Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

Səkinə Bakıxanova — maarifçi qadın, Abbasqulu ağa Bakıxanovun həyat yoldaşı. Bakının ikinci xanı Məlik Məhəmməd xanın və Qubalı Fətəli xanın bacısı Xədicə Bikən

Səkinə Bakıxanova

  • Ana Səhifə
  • Vikipediya
  • Səkinə Bakıxanova

Səkinə Bakıxanova — maarifçi qadın, Abbasqulu ağa Bakıxanovun həyat yoldaşı. Bakının ikinci xanı Məlik Məhəmməd xanın və Qubalı Fətəli xanın bacısı Xədicə Bikənin nəvəsi.

Səkinə Bakıxanova
Doğum tarixi 1807(1807)
Doğum yeri
  • Bakı
Vəfat tarixi 1853(1853) (45–46 yaşında)
Vəfat yeri
  • Quba, Quba qəzası, Dərbənd quberniyası, Rusiya imperiyası
Həyat yoldaşı
  • Abbasqulu ağa Bakıxanov

Mündəricat

Haqqında

Səkinə xanım Bakıxanova 1807-ci ildə Bakıda anadan olub. Abbasqulu ağa Bakıxanovla ailə qurduqdan sonra Qubada yaşayıb. 1847-ci ildə Abbasqulu ağa Bakıxanov vəfat etdikdən sonra, onun 253 nüsxə əlyazmalardan ibarət olan kitabxanası Səkinə xanım tərəfindən Peterburq Elmlər Akademiyasının kitabxanasına bağışlanıb. Daha sonra onun xatirəsini əbədiləşdirmək üçün Səkinə xanım Qubada məscid tikdirməyə başlayıb. Məscidin tikintisi bir neçə il davam edib və 1854-cü ildə yekunlaşıb. Məscidin binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Səkinə xanım Bakıxanova 1853-cü ildə Qubada dünyasını dəyişib.

Ailəsi

Səkinə Bakıxanova Bakı xanı Məlik Məhəmməd xanın və Qubalı Fətəli xanın bacısı Xədicə Bikənin oğlu kərbəlayi Hüseyn ağanın və Xurşid xanımın ailəsində anadan olub.

1826-cı ildə Abbasqulu ağa Bakıxanov ilə ailə qurub. Bu evlilikdən 1831-ci ildə Ziba-Nisə bəyim və 1839-cu ildə Tuğra xanım adlı qızları dünyaya gəlib. Firudin bəy Köçərlinin yazdığına görə Tuğra xanım şairə olub Azərbaycan dilində lirik şeirlər yazıb. Qızların ikisi də öz əmisi oğulları, Cəfərqulu ağa Bakıxanovun oğulları ilə ailə qurmuşdur: Ziba-Nisə bəyim 1855-ci ildə Həsən ağa Bakıxanovla, Tuğra xanım isə 1875-ci ildə Əhməd ağa Bakıxanovla evlənmişdir. Tuğra xanım və Əhməd ağa Bakıxanovun evliliyindən Hacı Abbasqulu ağa (1860–192?) adlı övladları dünyaya gəlmişdir.

Ədəbiyyat

  • Qasımzadə, Feyzulla. Abbasqulu ağa Bakıxanov (az.). Bakı: Azərbaycan uşaq və gənclər ədəbiyyatı nəşriyyatı. 1956. səh. 167.
  • Fazil, Şahin. Mahmudov, Yaqub; Mustafazadə, Tofiq (redaktorlar ). Quba tarixi (az.). Bakı: "TEAS Press Nəşriyyat evi". 2016. səh. 700.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, səkinə bakıxanova sözünün mənası, səkinə bakıxanova haqqında məlumat. səkinə bakıxanova nədir? səkinə bakıxanova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bavariya kralı

  • Fevral 27, 2026

    Spiral

  • Fevral 27, 2026

    Çuxur Qəbələ

  • Mart 06, 2026

    Tuzla

  • Fevral 28, 2026

    Edqar Deqa

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst