Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Florens Naytingel (ing. Florence Nightingale; 12 may 1820[…], Florensiya, Böyük Toskana hersoqluğu – 13 avqust 1910[…], London, İngiltərə, Böyük Britaniya və İr

Florens Naytingel

  • Ana Səhifə
  • Vikipediya
  • Florens Naytingel

Florens Naytingel (ing. Florence Nightingale; 12 may 1820[…], Florensiya, Böyük Toskana hersoqluğu – 13 avqust 1910[…], London, İngiltərə, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı) — Xeyirxah tibb bacısı.

Florens Naytingel
ing. Florence Nightingale
Doğum tarixi 12 may 1820
Doğum yeri Florensiya, İtaliya
Vəfat tarixi 13 avqust 1910 (90 yaşında)
Vəfat yeri London, Böyük Britaniya Park Leyn Sauz küçəsi
Milliyyəti ingilis
Fəaliyyəti tibb bacısı
Üzvlüyü
  • Kral statistika cəmiyyəti
Mükafatları Kral Qırmızı Xaç — 1883 "Xidmət" ordeni — 1907
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Florens Naytingel tibb bacıları ixtisası və hospitalların islahatının təşəbüsçüsü kimi məşhurdu. O, öz missiyasını insanlara xidmət və insanları xəstəliklərdən, ölümdən azad etməkdə görürdü. Buna o bütün həyatını həsr etmişdi. Naytingeyl (ing.nightingale)-bülbül mənasına gəlir.

Florens Naytingelin əsas xidməti Britaniya ordusun tibbi xidmətini islahati və tibb bacılarının işini ciddi xidmıtə çevirilməsi idi. Tibbi xidmətlərin əsası Florens Naytingelin XIX əsirdə müharibələrdə iştirakı götürülüb.

Florens Naytingel 12 may 1820-ci ildə İtaliyanın Florensiya şəhərində zəngin ingilis sahibkarının ailəsinin Avropada uzun çəkən səyahəti zamanı anadan olub. Ailəsi Britaniyanın ali cəmiyyətinə aid idi.

20 yaşında Florens öz ailəsinə tibb bacisi olmaq arzusunu ifadə etdi. 7 il Florens xəstələrə qulluq usullarının hazırlanmasina həsr edir. Londonda bu barədə öyrəndilər və ona paytaxda fəaliyyət göstərən Tibb müəssəsində nəzarətçi yerini təklif etdilər. Florens Naytingel vətənə qayıtmag arzusunda idi və bu təklifi qəbul etdi. 1854-gi ildə Krım müharibəsi zamanı Florens Britaniyanın hərbi nazirindən məktub alır. Məktubda britaniya ordusunun hospitalların acınacaglı vəziyyətindən yazılmışdı. Florens bu məktuba cavab olaraq tibb bacılarını toplayıb Türkiyəyə yola düşürlər. Yaralı əsgərlər arasında Florens Naytingelin adı "Əlində çıraq olan xanım" olur.

Florens Naytingelin 1854-cü ildə çalışmağa başladığı Səlimiyə qışlasındaki müvəqqəti xəstəxana. (Daşbasma, 1856)

Müharibədən sonra 1856-cı Florens daimi yorgunuqdan sonra ağır insulta tutulur və o həmişəlik əlil arabasına bağlanır.

1859-cu ildə Florens Naytinqel Hospitallar haqqında qeydlər adında kitab yazır. Bir ildən sonra 1860-ildə Hospital xidmətlərindən məktublar ikinci kitabı işıq üzü görür.

60-cı illərin əvvəlində Florens Naytinqel Hindistana səfərə gedir və İnsanlar Hindistanda necə saq qalırlar adında kitab yazır.

1872-ci ildə Britaniyanın hərbi hospitallarının baş eksperti olur.

1907-ci ildə Florens Britaniyanın ilk qadını olur, hansı ki Britaniya kralı V Qeorg tərəfindən Vətənə uqrunda xidmət ordeninə təltif olunur.

Florens Naytinqel 13 avgust 1910-cu ildə Londonda vəfat edib.

Krım savaşı dönəmi

Florens Naytinqelin tibb bacılığı dövrünün yüksəlişi və bütün diqqətlərin onun üzərində toplanmağının səbəbi Krım savaşı olmuşdu.1854-cü ilin mart ayında İngiltərə və Fransa birləşərək, Rusiyaya qarşı müharibə elan etmişdi. Sentyabr ayında müttəfiqlər Krıma çatmışdı. Tayms qazeti cəbhədəki ingilis əsgərləri haqqında dəhşət verici xəbərlər yayımlayırdı. Savaş naziri Sidney Herbert, bu vəziyyətdə "nəyə görə şəfqətli tibb bacılarımız yoxdu?" deyə isyan etmişdi. Və ardından Florens Naytinqelə məktub yazaraq bu iş üçün ən uyğun şəxsin onun olduğunu bildirmişdi.1854-ün oktyabr ayında özü və 38 tələbəsi ilə birlikdə İstanbuldakı ingilis düşərgəsinə göndərildi. Göndərildiyi xəstaxana vəziyyət çox pisi amma o, nə etmək lazım olduğunu bilirdi. İlk öncə xəstəxananın başdan-başa təmizlənməsini istədi. Üsküdarda olduğu ilk qış müddətində 4077 əsgər öz yarasından ziyadə tifo, tifüs, kolera ve dizanteriya kimi xəstəliklər səbəbilə dünyasını dəyişdi. Və maraqlıdır ki, qərb cəbhəsindəki ən çox ölüm Florensin olduğu xəstəxanada idi. Bu qədər çox ölümün səbəbini Florens qida və dərman ehtiyatının azlığında görürdü.

Çiraqlı qadın əfsanəsi

Krım savaşı müddətində gecə-gündüz demədən əsgərlərə baxdığı üçün əsgərlər Florens Naytinqelə "Çiraqlı qadın" adını vermişdilər.The Times qazetində ona "baxıcı mələk" adı verilmiş və bütün xəstəxananın divarlarında onun silüetinin olduğu yazılmışdı. Bütün işçi heyəti axşam evə getdiyində o, əlində ki çiraqla xəstəxanada gəzirdi.Rafael Samuelin də dediyi kimi ölkənin qəhrəmanlarından biri olacaqdı.

Evə dönüş

BBC-nin verdiyi məlumata görə 1857-də ölkəsinə bir qəhrəman olaaraq dönmüşdü. Hətta həmin dönəm Kraliça Viktoriyadan daha məşhur olduğu deyilirdi. Lakin ölkəyə döndükdən sonra brusella xəstəlyinə yaxalanmışdı və artıq baxılması lazım olan o idi.

Xatirəsi

  • 1912-ci ildə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Liqası "Florens Naytingel" medalını təsis edmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, florens naytingel sözünün mənası, florens naytingel haqqında məlumat. florens naytingel nədir? florens naytingel nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 02, 2026

    Yuliya Ratkeviç

  • Mart 06, 2026

    Apollon 12

  • Fevral 27, 2026

    Təbaşir

  • Mart 02, 2026

    Tural Abbaslı

  • Mart 06, 2026

    Gözəlləmə

Trend Mahnılar
  • Mart 07, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Mart 07, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Mart 07, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Mart 07, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Mart 07, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst