Renald Makdonald (ing. Ranald MacDonald; 3 fevral 1824 – 24 avqust 1894) – 1840-ci illərdə Yaponiyaya səyahət edən ABŞ macəraçısı. İngilis dilini Yaponiyada tədris edən ilk şəxs hesab olunur. "Yaponiya: Macəra hekayəsi" memuarının müəllifidir.
| Renald Makdonald | |
|---|---|
| |
| Doğum tarixi | 3 fevral 1824 |
| Vəfat tarixi | 24 avqust 1894 (70 yaşında) |
| Fəaliyyəti | tədqiqatçı-səyyah[d], müəllim |
İlk illəri
1824-cü ildə ABŞ-nin Oreqonda yerləşən Astoriya qəsrində doğulub. Atası "Hudson's Bay" şirkətində işləyən tacir, anası isə Çinuki qəbiləsi şefinin qızı olan Şahzadə Şahzadə Sandi idi.
Britaniya Kolumbiyasındakı uşaqlıq illəri zamanı qəzaya uğramış 3 yapon dənizçinin Flatteri yarımadasında quruya çıxması haqqında eşitdiyi xəbərdən sonra Yaponiyaya maraq göstərməyə başlamışdır. 1839-cu ildə məktəbi bitirdikdən sonra Ontarionun Sent-Tomas şəhərində yerləşən bir bankda 2 il boyunca məmur işləmişdir.
Səyahəti

Makdonald bankda işlədikdən sonra növbəti beş il ərzində dənizçi kimi bütün dünyanı səyahət etmək fikrinə düşmüşdür. Həmin dövr ABŞ-də Uzaq Şərqə marağın yaranmağa başladığı dövr idi və Makdonald da Yaponiyaya səyahət etmək istəyirdi.
O, 1847-ci ildə "Plymouth" balina ovu gəmisi ilə Havay adalarından ayrılaraq Yaponiyaya doğru yola düşmüşdür. 27 iyun 1848-ci ildə Hokkaydonun qərb sahilində gəmidən ayrılaraq Yaqişiri və Rişiri adalarına doğru özü qayıqla üzməyə başlamışdır. Yaponiya həmin dövrdə izolyasiya şəraitində olduğu üçün heç bir əcnəbi ölkəyə buraxılmırdı və buna görə də Makdonald həbs edilərək Naqasakiyə göndərilmişdir. 1848-ci ilin oktyabrından 1849-cu ilin aprelinə kimi Naqasaki məbədindəki kiçik otaqda saxlanılmışdır. Bu dövrdə Moriyama Takiçiro və digər tərcüməçilərə ingilis dilini öyrətmişdir və buna görə də ingilis dilini Yaponiyada tədris edən ilk şəxs hesab olunur. 1849-cu ildə ABŞ-yə məxsus "Preble" gəmisi ilə Naqasakidən ayrılmışdır. Yaponiyadan sonra Avstraliyaya gedərək ordakı qızıl hərisliyində iştirak etmişdir.
1853-cü ildə Britaniya Kolumbiyasına qayıdaraq 30 il boyunca müxtəlif yerlərdə ticarət işləri ilə məşğul olmuşdur. Nəhayət, 1885-ci ildə Vaşinqton ştatının Fort-Kolvill şəhərində məskən salmış və ömrünün son illərində dostunun köməyi ilə "Yaponiya: Macəra hekayəsi" memuarını yazmışdır. Makdonald əsərin nəşr olunmasından öncə ölmüşdür. Onun əlyazması Vilyam Levis və Naociro Murakami tərəfindən redaktə olunaraq 1923-cü ildə "Renald Makdonald: 1824-1894" adı ilə nəşr olunmuşdur.
Ədəbiyyat
- Kodansha Encyclopedia of Japan. V cild. Tokio: Kodansha. 1983. səh. 78. ISBN 0-87011-625-8. İstifadə tarixi: 20 mart 2022.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, renald makdonald sözünün mənası, renald makdonald haqqında məlumat. renald makdonald nədir? renald makdonald nə deməkdir?