Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rift (ing. rift) — çat, qırılma) — bir neçə yüz km məsafəyə (çox vaxt 1000 km-dən çox) xətti uzanan dərinlik mənşəli yarıqvari və ya yarğanvari struktur. Bir ço

Rift

  • Ana Səhifə
  • Vikipediya
  • Rift

Rift (ing. rift) — çat, qırılma) — bir neçə yüz km məsafəyə (çox vaxt 1000 km-dən çox) xətti uzanan dərinlik mənşəli yarıqvari və ya yarğanvari struktur. Bir çox qitə və okean riftlərinin eni 30–70 km ölçülür. Eyni zamanda, çox dar (5–20 km, məsələn: Ölü dəniz) və çox enli (200–400 km, məsələn: Qırmızı dəniz) riftlər də məlumdur. Rift təsvirini Qreqori (1921) Şərq Afrika qrabenlər sistemi timsalında vermişdir. Rift adətən dar gərilmə zonası əmələ gətirir və vulkanizmlə səciyyələnir. Rift vulkanizmində qələvi süxurların əsasi tərkibli növləri (olivinli bazaltlar, analsimli bazaltlar, pikritlər) üstünlük təşkil edir, turş süxurlar (fonolitlər, traxitlər) isə məhdud yayılır. Rift növləri: 1) qitədaxili — Yer qabığının ilkin zəifləmiş zonaları boyu uzanan riftlər (məsələn: Şərq Afrika rift sistemi); 2) qitələrarası — qitə qabığının olmadığı zonalarda inkişaf edən (məsələn: Qırmızı dəniz və Ədən körfəzi) riftləri; 3) okeandaxili — okeanqabıqlı dar rift dərələri aralıq okean silsilələri və ya georiftogenallar. Riftlərin əmələ gəlməsi haqqında bir neçə fərziyyə vardır: 1) blokların diferensiasion hərəkəti nəticəsində; 2) aralanma — qaymaların horizontal yerdəyişməsi nəticəsində; 3) ikimərhələli (hər iki fərziyyəni birləşdirir): başlanğıc mərhələdə tağ qalxması baş verir, gərilmə qüvvələrinin təsirindən tağın mərkəzi hissəsi uçur və sonrakı mərhələdə qaymalar riftdən bir və ya iki tərəfə aralanır. 

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, rift sözünün mənası, rift haqqında məlumat. rift nədir? rift nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Toronto bayrağı

  • Fevral 27, 2026

    Enn Bekon

  • Fevral 26, 2026

    Duayt Eyzenhauer

  • Fevral 27, 2026

    Mardoni

  • Mart 01, 2026

    İvan

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst