Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ceyhun Yusif oğlu Əliyev və ya Ceyhun Əli (16 fevral 1984, Salyan rayonu) — azərbaycanlı aparıcı, spiker, moderator, telejurnalist, dövlət qulluğunun kiçik müşa

Ceyhun Əli

  • Ana Səhifə
  • Vikipediya
  • Ceyhun Əli

Ceyhun Yusif oğlu Əliyev və ya Ceyhun Əli (16 fevral 1984, Salyan rayonu) — azərbaycanlı aparıcı, spiker, moderator, telejurnalist, dövlət qulluğunun kiçik müşaviri, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis.

Ceyhun Əli
Ceyhun Yusif oğlu Əliyev
Doğum tarixi 16 fevral 1984 (42 yaş)
Doğum yeri Salyan, Azərbaycan SSR
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası filoloq
Təhsili Bakı Slavyan Universiteti
Fəaliyyəti aparıcı, spiker, moderator, telejurnalist, dövlət qulluğunun kiçik müşaviri, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis
Fəaliyyət illəri 2004 – indiyədək
Tanınır aparıcı, spiker, moderator, telejurnalist, dövlət qulluğunun kiçik müşaviri, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis

Mündəricat

Həyatı

Ceyhun Əli 1984-cü ildə fevralın 16-da Salyan rayonunda anadan olub. 1991–1995-ci illərdə Bakı şəhərinin 20 saylı liseydə, 1995–2001-ci illərdə Respublika İncəsənət Gimnaziyasında Səhnə danışığı — Nitq mədəniyyəti ixtisası üzrə təhsil alıb. Ali təhsilini 2001–2006-cı illərdə Bakı Slavyan Universitetinin Filologiya fakültəsində alıb. Rus, ingilis, türk dillərində sərbəst danışır. 2009-cu ildə Almaniyanın Deutsche Welle Akademie / akademiyasının "Konflikt-sensetiv jurnalistika" üzrə beynəlxalq sertifikatını alıb.

Fəaliyyəti

Əmək fəaliyyətinə 2004-cü ildə başlayıb.

2004–2006-cı illərdə ANS Müstəqil Teleradio Şirkətində diktor, aparıcı, reportyor, xüsusi müxbir vəzifələrində çalışıb. 2006-cı ildən Azad Azərbaycan Müstəqil Teleradio Yayım Şirkətində diktor, aparıcı, reportyor, xüsusi müxbir, İctimai-Siyasi Proqramlar Departamentinin redaktor assistenti, redaktoru vəzifələrində çalışmağa başlayıb. Televiziya sahəsində biliklərini artırmaq məqsədi ilə xarici telekanallarda (RTR, Ekspert TV) təcrübə keçmək üçün 2008-ci ildə əmək fəaliyyətinə ara verib. 2008-ci ilin sonunda ANTENN Müstəqil Teleradio Şirkətində İctimai — Siyasi Proqramlar Departamentinin direktoru vəzifəsinə işə başlayıb. 2009–2010-cu illərdə RTV Bakı studiyasının rəhbəri vəzifəsini icra edib.

2010–2018-ci illərdə Azad Azərbaycan Müstəqil Teleradio Yayım Şirkətində İctimai-Siyasi Proqramlar Departamentinin redaktoru, ATV Xəbər proqramının aparıcısı, "Həftə Sonu" Analitik — İnformasiya Proqramında xüsusi müxbir, redaktor vəzifələrində çalışıb. Həmin ildən ATV kanalını Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasında akkreditasiya olunan telejurnalist qismində təmsil edib.

2018–2019-cu illərdə "AzerTelecom" şirkətində İctimaiyyətlə əlaqələr və Korporativ Kommunikasiya Departamentinin rəhbəri vəzifəsində çalışıb.

2020–2021-ci illərdə Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.

2018-ci ildən İctimai Televiziyada teleaparıcı, redaktor vəzifəsində fəaliyyət göstərir.

Ceyhun Əli hazırda müxtəlif beynəlxalq və yerli təşkilatların, dövlət qurumlarının, özəl şirkətlərin həyata keçirdiyi layihələr, konfrans, simpozium, forum, qurultay və marafonlarda aparıcı, eyni zamanda moderator qismində fəaliyyət göstərir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ceyhun əli sözünün mənası, ceyhun əli haqqında məlumat. ceyhun əli nədir? ceyhun əli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əbdürrəhman Dai

  • Mart 06, 2026

    Hu Çao

  • Fevral 25, 2026

    LibreOffice

  • Fevral 27, 2026

    Qaldan-Boşoqtu

  • Fevral 27, 2026

    Miyamoto Musaşi

Trend Mahnılar
  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst