Mömünat Qurbanova (8 dekabr 1958, Buzovna – 13 yanvar 2008, Nabran, Xaçmaz rayonu) — aktrisa.
| Mömünat Qurbanova | |
|---|---|
| Doğum tarixi | 8 dekabr 1958 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 13 yanvar 2008 (49 yaşında) |
| Vəfat yeri | |
| Vəfat səbəbi | yol-nəqliyyat hadisəsi |
| Həyat yoldaşı | |
| Fəaliyyəti | aktrisa |
Həyatı
Mömünat Qurbanova 1958-ci il dekabrın 8-də Bakı şəhərinin Buzovna qəsəbəsində anadan olmuşdur. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Kinoya ilk gəlişi “Dərviş Parisi partladır” filmində canlandırdığı Şərəfnisə obrazı ilə olmuşdur. Həmin filmdə gələcək həyat yoldaşı, aktyor Ənvər Həsənov ilə tanış olmuşdur.
Aktrisa yaradıcılığı dövründə ümumilikdə üç bədii filmdə rol almışdır. O, həyat yoldaşı ilə birlikdə “Dərviş Parisi partladır”, “Atları yəhərləyin” (Qanlı zəmi) və “Son döyüş” filmlərində çəkilmişdir.
Mömünat Qurbanova 2008-ci il yanvarın 13-də vəfat etmişdir. Onun ölümü ailəsi ilə birlikdə Nabran istiqamətindən qayıdarkən baş verən yol-nəqliyyat hadisəsi nəticəsində olmuşdur.
Filmoqrafiya
- Dərviş Parisi partladır (film, 1976)
- Atları yəhərləyin (film, 1985)
- Son döyüş (film, 1996)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mömünat qurbanova sözünün mənası, mömünat qurbanova haqqında məlumat. mömünat qurbanova nədir? mömünat qurbanova nə deməkdir?