Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Venkatraman Ramakrişnan (tam. வெங்கடராமன் ராமகிருஷ்ணன்; ing. Venkatraman Ramakrishnan; 1952) — hind mənşəli Amerika və Britaniya biokimyaçısı, Tomas Steys və Ad

Venkatraman Ramakrişnan

  • Ana Səhifə
  • Vikipediya
  • Venkatraman Ramakrişnan

Venkatraman Ramakrişnan (tam. வெங்கடராமன் ராமகிருஷ்ணன்; ing. Venkatraman Ramakrishnan; 1952) — hind mənşəli Amerika və Britaniya biokimyaçısı, Tomas Steys və Ada Yonat ilə bərabər “ribosomun strukturu və funksiyası ilə bağlı tədqiqatlarına görə” 2009-cu il Kimya üzrə Nobel Mükafatı laureatıdır.

Venkatraman Ramakrişnan
tam. வெங்கட்ராமன் ராமகிருஷ்ணன்
Doğum tarixi 1952(1952) (73–74 yaş)
Elm sahələri biokimya, Molekulyar biologiya
İş yerləri
  • Yel Universiteti (1978–1982)
Təhsili
  • Ohayo Universiteti (–1976),
  • San-Diyeqo Kaliforniya Universiteti
Üzvlüyü
  • Leopoldin Alman Milli Elmlər Akademiyası (2010),
  • London Kral Cəmiyyəti,
  • ABŞ Milli Elmlər Akademiyası
Mükafatları Cəngavər bakalavrı — 2012 Padma Vibhushan in science & engineering — 2010 "Xidmət" ordeni — 2022
Kimya üzrə "Nobel" mükafatı — 2009
mrc-lmb.cam.ac.uk/ribo/h…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2012-ci ildə Knight Bakalavr dərəcəsini almışdır. 2003-cü ildə London Kral Cəmiyyətinin üzvü daha sonra, 2015-2020-ci illər arasında London Kral Cəmiyyətinin prezidenti kimi yüksək vəzifəyə qədər yüksəlmiş, ABŞ Milli Elmlər Akademiyasının (2004-cü ildən), Leopoldina (2010-cu ildən) və Amerika Fəlsəfə Cəmiyyətinin (2020-ci ildən) üzvü olmuşdur, Hindistan Milli Elmlər Akademiyasının xarici üzvüdür (2009-cu ildən).

Bioqrafiyası

Venkatraman Ramakrişnan 1952-ci ildə Hindistanınn Tamil Nadu ştatının Çidambaram şəhərində biokimyaçı alim ailəsində anadan olmuşdur. Üç yaşında o, ailəsi ilə birlikdə Qücərat ştatının Vadodara şəhərinə köçmüşdür. Burada onun valideynləri yerli universitetdə işləyirdilər. V.Ramakrişnan əvvəllər Hindistan Texnologiya İnstitutuna və Xristian Tibb Kollecinə daxil olmağa cəhd etsə də bu cəhdləri müsbət nəticələnməmişdir. Təhsilini əvvəl İsa və Məryəm monastırındakı orta məktəbdə, daha sonra isə eyni universitetdə oxumuşdur. 1971-ci ildə bakalavr dərəcəsi almışdır.

1971-1976-cı illər arasında ABŞ-da təhsilini davam etdirmiş, Ohayo Universitetində fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almış, sonra isə San-Dieqodakı Kaliforniya Universitetində daha iki il biologiya üzrə təhsil almışdır.

Yel Universitetində Piter Murun rəhbərliyi altında dissertant kimi ribosomlarla işləməyə başlamışdır. Təcrübəni başa vurduqdan sonra o, müraciət etdiyi 50-yə yaxın Amerika universitetinin heyətində iş tapa bilməmişdir və Brookhaven Milli Laboratoriyasının əməkdaşlarına qoşulmuş və 1983-1995-ci illər arasında burada ribosomları öyrənməyə davam etmişdir. 1995-ci ildə Yuta Universitetində biokimya professoru vəzifəsinə təyin olunmuş, 1999-cu ildən isə 1991-1992-ci illərdə işgüzar səfərdə olduğu Kembric Universitetində molekulyar biologiya laboratoriyasında işləyir.

2002-ci ildən Avropa Molekulyar Biologiya Təşkilatının (AMBT) üzvüdür.

Mükafatları və fəxri fərmanları

  • Quqqenheym Təqaüdü (1991-ci ildən)
  • Tibb üzrə Louis-Jeantet Mükafatı (2007-ci il)
  • Datta Mühazirəsi və Medalı, Avropa Biokimya Cəmiyyətləri Federasiyası tərəfindən təltif edilmişdir (2007-ci il)
  • Böyük Britaniya Biokimya Cəmiyyətinin Hitli medalı (2008-ci il)
  • Kimya üzrə Nobel Mükafatı (2009-cu il)
  • Padma Vibhuşan (2010-cu il)
  • Bernal Mühazirəsi, Birkbeck Kolleci (2015-ci il)
  • Qızıl lövhə, Nailiyyətlər Akademiyası (2017-ci il)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, venkatraman ramakrişnan sözünün mənası, venkatraman ramakrişnan haqqında məlumat. venkatraman ramakrişnan nədir? venkatraman ramakrişnan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 07, 2026

    Uşaq hüquqları

  • Fevral 27, 2026

    Nutriyakimilər

  • Mart 02, 2026

    D12

  • Mart 06, 2026

    Erysimum

  • Fevral 27, 2026

    Qalabərzənd (Germi)

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst