Indi pop (həmçinin indi-pop və ya indipop kimi yazılır) meynstrim pop musiqisinə zidd olan gitara popu DIY (özün elə) etikası ilə birləşdirən musiqi janrı və alt mədəniyyət. O, 1970-ci illərin sonlarında İngilis post-pankından yaranıb. Oxşarı olan indie rok ilə müqayisədə bu janr daha melodik, daha az sərt və nisbətən daha vecsizdir. Alt janrlara kamera popu və tvit popu daxildir.
| İndi-pop | |
|---|---|
| İndie Pop | |
| Mənbəsi | Postpank, Canql Pop |
| Yarandığı dövr | 1980-ci illər |
| Ölkə | Yeni Zelandiya |
İnkişaf və xüsusiyyətlər
Həm indi, həm də indi pop 1970-ci illərin sonlarında eyni şeyə istinad edirdilər. Stilindən daha çox pank rokun DIY yönümlülüyündən ilhamlanan gitar qrupları o çağ, hamı kimi böyük səsyazma studiyalarıynan kontrakt imzalayıb yayımlanmaqdansa, bir birilərinə dəstək olub öz musiqilərini özləri buraxaraq yaranırdı. Emili Dolanın sözlərinə görə, indi janrı Velvet Underground- un distorşonlu musiqisi, erkən pankın "üsyankar qışqırığı" və Conatan Riçman kimi "rokun daha qəribə və ekssentrik fiqurları" üzərində qurulub. "The Monochrome Set's" -ın ilk sinqlları indie pop qrupu Smiths üçün o qədər təsirli idi ki, Coni Mar sonralar deyirdi, "onlar olmasaydı, The Smiths qrupu mövcud olmazdı".
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İndi-pop haqqında məlumat. İndi-pop nədir? İndi-pop nə deməkdir?