Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bordo - Fransanın cənub-şərqində, Akvitaniyada şəhər, Jironda departamentinin inzibati mərkəzi. Əhalisi 250,8 min (2008). Biskay körfəzindən 97 km aralıdır. Har

Bordo

  • Ana Səhifə
  • Vikipediya
  • Bordo

Bordo - Fransanın cənub-şərqində, Akvitaniyada şəhər, Jironda departamentinin inzibati mərkəzi. Əhalisi 250,8 min (2008). Biskay körfəzindən 97 km aralıdır. Haronna çayı mənsəbində mühüm dəniz portu. İri nəqliyyat qovşağı. Beynəlxalq aeroport. Parislə dəmiryol əlaqəsi var. Dünyanın şərabçılıq paytaxtlarından biri hesab olunur.

Bordo
Bordeaux
Bordèu
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
44°50′16″ şm. e. 0°34′46″ q. u.HGYO
Ölkə
  •  Fransa
Tarixi və coğrafiyası
Əsası qoyulub V əsr
Sahəsi
  • 49,36 km²
Mərkəzin hündürlüyü 6 m, 1 m, 42 m, 9 m
Saat qurşağı
  • UTC+01:00
  • UTC+02:00
Əhalisi
Əhalisi
  • 267.991 nəf. (2023)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 33000, 33100, 33200, 33300, 33800
Digər
bordeaux.fr
Xəritəni göstər/gizlə
Bordo xəritədə
Bordo
Bordo
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

E.ə. III əsrdən Burdiqala adı ilə kelt tayfalarından biri olan bituriqlərin əsas şəhəri kimi məlumdur. E.ə. 56-cı ildə romalılar tərəfindən tutulmuş, Roma əyaləti Transalp Qalliyasının tərkibinə qatılmış, e.ə. 28-ci ildən Roma əyaləti Akvitaniyanın (eramızın 297-ci ilindən 2-ci Akvitaniya əyaləti) paytaxtı olmuşdur. Təqrubən 250-300-cü illərdə yenidən qurulmuş və möhkəmləndirilmişdir. 408-ci ildə vandallar və svevlər Bordonu qarət etmiş, 413-cü və 418-ci illərdə şəhər vestqotlar tərəfindən tutulmuşdur. 507-ci ildə Bordo Frank dövlətinə birləşdirilmişdir. Bordo 628-ci ildə basklar tərəfindən işğal olunmuş və Qaskon hersoqluğuna qatılmışdır. 778-ci ildən Karolinqlərdən asılı olan Akvitaniya krallığının paytaxtı idi. 857-ci ildə Bordo normanların hakimiyyətinə keçmişdir. Şəhər 911-ci ildə yenidən Qaskon hersoqluğuna qatılaraq onun paytaxtı olmuşdur. 1058-ci ildə Qaskon ilə birlikdə Akvitaniya hersoqluğuna birləşdirilmişdir. Bordo 1137-1152-ci illərdə Fransa krallığına, 1154-cü ildə İngiltərəyə tabe idi. 1235-ci ildə Bordo şəhər statusu almışdır. XIV əsrin əvvəllərində Bordo iri ticarət (şərab ixracı, əsasən İngiltərəyə) və sənətkarlıq mərkəzinə, həmçinin yarmarkaların keçirildiyi yerə çevrilmişdi. 1453-cü ildə Fransa krallığının mülkiyyətinə keçdikdən sonra şəhər mühüm iqtisadi mərkəz kimi qalmışdı. XVI-XVIII əsrlərdə Bordo Fransanın xarici ticarətində və müstəmləkəçilik siyasətində mühüm rol oynamışdır.

Qardaş şəhərlər

  • Bakı, Azərbaycan
  • Ankara, Türkiyə

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bordo haqqında məlumat. Bordo nədir? Bordo nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Fil

  • Fevral 27, 2026

    Tikanlı küknar

  • Fevral 27, 2026

    Müəlliflik hüququ

  • Fevral 27, 2026

    Nottingem Universiteti

  • Fevral 27, 2026

    Rusiya itüzümü

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst