Ermənistan SSR (erm. Հայկական Խորհրդային Սոցիալիստական Հանրապետություն) — Ermənistan Sovet Sosialist Respublikası. SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq ölkələrindən biri. 29 noyabr 1920-ci ildə təşkil olunmuşdur. SSRİ-nin qurulduğu ilkin dövrlərdə Zaqafqaziya SFSR-in tərkibində olub.
| Tarixi dövlət | |||||
| Ermənistan Sovet Sosialist Respublikası | |||||
|---|---|---|---|---|---|
| |||||
| «Պրոլետարներ բոլոր երկրների, միացե՜ք» «Bütün ölkələrin proletarları birləşin!» | |||||
| Ermənistan SSR-nin himni | |||||
![]() | |||||
| 29 noyabr 1920 — 25 dekabr 1991 | |||||
| Paytaxt | İrəvan | ||||
| Dil | erməni dili, rus dili | ||||
| Pul vahidi | SSRİ rublu | ||||
| Əhalisi |
| ||||
| İdarəetmə forması | sovet respublikası[d] | ||||
Tarix
Ermənistan SSR-i əsasən İrəvan quberniyasına, qismən Yelizavetpol quberniyasına, Tiflis quberniyasına və Qars vilayətinə daxil olan ərazilər hesabına yaradılıb. Erməni müəllif Bədəlyanın 1953-cü ildə İrəvanda nəşr edilən "Rusiya tərəfindən birləşdirilməsindən günümüzədək Ermənistan əhalisi" adlı kitabının 51-ci səhifəsində verilən məlumatlara əsasən 1886-cı ildə aparılmış kameral sayımın nəticələri və həmin tarix üçün inzibati-ərazi bölgüsü nəzərə alınarsa ərazi olaraq İrəvan quberniyasının İrəvan qəzasının 90,40%-i, Aleksandropol qəzasının 100,00%-i, Yeni Bəyazid qəzasının 100,00%-i, Eçmiədzin qəzasının 100,00%-i, Şərur-Dərələyəz qəzasının Dərələyəz şöbəsi 100,00%-i, Naxçıvan qəzasının 5,40%-i, Yelizavetpol quberniyasının Zəngəzur qəzasının 59,60%-i, Qazax qəzasının 44,50%-i, Tiflis quberniyasının Borçalı qəzasının 35,30%-i, Qars vilayətinin Qars dairəsinin 14,70%-i Ermənistan SSR-in tərkibinə daxil olmuşdur.
İnzibati-ərazi bölgüsü
Əhali
Həmçinin bax
- Ermənistan SSR əməkdar müəllimlərinin siyahısı
- Ermənistan Sovet Sosialist Respublikası bayrağı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ermənistan SSR haqqında məlumat. Ermənistan SSR nədir? Ermənistan SSR nə deməkdir?


