Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dmitri Buynov (6 avqust 1859, Bakı – ən tezi 1916) — Bakıda doğulmuş və fəaliyyət göstərmiş memar. O, Bakı real məktəbinin binasının və Müqəddəs Nina qız gimnaz

Dmitri Buynov

  • Ana Səhifə
  • Vikipediya
  • Dmitri Buynov

Dmitri Buynov (6 avqust 1859, Bakı – ən tezi 1916) — Bakıda doğulmuş və fəaliyyət göstərmiş memar. O, Bakı real məktəbinin binasının və Müqəddəs Nina qız gimnaziyasının binasının müəllifidir.

Dmitri Buynov
rus. Буйнов Дмитрий Дмитриевич
Şəxsi məlumatlar
Doğum tarixi 6 avqust 1859(1859-08-06)
Doğum yeri
  • Bakı, Bakı qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi ən tezi 1916
Təhsili Bakı real məktəbi
İşləri və nailiyyətləri
İşlədiyi şəhərlər Ostroh[d], Bakı, Tbilisi
Əsas tikililəri Bakı real məktəbinin binası

Həyatı və fəaliyyəti

Dmitriy Buynov 6 avqust 1859-cu ildə Bakıda anadan olub. Onun atası 2-ci Bakı xəzinədarlığı şöbəsinin müdiri olub. İlk təhsilini Bakı real məktəbində alıb. 1878-ci ildə Tikinti məktəbinə daxil olur buranı 1884-cü ildə bitirdikdən sonra birinci dərəcəli mülki mühəndis rütbəsi alır. Əmək fəaliyyətinə Volınsk quberniyasında kiçik mühəndis kimi başlayıb. Burada 1884–1886-cı illərdə Ostroq şəhərində Viliyu və Qorın çayları üzərində 5 taxta körpü inşa edir.

1886-cı ildə Bakı quberniya idarəsinin tikinti şöbəsində fəaliyyət göstərməyə başlayır. 1886–1890-cı illər arasında Nikolayev (indiki İstiqlaliyyət) küçəsində Müqəddəs Nina qız gimnaziyası üçün bina inşa edir.

1889-cu ildə titulyar məsləhətçi rütbəsini alır. 1893-cü ildə Dmitriy Buynov Bakı quberniya memarı təyin olunur. O, bu vəzifədə 1900-cü ilə qədər fəaliyyət göstərir. 1900-cü ildə Buynov Bakı quberniya mühəndisi təyin olunur və bu vəzifədə 1907-ci ilə qədər fəaliyyət göstərir.

1901–1904-cü illər ərzində Bakı real məktəbi üçün öz verdiyi layihə üzrə yeni binanın tikintisi ilə məşğul olur.

1907–1908-ci illərdə Buynovu işləmək üçün Tiflisə göndərirlər. Burada o Qafqaz canişininin yanında tikinti və yol hissəsi üzrə mühəndis kimi xidmət edir. Bundan başqa o, Canişin idarəetməsinin yanında Texniki şuranın sədri olur. 1909-cu ildə həqiqi müşavir rütbəsini alır. 1916-cı ildə onu Rusiya Qırmızı Xaç Cəmiyyətinin Qafqaz Dairəsinin Təftiş Komissiyasına daxil edirlər.

Həyatının sonrakı dövrləri haqqında məlumat yoxdur.

Həmçinin bax

  • İosif Ploşko
  • İosif Qoslavski
  • Yevgeni Skibinski
  • Balaxanı-Sabunçu müqəddəs Makari kilsəsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, dmitri buynov sözünün mənası, dmitri buynov haqqında məlumat. dmitri buynov nədir? dmitri buynov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dövlət büdcəsi

  • Fevral 27, 2026

    Rüstəmbəyovlar

  • Mart 06, 2026

    APA Group

  • Mart 06, 2026

    Kəmalə Abiyeva

  • Mart 06, 2026

    Mayk Mayers

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst