Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nəfisə Sultan 1363-cü ildə Bursada dünyaya gəlib. Atası Osmanlı sultanı Murad Hüdavəndigar, anası isə onun kənizlərindən biridir. Uşaqlıq illəri Bursada keçən N

Nəfisə Xatun

  • Ana Səhifə
  • Vikipediya
  • Nəfisə Xatun

Nəfisə Mələk Sultan (1363, Bursa – 1400, Konya) — 3-cü Osmanlı sultanı Murad Hüdavəndigarın qızı.

Nəfisə Mələk Sultan
türk. Nefise Melek Hatun
Şəxsi məlumatlar
Doğum tarixi 1363(1363)
Doğum yeri
  • Bursa, Osmanlı imperiyası
Vəfat tarixi 1400(1400) (36–37 yaşında)
Vəfat yeri Konya, Qaramanoğulları bəyliyi
Dəfn yeri Hatuniyə mədrəsəsi, Karaman
Atası I Murad
Həyat yoldaşı Qaramanoğlu Ələddin Əli bəy
Uşaqları Qaramanoğlu Mehmed bəy
Qaramanoğlu Bəngi Əli bəy
Qaramanoğlu Oğuz bəy
Ailəsi Osmanlı xanədanı

Mündəricat

Həyatı

Nəfisə Sultan 1363-cü ildə Bursada dünyaya gəlib. Atası Osmanlı sultanı Murad Hüdavəndigar, anası isə onun kənizlərindən biridir. Uşaqlıq illəri Bursada keçən Nəfisə Sultan, 1378-ci ilin yazında Qaramanoğlu Ələddin Əli bəylə evləndirildi. Eyni mərasimdə qardaşı şahzadə Bəyazid də Gərmiyanoğlu Süleyman bəyin qızı Dövlətşah Xatunla nikahlanmışdı.

Siyasi məqsədlərlə baş tutan bu nikahdan 3 oğlu dünyaya gələn Nəfisə Sultan, evliliyi boyunca əriylə atası Murad Hüdavəndigar və qardaşı İldırım Bəyazid arasında vasitəçi rolunu oynadı. Əri Ələddin Əli bəyin Osmanlılara qarşı Anadolu bəyliklərini ayaqlandırması nəticəsində Osmanlı ordusu dəfələrlə Konyanı mühasirəyə almış, ancaq hər dəfə Nəfisə Sultan araya girərək tərəflər arasında sülhü təmin etmişdir. Bu səfərlərdən ən önəmlisi isə 1385-ci ildəki Qaraman səfəridir. Nəfisə Sultanın xahişiylə Konya qalası mühasirədən azad edilmiş, Ələddin Əli bəy Murad Hüdavəndigarın əlini öpərək yenidən Osmanlı təbəəliyini qəbul etmişdir.

Ancaq Murad Hüdavəndigarın vəfatından sonra Ələddin Əli bəy yenidən Osmanlı hakimiyyətinə qarşı ayaqlandı. Yeni sultan İldırım Bəyazid isə, atasından fərqli olaraq, bacısı Nəfisə Sultanın xahişlərinə məhəl qoymadı və 1397-ci ildə Qaraman səfərinin sonunda Ələddin Əli bəyi ələ keçirərək edam etdirdi (1397-ci ilin payızı). Beləliklə, Konya başda olmaqla, digər bütün Qaramanlı mülkləri Osmanlıların əlinə keçdi və Nəfisə Sultan övladlarıyla birgə Bursaya göndərildi.

Övladlarıyla birlikdə Bursada yarıqapalı məhbus olan Nəfisə Sultan çox keçmədən bəyliyin başına gətirilən böyük oğlu Nəsrəddin Mehmed bəylə birlikdə Konyaya geri döndü. Ancaq o, burada 1400-cü ildə vəfat etdi. Cənazəsi 1381-ci ildə Karamanda inşa etdirdiyi Hatuniyə mədrəsəsinin həyətindəki türbədə dəfn edildi.

Övladları

  • Qaramanoğlu Sultanzadə Nəsrəddin Mehmed bəy
  • Qaramanoğlu Sultanzadə Bəngi Əli bəy
  • Qaramanoğlu Sultanzadə Oğuz bəy

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, nəfisə xatun sözünün mənası, nəfisə xatun haqqında məlumat. nəfisə xatun nədir? nəfisə xatun nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Şandor Brodi

  • Fevral 27, 2026

    S:Tin surəsi

  • Fevral 27, 2026

    İdrisilər sülaləsi

  • Mart 01, 2026

    1824-cü il

  • Mart 06, 2026

    Dmitri Buynov

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst