Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Bəhlul" satirik jurnalı 19 may 1907-ci ildə Ələsgər Əliyevin redaktorluğu, Seyid Hüseynin əməkdaşlığı ilə Bakıda nəşrə başlayıb. Jurnal "Molla Nəsrəddin" ənənə

Bəhlul (jurnal)

  • Ana Səhifə
  • Vikipediya
  • Bəhlul (jurnal)

"Bəhlul" jurnalı (az.-əski. بهلول‎) — həftəlik rəsmli satirik jurnal.

Bəhlul
az.-əski. بهلول‎
"Bəhlul" jurnalının 14 iyul 1907-ci il tarixli 5-ci nömrəsi
Baş redaktor Ələsgər Əliyev
Növ satirik jurnal
Təsisçi Ələsgər Əliyev
Təsis tarixi 19 may 1907
Qərargah Bakı
Dil Azərbaycan dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Haqqında məlumat

"Bəhlul" satirik jurnalı 19 may 1907-ci ildə Ələsgər Əliyevin redaktorluğu, Seyid Hüseynin əməkdaşlığı ilə Bakıda nəşrə başlayıb. Jurnal "Molla Nəsrəddin" ənənələrini davam etdirən məcmuələrdən biri olub. Jurnalın adı Molla Nəsrəddin kimi xalq arasında məzmunlu lətifələri ilə məşhur olan ədalətpərəst, həqiqətpərəst Bəhlul Danəndənin adından götürülmüşdür.

"Bəhlul"un zəngin ədəbi-bədii tərtibatı var idi. "Bəhlul" öz səhifələrində "Molla Nəsrəddin"ə rəğbət ifadə edən bir sıra yazılar və şəkillər vermişdi.

Ələsgər Əliyevin jurnalistlik fəaliyyətində "Bəhlul" jurnalı xüsusi yer tutur. Jurnalın ömrü cəmi 6 ay olmuş və 9 nömrəsi işıq üzü görmüşdür. "Bəhlul"un nəşri 1907-ci ildə noyabr ayının 4-də, 9-cu nömrədən sonra "zərərli məsləkinə görə" dayandırılmışdır. Çünki jurnalın səhifələrində zəhmətkeş kütlələrin 1905–1907-ci illərdəki inqilabi mübarizəsi geniş işıqlandırılmış, Bakı fəhlələrinin ağır həyatından bəhs edilən yazılar çap etmişdir.

Jurnalda dərc olunan məqalələr

Burada satirik şeirlər, felyetonlar, "Bilməli xəbərlər", "Teleqraf xəbərləri", "Lüğət", "Tapmaca" və b. satirik başlıqlar altında yazılar dərc etdirilirdi.

Jurnalda ictimai gerilik, dini-fanatizm, ailə və məişətdəki vaxtı keçmiş adət-ənənələr, dövlət idarəçiliyindəki nöqsanlar, varlı-kasıb münasibətləri sadə xalq dilində, satirik üslubda oxucuya çatdırılırdı.

"Bəhlul" Bakıda fəhlə hərakatına köməkdə, dövrün mühüm məsələlərinin işıqlandırılmasında, xalqın maariflənməsi uğrunda mübarizədə böyük xidmət göstərmişdir.

İran və Türkiyədə baş verən milli oyanışla bağlı hadisələr, fəhlələrlə kəndlilərin ittifaqı, fəhlələrin siyasi mübarizəsi məsələsi işıq üzü görmüş, sosial-demokrat fəhlə partiyasına, onun ayrılmaz bir hissəsi olan "Hümmət"in fəaliyyətinə yüksək qiymət verirdi.

Kapitalistlərin nökərləri tərəfindən Xanlar Səfərəliyevin xaincəsinə öldürülməsi "Bəhlul" jurnalının mühərrirlərini mütəəssir etmişdi. Bu münasibətlə verilən məqalə jurnal "Hümmət" qrupunun üzvlərinə müraciətlə deyirdi ki, bu ağır itki təkcə sizi deyil, bütün fəhlələri kədərləndirir. Jurnalın 8–9 nömrələrində "Fəhləyə dair" sərlövhəli bir felyeton dərc edilmişdir. "İpləmə" imzası ilə verilmiş bu felyetonda sahibkarla fəhlə arasında gedən söhbət əks etdirilir. Bu söhbətdə kəskin siyasi məsələlərə toxunulur. Fəhlə açıq bildirir ki, ədalətsizlik və zülm davam etdikcə onlar mübarizədən çəkinməyəcəklər.

Jurnalın yaradıcı heyəti

"Bəhlul"un yayılmasında Sabir satirik şeirlərinin böyük rolu olmuşdur. Məcmuənin ilk sayı işıq üzü görəndən sonra Sabir Şamaxıdan redaksiyaya məktub göndərərək, məcmuənin çapı münasibətilə redaksiya kollektivini təbrik etmişdi. Ələsgər Əliyev Sabiri jurnalın nəşrindən qabaq tanıyırdı. O, Sabirə jurnalın Şamaxı üzrə müxbiri və müvəkkili olmasını təklif etmişdi. Sabir Şamaxı mövhumatçıların bu hadisəyə görə onun üzərində daha şiddətlə hücum edəcəyini nəzərə alıb redaksiyaya bildirmişdi ki, jurnalda müvəkkil ola bilməz, lakin şeirlərlə iştirak etməyə hazırdır.

Sabir "Bəhlul" jurnalında çıxan satiralarında Azərbaycandakı ictimai ziddiyyətləri, mömhumatı, ədalətsizliyi göstərmişdir. Şairin "Bəzi yerlərdə təsadüf olmur aşa, ətə", "Mən belə əsrarı qana bilmirəm" satiraları ilk dəfə bu jurnalda çıxmışdır. Məcmuənin 2-ci nömrəsində "Təraneyi-əsilanə" adlı satirasında Sabir fəhlələrin ağır iqtisadi, sosial vəziyyətini qələmə alır.

Jurnalda Ə. Əliyev ("Bəhlul"), Ə. Razi ("Düdük"), M. H. Zeynalov ("Dərdmənd") kimi müəlliflər yaxından iştirak edirdilər. Bu müəlliflər ilə yanaşı, "Düzəxi", "Mirzə Dığ-dığı", "Naxələf", "Heyrəti", "Yuxulu", "Bambulu", "Tamaşa bağı", "Fırıldaq", "Titrətməli", "Ə. M.", "Ağızları qıfıldayan", "Maryak", "Carübüddövlə", "Bitli bədən", "Laübali", "İpləmə", "Zurnaçı", "Şalvarün-Zakirin", "Müahidi Qədim", "Əqrəb", "Qeydkeş" və sair gizli imzalardan da istifadə edilib.

Rəssamlar

Jurnalda rəsmləri Y. Y. Hamberq, S. B. Cəlilbəyov və Ə. Əzimzadə çəkirdilər.

Həmçinin bax

  • Molla Nəsrəddin (jurnal)
  • Rəhbər (jurnal)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, bəhlul (jurnal) sözünün mənası, bəhlul (jurnal) haqqında məlumat. bəhlul (jurnal) nədir? bəhlul (jurnal) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Zygnematophyceae

  • Fevral 27, 2026

    Stoaçılıq

  • Mart 06, 2026

    Dani Bolt

  • Mart 01, 2026

    Əbdülqasım Əzimi

  • Fevral 27, 2026

    IV Mustafa

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst