Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Irk Bitig (Falnamə) — qədim uyğur dilində yazılmış fal kitabıdır. Orxon-Yenisey Orxon əlifbası abidələrində işlədilən qədim türk hərfləri ilə kağıza yazılmış və

Irk Bitig

  • Ana Səhifə
  • Vikipediya
  • Irk Bitig

Irk Bitig (Falnamə) — qədim uyğur dilində yazılmış fal kitabıdır. Orxon-Yenisey Orxon əlifbası abidələrində işlədilən qədim türk hərfləri ilə kağıza yazılmış və indiyə kimi saxlanılmış yeganə kitabdır.bu kitabin dəqiq yazılan tarıxı bəlli deyil amma ən azı 900 yüziliyə

Irk Bitig - Qədim Uyğur Dilində Yazılmış Fal Kitabı
türk. 𐰃𐰺𐰴 𐰋𐰃𐱅𐰃𐰏
Azərbaycanda nəşr olunan Irk Bitigin üzqabı.
Azərbaycanda nəşr olunan Irk Bitigin üzqabı.
Janr Araşdırma
Orijinal dili Uyğur dili
Yazılma ili 2013
ISBN 9789952484472
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Irk Bitigi macar əsilli tədqiqatçı Mark Avrel Steyn 1907–ci ildə Çinin Qansu əyalətindəki Dunhuang şəhərində yerləşən Bin Buda Mağaralarında tapmışdır. İndi isə İngiltərənin London şəhərindəki Britaniya Muzeyində Şərq yazılı abidələri bölməsində 8212 sayı ilə saxlanılır. Əlyazma 13.6x8 cm ölçülərində olub, 57 səhifədən ibarətdir. Səifələrin hər iki üzü də işlədilmiş və cildlənməmişdir. X əsrdən daha əvvəl yazıldığı güman edilir.

Azərbaycanda nəşri

İndiyə qədər Vilhelm Tomsendən başlayaraq Hüseyn Namiq Orxun, Sergey Malov, Sir Gerard Klauson, Tetsuro İkeda, Tələt Təkin kimi tədqiqatçılar tərəfindən nəşr olunan kitab, Əlisa Şükürlü, Yusif Məmmədov və Əbülfəz Rəcəbov tərəfindən də araşdırılmışdır. 2013-cü ildə isə Göybəy Uluç, Aygün Hüseynli, Dilbər Mehdiyeva, Özcan Qır, İrana İbrahimova və Ceyran Sərxanbəyova tərəfindən qədim uyğur dilindən çağdaş Azərbaycan dilinə tərcümə edilərək nəşr edilmişdir.

Kitab qədim uyğur mədəniyyətini, dünyagörüşünü, qədər qismət, tale və bəxt haqqında düşüncələrini əks etdirir. Kitab 120 səhifədən ibarətdir.

Irklar - (Fallar)

1-ci ırk:

tensi : men : yarın : kiçe : altun : örgin : üze : oluru͡pan : men͡qileyür : men : an͡ça : bilin͡qler : edgü ol :

Mən tənsiyəm. Gecə gündüz qızıl taxt üzərində oturub xoşbəxt oluram. Belə bilin ki, yaxşıdır.

28-ci ırk:

kan : oluru͡pan : ordu : yapmis : ili : turmis : tört : bolun͡qtakı : edgüsi : uyurı : tirilipen : men͡qileyür : bedizleyür : tir : an͡ça : bilin͡qler : edgü : ol :

“Xan taxta çıxıb şəhər qurdu, eli yüksəldi, dörd tərəfdən yaxşıca güc topladı. Sevinir, [hər yanı] bəzəyir” deyir. Belə bilin ki, yaxşıdır.

66-cı ırk:

amtı : amrak : oqlanım : an͡ça : bilin͡qler : bu : ırk : bitig : edgü : ol : an͡çıp : alku : kentü : ülügi : erklig : ol :

İndi əziz oğullarım, belə bilin ki, bu fal kitabıdır, yaxşı yazıdır. Amma yenə də hamı öz taleyində güc sahibidir.

Xarici keçitlər

  • Erkin Asiya Radiosu
  • Publika.az - Azərbaycan
  1. Irk Bitig / Eski Uygurca Fal Kitabı- p.1 -ön söz

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, irk bitig sözünün mənası, irk bitig haqqında məlumat. irk bitig nədir? irk bitig nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 03, 2026

    Mass-spektrometriya

  • Mart 06, 2026

    Bilgəh bələdiyyəsi

  • Fevral 27, 2026

    Dəlisov (personaj)

  • Mart 04, 2026

    Səkinə Axundzadə

  • Mart 06, 2026

    Sərdar Kərimov

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst