən sonra Lankasterə qayıdaraq müstəqil vəkillik praktikasına başlamışdı.

Siyasi təcrübəsinin zənginliyinə görə Byukenen, demək olar ki, bütün prezidentləri üstələmişdi. O, 1814–1816-cı illərdə Pensilvaniya parlamentinin deputatı, , 1821–1831-ci illərdə federalistlər partiyasının (1824-cü ildən demokrat partiyasının) üzvü kimi konqresin deputatı olmuşdu. 1834–1845-ci illərdə Pensilvaniya ştatının Senatda nümayəndəsi kimi siyasi fəaliyyətini davam etdirmişdi. Ceyms Byukenen ədliyyə naziri təyin edilsə də, o. bu vəzifədən imtina edir. O, 1832–1833-cü illərdə diplomatik missiya ilə Rusiyada səfərdə olmuşdu. C. Polk administrasiyasında dövlət katibi vəzifəsini tutmuşdu. "Monro doktrinası"nın qızğın tərəfdarı kimi, İngiltərənin Mərkəzi Amerika və Oreqondan çıxarılması ideyasını müdafiə etmiş, Texas və Kaliforniyanın ilhaq edilməsində bilavasitə iştirak etmişdir.

Prezidentlik uğrunda mübarizə

Ceyms Byukenen 1848-ci və 1852-ci prezidentliyə namizəd olmaq istəsə də müvəffəqiyyətsizliyə uğrayır. Onun bu arzusu 1856-cı ildə həyata keçmiş, o, Sinsinattidən demokratlar partiyasının nümayəndəsi kimi, prezidentliyə namizəd göstərilmişdir. C. Byukenenin seçkiqabağı kompaniyasının leytmotivini abolisionist təbliğata son qoymaqla İttifaqı qorumağa çağırış təşkil edirdi. Onunla yanaşı respublikaçı Con Fremon və Amerika partiyasından keçmiş viq Millard Fillmor da prezidentliyə iddiaçı idilər.

Quldarlığa loyal münasibəti, ABŞ torpaqlarının genişləndirilməsinin tərəfdarı olması ona Cənub ştatlarında, demək olar ki, mütləq qələbə qazandırır.

ABŞ-nin 15-ci prezidentinin fəaliyyətinin qiymətləndirilməsi haqqında

Ceyms Byukenen ABŞ tarixinə quldarlıq problemini həll edə və İttifaqın dağılmasının qarşısını ala bilməmiş zəif prezident kimi daxil olmuşdur. O, cənublu olmasa da, müasirləri tərəfindən Cənub ştatlarının tərəfdarı kimi tənqid edilmişdir. 2006 və 2009-cu illərdə Amerika tarixçiləri tərəfindən müəyyənləşdirilən "ABŞ tarixinin ən pis prezidentləri" siyahısına başçılıq edir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ceyms Byukenen haqqında məlumat. Ceyms Byukenen nədir? Ceyms Byukenen nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sənusilər

  • Fevral 27, 2026

    İsgəndəriyyəli

  • Fevral 27, 2026

    Eynəkli ayı

  • Fevral 27, 2026

    Sünəni-Nəsai

  • Fevral 27, 2026

    Ernan Kortes

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst