Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vüsal Vahid oğlu Hacıyev (16 noyabr 1984, Bakı) —Ürək cərrahı, azərbaycanlı alim, tədqiqatçı, tibb üzrə fəlsəfə doktoru.

Vüsal Hacıyev

  • Ana Səhifə
  • Vikipediya
  • Vüsal Hacıyev

Vüsal Vahid oğlu Hacıyev (16 noyabr 1984, Bakı) —Ürək cərrahı, azərbaycanlı alim, tədqiqatçı, tibb üzrə fəlsəfə doktoru.

Vüsal Hacıyev
Doğum tarixi 16 noyabr 1984(1984-11-16) (41 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elm sahəsi kardiologiya
Elmi dərəcəsi
  • tibb üzrə fəlsəfə doktoru (2018)
Təhsili
  • Charite Universiteti[d] (8520–2018)
Üzvlüyü
  • Avropa Kardiologiya Cəmiyyəti[d]

Mündəricat

Həyatı

Vüsal Hacıyev 1984-cü il noyabrın 16-da Bakıda anadan olub. Orta təhsilini əvvəlcə Bakının Sabunçu rayonundakı 72 nömrəli liseydə, sonra isə Şirvan liseyində alıb. Azərbaycan Təhsil Nazirliyinin dövlət təqaüd proqramı ilə Çexiyada tibb üzrə təhsil almaq üçün Charles Universitetinə göndərilib, 2009-cu ildə ali təhsilini bitirib. Universiteti bitirdikdən sonra professor Hetzerin rəhbərliyi altında ürək cərrahı olaraq fəaliyyətə başlayıb.

O, 2018-ci ildə Almaniyanın Charite Universitetində "Ürək transplantasiyasından sonra trikuspidal qapağın çatışmazlığının risk faktorları" adlı doktorluq dissertasiyasını müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

Fəaliyyəti

Əmək fəaliyyəti

O, 2009-cu ildə tibb təhsilini bitirdikdən sonra 2013-cü ilədək Almaniyanın Berlin Ürək Mərkəzindən çalışıb. 2013–2022-ci illər arasında Almaniyanın Kottbus şəhərində Sana Ürək Mərkəzində ürək-damar cərrahı və elmi mərkəzin rəhbəri, 2022-ci ildən isə Bakı Sağlamlıq Mərkəzində ürək-damar cərrahı və təhsil-təlim komissiyasının sədri kimi fəaliyyət göstərir.

O, Azərbaycanda ilk və dünyada nadir sayılan "Təkrar qalxan aorta disseksiyası" əməliyyatının müəllifidir. Həmin əməliyyat barədə məqalə ABŞ-nin "American Journal of Case reports" jurnalında dərc edilib.

Elmi fəaliyyəti

Vüsal Hacıyev "Berlin Almaniya ürək mərkəzi"nin (Deutsches Herzzentrum Berlin) direktoru, dünya şöhrətli professor Roland Hetzerin rəhbərliyi altında 4 il ərzində trikuspidal qapağın çatışmazlığına təsiri ola biləcək bütün faktorları araşdırıb, transplantasiyadan sonra bu problemin qarşısının alınması üçün atılacaq addımları müəyyənləşdirib. Elmi işinin nəticələri barədə o, 2016-cı ildə Beynəlxalq Ürək və Ağciyər Transplantasiyaları Cəmiyyətinin illik konfransında tibbi tədqiqat icmasına təqdim edib. 1990-cı illərdən bu günə qədər bir çox mərkəzlərin bu problem üzrə araşdırma aparmasına baxmayaraq, bu çatışmazlığın əsas səbəbi aşkar edilmədiyindən bu elmi araşdırma dünyada ilk sayılır.

Hazırda 2010-cu ildən başlayaraq ürək transplantasiyası əməliyyatından sonra trikuspidal qapağın çatışmazlığı mövzusunda araşdırma aparır.

ECMO — bədəndən xaricdə membran oksigen atorunindikasiyası, implantasiyası və eksplantasiyası sahəsində tədqiqat aparıb.

2016-cı ildən Avropa Ürək Cərrahları Assosiasiyasının üzvüdür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, vüsal hacıyev sözünün mənası, vüsal hacıyev haqqında məlumat. vüsal hacıyev nədir? vüsal hacıyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hacıqabul rayonu

  • Fevral 27, 2026

    İngilis ədəbiyyatı

  • Mart 04, 2026

    Erpetoichthys calabaricus

  • Fevral 27, 2026

    BDU Filologiya

  • Fevral 27, 2026

    Taif

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst