Qum adası, Qum Zirə və ya Təzə Zirə — Xəzər dənizində, Abşeron yarımadasının cənub sahilində ada. Bakı arxipelaqının adalarından biridir, Bakı buxtasının şərq hissəsində yerləşir.
| Qum adası | ||
|---|---|---|
| ||
| Yerləşməsi | ||
| 40°18′40″ şm. e. 50°00′20″ ş. u.HGYO | ||
| Ölkə | | |
| Arxipelaq |
| |
| Akvatoriya |
| |
![]() Qum adası | ||
| Bakı arxipelaqı Kiçik Zirə | ||
Qum adasının uzunluğu təqribən 3 km, eni isə 450 m təşkil edir. Adanın sahəsi 1,3 km²-dir. Adanın səthi qumla örtülüdür, sahil zonası dayazdır.
1951-ci ildə bu ərazidə aparılan geoloji kəşfiyyat işləri nəticəsində sənaye əhəmiyyətli neft və qaz yataqları aşkar edilmişdir. Sovet hakimiyyəti illərində adada Serebrovski adına neft-qazçıxarma idarəsi yerləşirdi.
1960-cı ildə ada Abşeron yarımadası ilə üstündə magistral yol çəkilmiş bənd vasitəsilə birləşdirilib.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qum adası haqqında məlumat. Qum adası nədir? Qum adası nə deməkdir?


