Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Arkadi Petroviç Qaydar (rus. Арка́дий Петро́вич Гайда́р, 9 (22) yanvar 1904, Lqov[d], Kursk quberniyası[d][…] – 26 oktyabr 1941[…], Leplyavo[d], Poltava vilayət

Arkadi Qaydar

  • Ana Səhifə
  • Vikipediya
  • Arkadi Qaydar

Arkadi Petroviç Qaydar (rus. Арка́дий Петро́вич Гайда́р, 9 (22) yanvar 1904, Lqov[d], Kursk quberniyası[d][…] – 26 oktyabr 1941[…], Leplyavo[d], Poltava vilayəti) — Sovet yazıçısı.

Arkadi Qaydar
rus. Аркадий Петрович Голиков
Təxəllüsü Аркадий Гайдар
Doğum tarixi 9 (22) yanvar 1904(1904-01-22)
Doğum yeri
  • Lqov[d], Lqov qəzası[d], Kursk quberniyası[d], Rusiya imperiyası[…]
Vəfat tarixi 26 oktyabr 1941(1941-10-26)[…] (37 yaşında)
Vəfat yeri
  • Leplyavo[d], Poltava vilayəti, Ukrayna SSR, SSRİ
Dəfn yeri
  • Kanev
Fəaliyyəti yazıçı, uşaq ədəbiyyatı yazıçısı, fantastika yazıçısı[d], ssenarist, jurnalist, hərbi müxbir[d]
Əsərlərinin dili rus dili
Mükafatları 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Şərəf nişanı" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Arkadi Qaydar 1904-cü il fevralın 9-da Kursk vilayətinin Lvov şəhərində anadan olmuşdur. On üç yaşlı Arkadi realnı məktəbinin üçüncü sinfində oxuyanda 1917-ci ilin fevral inqilabı baş verdi. O, 14 yaşından könüllü olaraq Qızıl ordu sıralarına daxil olmuş, Kiyevdə komandirlər kursunu bitirdikdən sonra on altı yaşında onu alay komandiri təyin edirlər.

Qaydar altı il Qızıl ordu sıralarında xidmət etmişdir. 1923-cü ildə isə bərk xəstələndiyinə görə onu ordudan tərxis edirlər. Ordu sıralarında hərbi xidmətini başa vurduqdan sonra o, ədəbi fəaliyyətlə məşğul olmuşdur.

1925-ci ildə "Kovş" adlı Leninqrad almanaxında ilk povesti – "Məğlubiyyət və qələbə günlərində" çapdan çıxır.

1930-cu ildə gənc nəsil üçün yazdığı "Məktəb" povesti dərhal uşaq və məktəb kitabxanalarında əl-əl gəzir, oxucuların ən sevimli kitablarından birinə çevrilir. "Məktəb" povestinin əsas qəhrəmanı, birinci şəxsin dilindən danışan əsgər oğlu Boris Qolikov surətində Arkadi Qaydar məhz özünü təsvir etmişdir.

"Timur və onun komandası" (1940) povesti ona böyük şöhrət qazandırmışdır. Cəsur, həssas, qətiyyətli, xeyirxah Timur surəti indi də uşaqların ən sevimli qəhrəmanlarından biri olaraq qalır. Yazıçı böyüməkdə olan nəslin ən yaxşı cizgilərini böyük vətənpərvərlik ideyası ilə qələmə alaraq bu obrazda ifadə etməyə müvəffəq olmuşdur.

Qaydar uşaqlarla hər bir dildə danışmağı bacarırdı. Onun bütün əsərlərində ürəkləri isidən səmimilik, düzgünlük hiss olunurdu.

Yazıçının "Təbilçinin taleyi" (1939), "Cuk və Gek" (1939), "Hərbi sirr" (1940) və s. əsərlərində Böyük Vətən müharibəsinin çətin günlərində var qüvvələri ilə xalqın əzəmətli mübarizəsinə kömək edən gənc vətənpər vərlərin şücaətindən söhbət açılır.

1941-ci il oktyabrın 26-da Qaydar dörd nəfər partizanın müşaiəti ilə kəşfiyyata yollanır və faşist gülləsinin qurbanı olur. Qaydar yaradıcılığı, onun qəhrəman həyatı, əməlləri, bədii yaradıcılığa həsr edilmiş ömrü indi də onu sevənlər üçün örnəkdir.

Filmoqrafiya

  1. Minotavra ziyarət (film, 1987)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, arkadi qaydar sözünün mənası, arkadi qaydar haqqında məlumat. arkadi qaydar nədir? arkadi qaydar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Torna

  • Fevral 27, 2026

    II Əbdülməcid

  • Fevral 27, 2026

    Yuyçzülyü Denqçu

  • Fevral 27, 2026

    Qızılorda

  • Mart 06, 2026

    Kristianiya

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst