Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zülfüqar (Zülfü) Səməd oğlu Adıgözəlov (1898, Qaradolaq, Şuşa qəzası – 31 may 1963, Bakı) — Azərbaycan xanəndəsi, muğam bilicisi, təsnif və xalq mahnılarının tə

Zülfü Adıgözəlov

  • Ana Səhifə
  • Vikipediya
  • Zülfü Adıgözəlov

Zülfüqar (Zülfü) Səməd oğlu Adıgözəlov (1898, Qaradolaq, Şuşa qəzası – 31 may 1963, Bakı) — Azərbaycan xanəndəsi, muğam bilicisi, təsnif və xalq mahnılarının təfsirçisi və təbliğatçısı, Azərbaycan SSR əməkdar artisti (1943).

Zülfü Adıgözəlov
Ümumi məlumatlar
Doğum adı Zülfüqar Səməd oğlu Adıgözəlov
Doğum tarixi 1898(1898)
Doğum yeri
  • Qaradolaq, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 31 may 1963(1963-05-31) (64–65 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Uşaqları
  • Vasif Adıgözəlov,
  • Rauf Adıgözəlov
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, xanəndə
Janr muğam
Musiqi alətləri dəf, qaval
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1943
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Zülfü Adıgözəlov 1898-ci ildə Şuşanın Qaradolaq kəndində anadan olmuşdur. Şuşada muğam axşamlarından birində Zülfü Adıgözəlovun ifasını dinləyən Cabbar Qaryağdıoğlu onu Bakıya dəvət edir. 1927-ci ildə Bakıya köçərək "Müdafiə evi"ndə işləmək üçün Ü. Hacıbəyov, Q, Pirimov, M. Maqomayev və b. qarşısında imtahan vermiş, eyni zamanda radio verilişləri komitəsinə işə qəbul olunmuşdu. Zülfü Adıgözəlov 1963-cü ildə Bakıda vəfat etmişdir.

  • Bəstəkar Vasif Adıgözəlovun atasıdır.
  • Bəstəkar Yalçın Adıgözəlovun babasıdır.

Yaradıcılığı

Zülfü Adıgözəlov pəsxan xanəndə idi. O, muğam dəstgahını tam şəkildə, bəm və orta tessiturada özünəməxsus oxuma məktəbini yaratmışdır. Tanınmış xanəndələrdən Əbülfət Əliyev, Sahib Şükürov, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, İldırım Həsənov, Ağaxan Abdullayev, Tələt Qasımov və s. onun məktəbinin davamçılarıdırlar.

Zülfü Adıgözəlovun xatirə lövhəsi (Bakı)

Xanəndənin ifa etdiyi və lentə, qrammafon vallarına yazdırdığı "Rast", "Mahur-hindi", "Segah-Zabul", "Bayatı-Şiraz", "Humayun" muğam dəstgahları, bir sıra təsniflər, "Nəbi", "Mən gedirəm Zəngilana", "Dedim bir busə ver", "Kəklik" və b. bu kimi xalq mahnıları Azərbaycan musiqi xəzinəsinin inciləridirlər. Məhz qədim klassik muğamlarımızı, təsnif və xalq mahnılarını oxuyarkən onların ənənəvi forma və quruluşunu saxlamaqla xanəndə özünəməxsus nəfəsləri, dəst-xətti ilə ifaçılıq sənətinə yeniliklər gətirmişdir.

Heç də təsadüfi deyil ki, Zülfü Adıgözəlovun xanəndə kimi ifaçılığının xüsusiyyətlərindən söz açarkən şərqşünas alim, jurnalist Rafael Hüseynov yazır: "O muğamların labirintlərinə kamil bələd idi, bir muğamın qapısından girib bu muğamın ruhunu incitmədən, səslənmiş rəvanlığına xələl gətirmədən asudəcə sonra elə gəldiyi rəvanlıqla əvvəlki muğama qayıdıb yolunu davam etdirə bilirdi".

Zülfü Adıgözəlov muğam dəstgahların ayrı-ayrı uyğun şöbələrini birləşdirərək mikrosilsilə kimi müstəqil şəkildə təfsir etmişdir. Bu baxımdan "əraq-Pəncgah", "Hasar-müxalif", "Vilayəti-Dilkeş" muğamları gözəl örnəklərdir.

Filmoqrafiya

  • Bakılılar (film, 1938)
  • Səbuhi (film, 1941)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zülfü Adıgözəlov haqqında məlumat. Zülfü Adıgözəlov nədir? Zülfü Adıgözəlov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ramon Merkader

  • Fevral 27, 2026

    Quşçular (Xocavənd)

  • Fevral 25, 2026

    Kleptokratiya

  • Fevral 26, 2026

    Lahıc (İsmayıllı)

  • Fevral 27, 2026

    Franklar

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst