Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bakı buxtası və ya Bakı körfəzi — Xəzər dənizinin qərb sahilində, Abşeron yarımadasının cənubundadır. Şərqdə Sultan Burnu, cənub-qərbdə Şıx burnu, cənub-şərq və

Bakı buxtası

  • Ana Səhifə
  • Vikipediya
  • Bakı buxtası

Bakı buxtası və ya Bakı körfəzi — Xəzər dənizinin qərb sahilində, Abşeron yarımadasının cənubundadır. Şərqdə Sultan Burnu, cənub-qərbdə Şıx burnu, cənub-şərq və cənubda Qum, Daş Zirə (Vulf), Böyük Zirə (Nargin) adaları ilə əhatə olunmuşdur. Sahəsi 50 km², sahil xəttinin uzunluğu 20 km. Bakı buxtası şimal və şimal qərb küləyindən qorunduğuna görə gəmilərin daldalanması üçün əlverişlidir. Şiddətli küləklər zamanı dalğanın hündürlüyü 1.5 metrə çatır. Axınları zəifdir. Bakı portu buxtanın şimal sahilindədir.

Bakı körfəzi
az/Bakı körfəzi
Bakı körfəzində yaxt-klub
Bakı körfəzində yaxt-klub
Ümumi məlumatlar
Tip Buxta (körfəz)
Adalar

Böyük Zirə,
Kiçik Zirə,

Daş Zirə
Sahəsi 50 km²
Həcmi 0,7 km³
Su tutumu 3626000 km²
Sahil uzunluğu 20 km
Dərin yeri 4 m
Orta dərinliyi 1,2 m
Duzluluğu 13 ‰
Yerləşməsi
40°21′00″ şm. e. 49°53′36″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Akvatoriyası
  • Xəzər dənizi
Bakı körfəzi xəritədə
Bakı körfəzi
Bakı körfəzi
Bakıkörfəzi (Azərbaycan)
Bakı
körfəzi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Bakı körfəzi I–VII əsrlərə qədər quraq olmuş və yaxınlığındakı adalarla quru əlaqəyə malik olmuşdur. Ptolemeyin xəitəsinə görə II əsrdə Bakı dənizdən xeyli aralı yerləşmişdir. VII əsrdən başlayaraq IX əsrə qədər Xəzər dənizinin səviyyəsi kəskin qalxmağa başlamış və nəticədə Bakı buxtası formalaşmışdır. Əsas böyük dəyişklik XIII əsrin sonlarında Xəzərin səviyyəsinin 10 m-ə qədər qalxmasından sonra baş vermişdir. İtalyan coğrafiyaşünası Marino Sanudo XIV əsrdə qeyd edirdi:

" Xəzər dənizi hər il bir qarış qalxaraq bir çox şəhərləri yuyub batırmışdır "

Coğrafiyaşünas alim Əbdürrəşid Bakuvi yazırdı ki, 1403-cü ildə Xəzər Bakının bir hissəsini basmış, suyun səviyyəsi məsçidə qədər dirənmişdir. Bu zaman dəniz ləpələri "Qız qalası"nın ayaqlarını yuyurmuş. Məhz bu dövr məlum Qız qalası əfsanəsi ilə uzlaşır. Bu dövrlərdə Sabayıl qəsri su altında qalmış olur. Sonrakı 600 il ərzində suyun səviyyəsi XX əsrin əvvəllərinə qədər enməyə başlamışdır.

Ekologiyası

Ekologiya və təbii ehtiyatlar nazirliyinin məlumatına görə Bakı buxtasının çirklənmə səbəbləri müxtəlifdir. Ekoloji vəziyyətin pisləşməsinin əsas səbəbi sahil boyu yerləşən sənaye, yaşayış və məişət obyektlərinin tullantıları, habelə gəmi, neft və qaz yataqlarının istismarı olmuşdur.

1996-cı ildən başlayaraq buxtanın dibi təftiş edilərək batıb qalmış gəmi və metal konstruksiyaların çıxarılmasına başlanılmışdır.

2007–2009-cu illərdə bu işlər daha da genişləndirilərək körfəzin dibindən 4500 ton metal (istismara yararsız boru və istehkamlar, gəmilər, çənlər, çəlləklər) və 412 ton taxta (gəmi və istehkam hissələri) aşkarlanıb təmizlənmişdir.

Liman və körpülər

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı — 1902-ci ildə təsis edilmiş və o vaxtdan Xəzər dənizi limanlarının ən böyüyü və ən əhəmiyyətlisi hesab olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 28 noyabr tarixli 407 nömrəli qərarı ilə Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının nizamnaməsi təsdiq edilmişdir. Bu nizamnaməyə əsasən liman, hüquqi şəxs olaraq tam təsərrüfat hesablı və özünümaliyyələdirmə prinsipləri əsasında fəaliyyət göstərir. Liman il boyu günün 24 saatı ərzində fasiləsiz iş cədvəli əsasında işləyir. Burada 800 nəfərə yaxın işçi çalışır. Liman 5 terminaldan ibarətdir:

Bakı körfəzi
  • Əsas yük terminalı
  • Konteyner terminalı
  • Bərə terminalı
  • Dübəndi neft terminalı
  • Sərnişin terminalı

Turizm

Bakı bulvarı — Bakı şəhərində, Xəzər sahilində olan bulvar. Bakı şəhərindəki Dənizkənarı bulvara Azərbaycanın milli sərvəti kimi 29 dekabr 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanına uyğun olaraq Milli park statusu verilmişdir. Milli Park ərazisinin böyüklüyünə görə Parisdə Sena çayı sahilindəki parkdan sonra Avropada ikinci yerdədir.

Maraqlı faktlar

  • Hazırda Bakı buxtasında dəniz sularının altında qalmış 1234–1235-ci illərə aid Bayıl qalası tarixi memarlıq abidəsi yerləşir.
  • Yerli salat növlərindən biri Bakı buxtasının şərəfinə adlandırılmışdır.

Poçt markalarında

  • 2004
    2004
  • 2012
    2012

Həmçinin bax

  • Buxta üzərində Günəş (film, 1969)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bakı buxtası haqqında məlumat. Bakı buxtası nədir? Bakı buxtası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Şahzadə (Osmanlı)

  • Fevral 23, 2026

    Feodalizm

  • Fevral 25, 2026

    Heron

  • Fevral 23, 2026

    Adnan Menderes

  • Fevral 25, 2026

    Məhərrəmkənd rayonu

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst