Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Banqalor, həmçinin Benqaluru (kann. ಬೆಂಗಳೂರು: ಬೆಂಗಳೂರು,) — Hindistanın cənubunda iri şəhər və inzibati mərkəz. Ölkənin cənubunda yerləşən Karnataka ştatının pay

Banqalor

  • Ana Səhifə
  • Vikipediya
  • Banqalor

Banqalor, həmçinin Benqaluru (kann. ಬೆಂಗಳೂರು: ಬೆಂಗಳೂರು,) — Hindistanın cənubunda iri şəhər və inzibati mərkəz. Ölkənin cənubunda yerləşən Karnataka ştatının paytaxtıdır, Dəkkən yaylasında yerləşir. Əhalisinin sayına görə Mumbay və Dehlidən sonra Hindistanın üçüncü ən böyük şəhəri və beşinci aqlomerasiyasıdır.

şəhər
Banqalor
kann. ಬೆಂಗಳೂರು, ing. Bangalore
12°58′ şm. e. 77°34′ ş. u.HGYO
Ölkə  Hindistan
Başçı Gangambike Mallikarjun
Tarixi və coğrafiyası
Əsası qoyulub 890
İlk məlumat 890
Sahəsi
  • 741 km²
Mərkəzin hündürlüyü 920 m
Saat qurşağı UTC+5:30
Əhalisi
Əhalisi 10.456.000 nəfər (2017-ci il)
Milli tərkibi kannara, tamillər, teluqu və s.
Dini tərkibi induizm, islam, cayna, xristianlıq.
Rəsmi dili
  • Kannada dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +91 80
Poçt indeksi 5600xx
Nəqliyyat kodları KA-01 — KA-05,
KA 41, KA 50, KA 51, KA 53
Digər
bbmp.gov.in  (ing.)
Xəritəni göstər/gizlə
Banqalor xəritədə
Banqalor
Banqalor
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu, Asiyanın ən dinamik inkişaf edən şəhərlərindən biridir və ölkənin ən böyük elmi və sənaye mərkəzidir. Burada maşınqayırma, elektronika, aerokosmik sənaye, telekommunikasiya avadanlıqları və müdafiə sənayesi məhsulları istehsal olunur. Bundan əlavə, informasiya texnologiyaları ilə bağlı çoxsaylı şirkətlərin mövcudluğuna görə Banqalor tez-tez “Hindistanın Silikon Vadisi” adlandırılır. Şəhərdə həmçinin universitet, Hindistan Elmlər İnstitutu və Milli Aeronavtika Laboratoriyası yerləşir. Banqalorun dünya iqtisadiyyatında artan rolunu nəzərə alaraq, “CNN” 2007-ci ildə bu şəhəri “üçüncü dünya ölkələrində biznes aparmaq üçün ən cəlbedici yerlərdən biri” kimi qiymətləndirmişdir.

Müasir Banqalorun banisi 1537-ci ildə bu ərazidə gil qalası tikən və onu Vicayanaqar imperiyasının vilayəti elan edən Yelahanka (indiki Banqalorun ətraf qəsəbəsi) adlı kiçik yaşayış məntəqəsinin yerli vassalı və rəhbəri Kempe Qouda I hesab olunur. Onun varisi Kempe Qouda II yaşayış məntəqəsinin ətrafı boyunca dörd gözətçi qülləsi inşa etdirərək şəhərin sərhədlərini müəyyənləşdirmişdir. Britaniya hakimiyyəti dövründə şəhər sürətlə böyümüş və Hindistanın cənubunda müstəmləkə idarəçiliyinin mərkəzinə çevrilmişdir. 1806-cı ildə burada britaniyalıların hərbi şəhərciyinin salınması şəhərin inkişafına böyük təkan vermiş və ölkənin müxtəlif bölgələrindən çoxlu miqrantın buraya gəlməsinə səbəb olmuşdur. 1947-ci ildə Hindistan müstəqilliyini elan etdikdən sonra şəhərin yerləşdiyi Maysur əmirliyi ştata çevrilmiş, Banqalor isə onun paytaxtı olmuşdur. 1973-cü ildə Maysur ştatının adı Karnataka olaraq dəyişdirilmişdir. Bu gün Banqalor çoxsaylı ali təhsil müəssisələri və elmi-tədqiqat institutları olan sürətlə inkişaf edən bir şəhərdir; savadlılıq səviyyəsinə görə isə Hindistanda ikinci yeri tutur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Banqalor haqqında məlumat. Banqalor nədir? Banqalor nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Elektrik zədələnmələri

  • Fevral 27, 2026

    Belçika bayrağı

  • Fevral 27, 2026

    Tohoku regionu

  • Fevral 27, 2026

    Araz Əhmədov

  • Fevral 25, 2026

    ABŞ ordusu

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst