Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şimal Torpağı (1926-cı ilə qədər — İmperator II Nikolay Torpağı) — Şimal Buzlu okeanda yerləşən arxipelaq. İnzibati cəhətdən Taymır Dolqan-Nenes rayonu Krasnoya

Şimal Torpağı

  • Ana Səhifə
  • Vikipediya
  • Şimal Torpağı

Şimal Torpağı (1926-cı ilə qədər — İmperator II Nikolay Torpağı) — Şimal Buzlu okeanda yerləşən arxipelaq. İnzibati cəhətdən Taymır Dolqan-Nenes rayonu Krasnoyarsk diyarı ərazisinə daxildir. Arxipelaqın sahəsi 37,000 km² təşkil edir. Yaşayışı olmayan adadır.

Şimal Torpağı
rus. Северная Земля
Ümumi məlumatlar
Ən böyük adası Kotelnı (ada)
Ümumi sahəsi 37000 km²
Hündür nöqtəsi 965 m
Əhalisi 0 nəfər (2014-cü il)
Yerləşməsi
80°00′00″ şm. e. 100°00′00″ ş. u.HGYO
Ölkə  Rusiya
Region
  • Krasnoyarsk diyarı
Akvatoriya
  • Şimal Buzlu okean
Şimal Torpağı xəritədə
Şimal Torpağı
Şimal Torpağı
Şimal Torpağı xəritədə
Şimal Torpağı
Şimal Torpağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şimal Torpağında Komsomoles adasında Asiya qitəsinin ən ucqar şimal nöqtəsi olan Arkiçeski burnu yerləşir.

Mündəricat

Tarixi

Şimal Toroağı

Arxipelaq ilk dıfə 4 sentyabr 1913-cü ildə Şimal Buzlu okeana təşkil olunan esprdisiya zamanı aşkarlanmışdır. İlk əvvəl espedisiua üzvləri tərəfindən «Tayvay» adlandırılır. Bu ekspedisiyaya daxil olan «Taymır» və «Vayqaç» buzqıran gəmilərinin şərəfinə adlandırılır. Adaya rəsmi adı isə Rusiya dəniz nazirinin № 14 qərarı ilə «İmorator II Nikolay Torpağı» adlandırılır. Bu adı verilməsində müxtəlif fikirlər vardır. İl əvvəl elə düşünülürdü ki, arxipelaq bir adadan ibarətdir.

11 yanvar 1926-ci ildə SSRİ hökuməti tərəfindən verilən №186 sənədə əsasən adalar "İmorator II Nikolay Torpağı" adı "Şimal Torpağı" olaraq dəyişdirilir. Arxipelaqa daxil olan Malıy Taymır və Starodomski adaları adlandırılır. Sonradan 1931—1933 illərdə aparılan son ekspedisiya zamanı arxipelaqa daxil olan adalar sovet adları ilə adlandırılır: Piover, Komsomoleç, Bolşevik, Oktyabr İnqilabı, Şmitd. 1 dekabr 2006-ci ildə Taymır muxtar diyarının mərkəzi orqanı tərəfindən Şimal Torpağı arxipelaqının əvvəlki adların bərpası haqqında qərar qəbul edilir. Şimal Torpağı-İmorator II Nikolay Torpağı, Malıy Taymır-Aliksey Sesareviç, Oktyabr İnqilabı Müqəddəs Aleksandr, Bolşevik adası-Müqəddəs Olqa, Komsomoles adası-Müqəddəs Marii, Pioner adası -Müqəddəs Tatyana və Domaşnıy adası-Müqəddəs-Anastasiya.

Bir müddət sonra Krasnoyarsk diyarı ilə Taymır muxtar dairəsinin birləşməsindən sonra diyarın qanunverici orqanı bu layihəni qəbul etmədilər.

Yerləşməsi

Şimal Topağı Şimal Buzlu okeanın mərkəzində yerləşir. Qərvfən onun sahillərini Kara dənizi, şərqdən isə Laptevlər dənizi yuyur. Arxipelaq materikdən Vilkiç boğazı vastəsi ilə ayrılır. Boğazın uzunluğu 130 km təşkil edir.

Relyefi

47 % (17,5 min km²) ərasisi buzla örtülüdür. 14 % ərazidə xüsus ilə sahil xətti buzlaqlarla əhatələnib. Bu buzlaqların hündürlüyü 30 metri keçir. Bütün arxioekaqda cəmi 20 iri buzlaq vardır. Arxipelaqın ən hündür nöqtəsi Oktyabr İnqilabı adasında 965 m, Bolşevik adasında 935 m, Komsomoles adasında 781 m, Pioner adasında 382 m vı Şmidt adasında 315 m təşkil edir. Aysberqləri elə də böyük olmasa da 1953-ci ildə uzunluğu 12 km, eni 4 km aysberq aşkarlanmışdır.

Arxipelaqda geniş göl və çay şəbəkəsi vardır. Burada doqquz çayın uzunluğu 20 km keçir. Ozernaya 64 km, Uşakov isə 58 km uzunluğuna malikdir (Komsomoles). Bolşevik adasında isə Tora çayı 50 km, Skalistıy çayı 45 km təşkil edir. Çaylatın fərinliyi 1 metr olur. Sentyabrdan iyul ayına qədər çaylar buzla örtülü olur.

Göllərinin çoxu 3 km² ərazidən böyük olmur. Bolşevik adasında isə Spartakov gölü 60 km²-dir.

İqlimi

İqlimi arktikdir. Ota illik temoeraturu −14 °C. Ən aşağı temperatur −47 °S təşkil etmişdir. Güçlü küləklərin güçü 40 m/s olmuşdur. Yayda teperaturu +6,2 °S, orta temperatur yanvarda −28 dən −30 °S, iyulda isə 0 dən 2 °S. İl ərzində 200–500 mm yağıntı düşür. 15 dərinlikdə çox illiik qrunt buzlağı yerləşir.

Flora və faunası

İlin böyük qismi buzla örtülü olan adalarda bitki örtüyü zəif inkişaf etmişdir. Bolşevik adasında ərazinin cəmi 10 % tundradır. Burada nadir hallarda Mamırlar və Şibyələr, Çiçəkli bitkilər — Tülküquyruq, Qütb laləsi, Daşdələn, Yastıqotu

Heyvanlar aləmi baxımından nisbətən zəngindir. Quşlardan qütb bayquşu, çovdarçıkimilər, adi şimal sərçəsi, ağ qağayı, çəhrayı qağayı, moryanka və susüpürənlər, qaqa, qaqar ağ kəklik, gümüşü qağayı və şanaquyruq qağayı rast gəlinir. Məməlilərdən ağ ayı, şimal maralı, tülkü, canavar, lemminq və başqaları yaşayır. Sahillərində halqaşəkilli suiti, Qrenlandiya suitisi, ağ balina, morj, Laptev morju (Odobenus rosmarus laptevi)) və adi saqqallı suiti.

İri adaları

  • Bolşevik adası
  • Komsomoles adası
  • Krupskoy adası
  • Oktyabr İnqilabı adası
  • Starokadomski adası
  • Şmidt adası
  • Pioner adası
  • Malıy Taymır
  • Naydyonış adası

Ədəbiyyat

  • Саватюгин Л.М., Дорожкина М.В. Архипелаг Северная Земля: История, имена и названия. — СПб.: Наука, 2010. — ISBN 978-5-02-025389-6

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şimal Torpağı haqqında məlumat. Şimal Torpağı nədir? Şimal Torpağı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 10, 2026

    Avropa Şurası

  • Fevral 24, 2026

    Osman Sarıvəlli

  • Fevral 24, 2026

    Siyasət

  • Fevral 24, 2026

    Salyan

  • Fevral 24, 2026

    12 aprel

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst